Məhkəmə qərarları › İş №3(047)-227/2025

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-227/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-227/2025 14.07.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsinin ******* nömrəli, 29 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsinin ******* nömrəli, 29 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə və inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X11 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsinin müdiri tərəfindən ona qanunsuz əmək müqaviləsi olmadan, avtoyuma məntəqəsində işçi işlətdiyinə görə 3000 manat cərimə yazılmışdır. O, ünvan 1 ünvanında yaşayır. Buna görə X13 Xidmətinin əməkdaşları ona cərimə yazmışdır. O, bununla qətiyyən razılaşmır. Onun hüquqları pozulur. O, bu qərardan ciddi bir şəkildə narazıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X2 qarşı yazdığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 29 may 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimə nəzərdə tutulmuş inzibati xəta haqqında qərarı tam əsassızdır, tamamilə qanunsuzdur və ədalətsizdir. X9 guya onun yanında avtoyuma məntəqəsində çalışmışdır. Bu tamamilə qərəzli bir qərardır. Nəsibzadə Səlimin onun yanında işləməsi barədə heç bir sübut təqdim olunmamışdır. Təsir altında X4 izahat alınaraq qərar qəbul edilmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsinin ******* nömrəli, 29 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsinin nümayəndəsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, X8 şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağcabədi rayon PŞ-nin İB-nin sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının məzmunundan görünür ki, X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün cinayət işindən material ayrılmış və Ağcabədi rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon prokuroru X10 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, vəzifəli şəxs X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar və toplanmış materialın şəxsin barəsində inzbati tənbeh tədbirinin tədbiq edilməsi məqsədi ilə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X6 barəsində olan Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikasının CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən və ******* nömrəli, 29 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilənlərə əsasən də məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Ağcabədi rayon PŞ-nin İB-nin xx.xx.2024-cü il tarixli qərarına əsasən X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün cinayət işindən materialın ayrılması və Ağcabədi rayon prokurorluğuna göndərilməsi qərara alınmış, bundan sonra Ağcabədi rayon prokuroru X10 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərarına əsasən vəzifəli şəxs X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması, qərar və toplanmış materialın şəxsin barəsində inzbati tənbeh tədbirinin tədbiq edilməsi məqsədi ilə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə göndərilməsi qərara alınmışdır. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsi tərəfindən vəzifəli şəxs X8 X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq əmək müqaviləsi (kontraktı) olmadan özünə məxsus olan avtoyuma məntəqəsində müvafiq işlərin yerinə yetirilməsinə cəlb etməsi müəyyən olunmuşdur. Bundan əlavə qeyd edilən fakt, yəni vəzifəli şəxs X8 X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq əmək müqaviləsi (kontraktı) olmadan özünə məxsus olan avtoyuma məntəqəsində müvafiq işlərin yerinə yetirilməsinə cəlb etməsi Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qanuni qüvvəsini almış qərarı ilə də öz təsdiqini tapmışdır. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin vəzifəli şəxs X11 tərəfindən pozulması müəyyən olunduğundan vəzifəli şəxs X11 barəsində həmin şöbə tərəfindən düzgün olaraq ******* nömrəli, 29 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək vəzifəli şəxs X11 Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 136.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. Göstərilənlərə əsasən, iş materiallarını araşdırıb, inzibati xətalar haqqında qanunvericiliyin norma və prinsiplərini nəzərdən keçirib, məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsinin ******* nömrəli, 29 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı inzibati xətalar haqqında işlər üzrə icraat barədə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olduğundan və bu sahədə hər hansı bir qanun pozuntusuna yol verilmədiyindən şikayət təmin edilməməli, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsinin ******* nömrəli, 29 may 2025-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair şikayəti rədd edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsinin ******* nömrəli, 29 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilməsin. X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsinin ******* nömrəli, 29 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair şikayəti rədd edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsinin ******* nömrəli, 29 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar