Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-226/2024 16.09.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədirliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Laçın rayon Katos kəndində anadan olmuş, Laçın rayon Katos kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, 2-ci qrup əlil (orqanizmin funksiyalarının 61-80 faiz pozulması), Ağcabədi rayon Taxta körpü 552 saylı qəsəbə ev 88-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Laçın rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Laçın rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 15 sentyabr 2024-cü il tarixdə Ağcabədi rayonu Taxtakörpü ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20:10 radələrində DİN-nin 102 xidmətinə müraciət edərək həyat yoldaşı tərəfindən boğulmasını bildirmiş, Laçın rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X2, CAB-nin axtarış üzrə məliyyat müvəkkili polis leytenantı X1 ilə birlikdə hadisə yerinə, yəni onun ünvanına gəlmiş, lakin o, polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamış, nəlaiq küçə söyüşləri söymüş, sərxoş halda olduğu üçün orada baş verənlərdən xəbəri olmamışdir. Göstərilənlərə əsasən də onun barəsində Laçın rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra Şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə olaraq belə bir inzibati xətaya yol verməsini, həmçinin 2-ci qrup əlil (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Laçın rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X2 izahatında göstərmişdir ki, Şəxs barəsində tərtib olunmuş protokol tam qanuni və əsaslıdır. Belə ki, DİN-nin 102 xidmətindən daxil olmuş müraciət ilə bağlı Şəxs izahatını almaq üçün CAB-nin axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı X1 ilə birlikdə onun ünvanına getmiş, Şəxs DİN-nin 102 xidmətinə verdiyi məlumat öz təsdiqini tapmamış, Şəxs sərxoş olduğu müəyyən edilmiş, Şəxs uca səslə onların ünvanına nəlayiq küçə söyüşləri söyməyə başlamış, həmin vaxtı onu dəfələrlə nizam-intizama dəvət etsələr də o, nizam-intizama qəsdən tabe olmamış və ətrafda olan şəxslərin eşidəcəyi səviyyədə yüksək səslə polis işçilərinin ünvanına nəlayiq sözlər işlətməkdə davam etmışdır. Daha sonra o, polis şöbəsinə gətirilmiş və xx.xx.2024-cü il tarixdə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Laçın rayon Polis Şöbəsinin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı X1 izahatında göstərmişdir ki, Şəxs barəsində tərtib olunmuş protokol tam qanuni və əsaslıdır. Belə ki, DİN-nin 102 xidmətindən daxil olmuş müraciət ilə bağlı Şəxs izahatını almaq üçün İTB-nin sahə rəisi polis leytenantı X2 ilə birlikdə onun ünvanına getmiş, Şəxs DİN-nin 102 xidmətinə verdiyi məlumat öz təsdiqini tapmamış, Şəxs sərxoş olduğu müəyyən edilmiş, Şəxs uca səslə onların ünvanına nəlayiq küçə söyüşləri söyməyə başlamış, həmin vaxtı onu dəfələrlə nizam-intizama dəvət etsələr də o, nizam-intizama qəsdən tabe olmamış və ətrafda olan şəxslərin eşidəcəyi səviyyədə yüksək səslə polis işçilərinin ünvanına nəlayiq sözlər işlətməkdə davam etmışdır. Daha sonra o, polis şöbəsinə gətirilmiş və xx.xx.2024-cü il tarixdə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Beləliklə Şəxs Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi şahidlərin izahatları, özünün izahatı, iş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam subuta yetirilir. Bundan əlavə, Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq belə bir inzibati xətaya yol verməsini, həmçinin səmimi peşmançılığını və 2-ci qrup əlil olmasını (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Bundan başqa, həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd edilən hüquq normalarının tələblərini əsas tutaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə, xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların, eyni zamanda inzibati xəta törədən şəxsin İİ qrup əlil (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) olmasını nəzərə alaraq ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2, 535.1, 106, 110, 115, 117 və 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №3(047)-226/2024
Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-226/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver