Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-227/2024 17.09.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Laçın rayon Minkənd kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağcabədi rayon Taxta körpü 552 saylı qəsəbə ev 251-də yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Laçın rayon polis şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Laçın rayon polis şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Laçin rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs törətdiyi inzibati xətanı qismən də olsa etiraf edərək izahatında göstərmişdir ki, onun Laçın rayonu ərazisinə giriş-çıxış portalı olmadığı üçün xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Laçın rayon polis şöbəsinin əməkdaşları Laçın rayonu Minkənd kəndi ərizisinə gələrək onu Laçın rayonunun ərazisindən çıxartmaq üçün avtomobilə əyləşdirərək ərazidən çıxartmaq istəyərkən o, polisin qanuni tələblərinə tabe olmayaraq mübahisə etmiş, Laçın rayon Zabux kəndi ərazisində avtomobildən düşərək qaçmış, sonradan yaşadığı Ağcabədi rayonu Taxtakörpü ərazisinə gəlmiş, bundan sonra özü könüllü olaraq Ağcabədi rayonu Taxtakörpü ərazisində yerləşən Laçın rayon polis şöbəsinə getmiş və ona görə də onun barəsində Laçın rayon polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra Şəxs törətdiyi inzibati xətadan səmimi peşmançılıq çəkdiyini, gənc olmasını və ilk dəfə belə bir inzibati xətaya yol verməsini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, o, halhazırda Laçın rayon polis şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində işləyir. Şəxs barəsində tərtib olunmuş protokol tam qanuni və əsaslıdır. Belə ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 12:00 radələrində Laçın rayon Minkənd kəndi ərazisində yoxlanılmış, Laçın rayonu ərazisinə giriş portalı olmadığı üçün onu avtomobil ilə Laçın rayonu ərazisindən çıxartmaq istəyərkən o, Laçın rayon Zabux kəndi ərazisində tabesizlik edərək avtomobildən düşərək qaçmış, nizam-intizama qəsdən tabe olmamış və Laçın rayon ərazisini tərk etməyərək portalsız Laçın rayon ərazisində yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Laçın RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1 izahatında göstərmişdir ki, Şəxs barəsində tərtib olunmuş protokol tam qanuni və əsaslıdır. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Laçın rayon Minkənd kəndi ərazisində yoxlanılmış, Laçın rayonu ərazisinə giriş portalı olmadığı üçün onu avtomobil ilə Laçın rayonu ərazisindən çıxartmaq istəyərkən o, Laçın rayon Zabux kəndi ərazisində tabesizlik edərək avtomobildən düşüb qaçmış, nizam-intizama qəsdən tabe olmamış və Laçın rayon ərazisini tərk etməyərək portalsız Laçın rayon ərazisində yaşamışdır. Beləliklə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi şahidlərin izahatları, qismən də olsa özünün izahatı, iş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam subuta yetirilir. Bundan əlavə, Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq belə bir inzibati xətaya yol verməsini, həmçinin səmimi peşmançılığını və gənc olmasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd edilən hüquq normalarının tələblərini əsas tutaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə, xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 106, 110, 115, 117 və 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №3(047)-227/2024
Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-227/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver