Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-233/2024 31.10.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Şikayətçi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru X1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şikayətçi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şikayətçi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru X5 şikayət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru X5 izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin rəis müavini X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 3000 manat miqdarında inzibati qaydada cərimə etmişdir. Bununla əlaqədar olaraq qeyd edir ki, həmin qərarda adları qeyd edilmiş şəxslər X7, X9 və X8 ilə "xxxx" ASC arasında müvafiq aydada əmək müqavilələri bağlanılmaqla onlara iş üçün icazələr alınmış, daha sonra həmin şəxslərlə "xxxx" ASC arasında müvafiq qaydada bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Bundan sonra inzibati xəta haqqında qərarda adları qeyd edilən həmin şəxslər "xxxx" ASC tərəfindən hər hansı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməmişlər. Həmçinin əlavə olaraq bildirir ki, inzibati xəta haqqında qərarda adları qeyd edilən həmin şəxslərin adlarının “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemindən çıxarılması üçün "xxxx" ASC tərəfindən "xxxx" ASC-nə müraciət olunmuş, lakin texniki nasazlıqlar səbəbindən həmin icazələrin ləğv edilməsi mümkün olmamışdır. Beləliklə də müəyyən olunur ki, LAÇİN ABADLİQ XİDMƏTİ” ASC-nin direktoru kimi onun hərəkətlərində hər hansı bir inzibati xəta hadisəsi mövcud olmamışdır. Ona görə də onun barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız hesab edir. Odur ki, qeyd edilənlərə əsasən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemində yoxlama zamanı "xxxx" ASC tərəfindən X7, X9 və X8 üçün icazələr alınmış, lakin xx.xx.2024-cü il tarixədək “ƏMAS” sistemində qüvvədə olan əmək müqavilələri olmadığı üçün İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru X5 haqqında MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Odur ki, qeyd edilənlərə əsasən də şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının qanuni və əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru X1 şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru X5 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi ilə bağlı 3000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş, əmək müqaviləsindən, bildirişlərdən və əmrlərdən görünür ki, X8 ilə "xxxx" ASC-nin direktoru X5 arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılaraq işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmiş və qeyd edilən hallar müvafiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş, əmək müqaviləsindən, bildirişlərdən və əmrlərdən görünür ki, X9 ilə "xxxx" ASC-nin direktoru X5 arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılaraq işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmiş və qeyd edilən hallar müvafiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş, əmək müqaviləsindən, bildirişlərdən və əmrlərdən görünür ki, X7 ilə "xxxx" ASC-nin direktoru X5 arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılaraq işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmiş və qeyd edilən hallar müvafiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Laçın RİHB-nın Laçın şəhər iəd üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə dörd nəfər ailə üzvü ilə birlikdə ünvan 1 ünvanına köçrülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin direktoru X1 məhkəməyə təqdim etdiyi X2 və X4 ərizələrindən, şəkillərdən və kompakt diskdən görünür ki, X8 və X9 iş üçün "xxxx" ASC-yə müraciət etmiş, onlarla "xxxx" ASC arasında müvafiq qaydada əmək müqavilələri bağlanmış və bundan sonra onlar "xxxx" ASC-nin fəaliyyət göstərdiyi Laçın rayonunun ərazisinə getmişlər. Lakin sonradan X9 xx.xx.2024-cü il tarixdə və X8 isə xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin rəhbərliyinə ərizə ilə müraciət edərək işdən azad edilmələrini xahiş etmişlər və onlar ərizə ilə müraciət etdikləri vaxtdan da işdən azad edilmişlər. Əlavə olaraq ərizələrində qeyd edirlər ki, "xxxx" ASC ilə onların arasında bağlanmış əmək müqavilələrinə xitam verildikdən sonra onlar "xxxx" ASC tərəfindən hər hansı bir işlərin və yaxud da xidmətlərin yerinə yetirilməsinə də cəlb edilməmişlər və eyni zamanda əmək müqavilələrinə xitam verildikdən sonra onlar Laçın rayonunun ərazisinə də getməmişlər. Bundan başqa bildirilər ki, onların "xxxx" ASC-dən hər hansı bir şikayət və tələbləri də yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC tərəfindən X7, X9 və X8 üçün “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemi vasitəsilə iş icazələrinin alınmasından ötrü "xxxx" ASC-nə müraciət olunmuş, həmin şəxslərə görə müvafiq qaydada icazələrin alınması təmin edilmiş, daha sonra hər üç şəxsə aid icazələrin ləğv edilməsi üçün müvafiq qaydada yenidən "xxxx" ASC-yə müraciət edilmiş, X7 xx.xx.2023-cü il tarixdən Laçın şəhərinə köçürüldüyündən onun portalının ləğv edilməsi mümkün olmamış, lakin digər iki şəxs üçün isə texniki nasazlıqlar nəticəsində həmin icazələrin ləğv edilməsi prosesi ləngimiş və vaxtında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində qeydə alınması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Laçın Rayon Məhkəməsinin 3(047)-183/2024 saylı, xx.xx.2024-cü il tarixli protokolundan çıxarışdan görünür ki, iş üzrə şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə iş üçün "xxxx" ASC-yə müraciət etmiş, onunla "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış, xx.xx.2024-cü il tarixə kimi "xxxx" ASC-də işləmiş, lakin sonradan xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin rəhbərliyinə ərizə ilə müraciət edərək işdən azad edilməsini xahiş etmiş və həmin tarixli əmr ilə o, işdən azad edilmişdir. Əlavə olaraq bildirir ki, "xxxx" ASC ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra o, "xxxx" ASC tərəfindən hər hansı bir işlərin və yaxud da xidmətlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Bundan başqa bildirir ki, o, xx.xx.2023-cü il tarixdən Laçın şəhərinə köçərək daimi olaraq orada yaşadığına görə də ona “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemində müvafiq qaydada iki il müddətinə icazə verilmişdir. Həmçinin bildirir ki, onun "xxxx" ASC-dən hər hansı bir şikayət və tələbi də yoxdur. İş materiallarına əlavə edilmiş Laçın Rayon Məhkəməsinin 3(047)-183/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" ASC-nin barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Beləliklə də məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlara əsasən belə müəyyən olunur ki, "xxxx" ASC-nin direktoru X5 ilə X7, X9 və X8 arasında müvafiq qaydada əmək müqavilələri bağlanılaraq qeyd edilən şəxslər, yəni X7 xx.xx.2023-cü il, X9 xx.xx.2023cü il və X8 isə xx.xx.2023-cü il tarixlərdə işə qəbul olunmuş, daha sonra isə həmin şəxslər ilə "xxxx" ASC-nin direktoru X5 arasında bağlanmış əmək müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə əsasən X7 barəsində xx.xx.2024-cü il, X9 barəsində xx.xx.2024-cü il və X8 barəsində isə xx.xx.2024-cü il tarixlərdə xitam verilmiş və bu hallar müvafiq qaydada rəsmiləşdirilmişdir. Bundan sonra "xxxx" ASC tərəfindən "xxxx" ASC-nə əmək müqavilələrinə xitam verilmiş işçiləri-X3, X4 və X2 adlarına verilmiş “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində yerləşdirilmiş icazələrin ləğvi barədə müvafiq qaydada müraciət olunmuş, həmin müraciət "xxxx" ASC-nə daxil olsa da, X7 xx.xx.2023-cü il tarixdən daimi yaşamaq üçün Laçın şəhərinə köçürüldüyündən onun icazəsinin ləğv edilməsi mümkün olmamış, lakin digər iki şəxs üçün isə texniki nasazlıqlar nəticəsində həmin icazələrin ləğv edilməsi prosesi ləngimiş və vaxtında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində qeydə alınması baş tutmamışdır. Bundan başqa məhkəmə iclasında "xxxx" ASC-nin direktoru X5 ilə inzibati xəta haqqında qərarda adları qeyd edilən şəxslər arasında əmək müqavilələrinə xitam verildikdən sonra həmin şəxslərin "xxxx" ASC tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi Nümayəndə tərəfindən hər hansı mötəbər sübutlar da məhkəməyə təqdim edilməmişdir. Əksinə Laçın Rayon Məhkəməsinin 3(047)-183/2024 saylı inzibati xəta haqqında iş üzrə məhkəmə iclasında şahid qismində dindirilən inzibati xəta haqqında qərarda adı qeyd edilən X7 məhkəmədə şahid kimi dindirilərkən verdiyi izahatında, bundan başqa "xxxx" ASCnin direktoru X1 məhkəməyə təqdim etdiyi X2 və X4 ərizələrinə, şəkillərinə və kompakt diskə əsasən isə digər iki nəfər şəxsin, yəni X2 və X4 məhkəməyə ünvanladığı müraciətlərində "xxxx" ASC-nin direktoru X5 ilə onların arasında bağlanmış əmək müqavilələrinə xitam verildikdən sonra onların "xxxx" ASC tərəfindən hər hansı bir işlərin və yaxud da xidmətlərin yerinə yetirilməsinə cəlb edilmədiyi, həmçinin onların "xxxx" ASC-dən hər hansı bir şikayət və tələblərinin olmadığı da bildirilmişdir. Göstərilənlərə əsasən də məhkəmə eyni zamanda belə hesab edir ki, "xxxx" ASC-nin direktoru X5 ilə inzibati xəta haqqında qərarda adları qeyd edilən şəxslər arasında əmək müqavilələrinə xitam verildikdən sonra həmin şəxslərin adlarına verilmiş “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində yerləşdirilmiş icazələrin ləğv olunmaması qeyd edilən şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi anlamına da gəlməməlidir. Qeyd edilən bu hal isə İXM-nin 8.3-cü maddəsinin tələblərinə əsasən, yəni inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edilməsi baxımından "xxxx" ASC-nin direktoru X1 xeyrinə şərh edilməlidir. Bütün bunlara əsasən də məhkəmə belə hesab edir ki, həm qanunun mənası baxımından, həm də işin faktiki halları baxımından "xxxx" ASC-nin direktoru Nəsimi Əsədov tərəfindən ona istinad olunan inzibati xətanı törətməsi müəyyən edilmir. X10 Xidmətinin əməkdaşı vəzifəli şəxs barəsində qərar qəbul edərkən maddi hüquq normasının mənasını və mahiyyətini araşdırmadan əsassız olaraq hesab etmişdir ki, "xxxx" ASC-nin direktoru X5 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti ola bilər. Göründüyü kimi "xxxx" ASC-nin direktoru X1 əməllərində İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasına baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti isə hərtərfli və obyektiv araşdırma aparmadan "xxxx" ASC-nin direktoru X5 barəsində İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 3000 manat məbləğində inzibati qaydada cərimə etmişdir. Bundan başqa, İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş "xxxx" ASC-nin direktoru X1 hərəkətlərində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi mövcud olmamışdır. Bundan əlavə, İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hesab olunur. İXM-nin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. İXM-nin 136.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. Şərh olunan hallara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin edilməli və "xxxx" ASC-nin direktoru X1 İXM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, həmçinin İXM-nin 53 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. "xxxx" ASC-nin direktoru X1 İXM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №3(047)-233/2024
Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-233/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver