Məhkəmə qərarları › İş №3(047)-20/2024

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-20/2024

22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-20/2024 22.02.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Laçın rayonu Alxaslı kəndində anadan olmuş, Bərdə şəhəri, Koroğlu küçəsi ev 50-də qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" MMC-də usta işləyən, Bərdə rayon Alaçadırlı kəndində yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Laçın rayon polis şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Laçın rayon polis şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 21 fevral 2024-cü il tarixdə Laçin rayonu Zabux qəsəbəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 23-00 radələrində Laçın şəhəri, Zabux qəsəbəsində sərxoş halda avtomobili idarə edərkən, Laçın DYPX-nin əməkdaşları onu saxlatmış və bundan sonra Laçın rayon polis şöbəsinin məsul əməkdaşları onu Laşın RPŞ-nin inzibati binasına dəvət etmiş, lakin o, polisin qanuni tələblərinə tabe olmayaraq uca səslə nəlayiq küçə söyüşləri söymüş, əsəbi və sərxoş olduğu üçün orada baş verənlərdən xəbəri olmamış, və bununla da o, bilməyərəkdən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də onun barəsində Laçın rayon polis şöbəsi tərəfindən Azərbaycan Respubliksı İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra Şəxs törətdiyi inzibati xətadan səmimi peşmançılıq çəkdiyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Laçın RPŞ-nin DYPB-nin rəisi polis mayoru X5 izahatında göstərmişdir ki, Şəxs barəsində tərtib olunmuş protokol tam qanuni və əsaslıdır. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23-00 radələrində Laçın şəhəri, Zabux qəsəbəsində sərxoş halda avtomobili idarə edərkən, Laçın DYPB-nin əməkdaşları onu saxlatmış və bundan sonra Laçın rayon polis şöbəsinin məsul əməkdaşları Şəxs Laçın RPŞ-nin inzibati binasına dəvət etmiş, lakin Şəxs polisin qanuni tələblərinə tabe olmayaraq uca səslə nəlaiq küçə söyüşləri söyməyə başlamış, həmin vaxtı onu dəfələrlə intizama dəvət etsələr də o, nizam-intizama qəsdən tabe olmamış və ətrafda olan şəxslərin eşidəcəyi səviyyədə yüksək səslə nəlayiq sözlər işlətməkdə davam etmışdır. Məhkəmə iclasında iştirak edən Laçın RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1 izahatında göstərmişdir ki, Şəxs barəsində tərtib olunmuş protokol tam qanuni və əsaslıdır. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23-00 radələrində Laçın şəhəri, Zabux qəsəbəsində sərxoş halda avtomobili idarə edərkən, Laçın DYPB-nin əməkdaşları onu saxlatmış və bundan sonra Laçın rayon polis şöbəsinin məsul əməkdaşları Şəxs Laçın RPŞ-nin inzibati binasına dəvət etmiş, lakin Şəxs polisin qanuni tələblərinə tabe olmayaraq uca səslə nəlaiq küçə söyüşləri söyməyə başlamış, həmin vaxtı onu dəfələrlə intizama dəvət etsələr də o, nizam-intizama qəsdən tabe olmamış və ətrafda olan şəxslərin eşidəcəyi səviyyədə yüksək səslə nəlayiq sözlər işlətməkdə davam etmışdır. Beləliklə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və şahidlərin izahatları, iş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetirilir. Bundan əlavə, Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirməsini, həmçinin inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci və 33.1.7-ci maddələrinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmasını nəzərə alaraq onun barəsində inzibati həbs növündə cəza tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 106, 110, 115, 117 və 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 22 fevral 2024-cü il tarixdən saat 17:15-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Şəxs Ağcabədi RPŞ-nin X3 saxlanılsın. Qərarın icrası Laçın və Ağcabədi RPŞ-lərinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar