Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-239/2024 25.11.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sarxan Aqil oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP6733793 saylı, xx.xx.2024-cü il tarixli, TP ******* saylı, xx.xx.2024-cü il tarixli, TP6733865 saylı və xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarlarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP6733793 saylı, xx.xx.2024-cü il tarixli, TP ******* saylı, xx.xx.2024-cü il tarixli, TP6733865 saylı və xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarlarının ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. O, həmin qərarla razılaşıb cəriməni ödəmək istədiyi zaman müəyyən etmişdir ki, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP6733793 saylı, xx.xx.2024cü il tarixli, TP ******* saylı, xx.xx.2024-cü il tarixli, TP6733865 saylı və xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarları tərtib olunmuş və o, guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı dəfələrlə törətmişdir. Bu barədə o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmiş və həmin idarədən qeyd edilən qərarların surəti xx.xx.2024cü il tarixdə ona təqdim edilmişdir. O, həmin qərarlarla və onların tərtib olunması ilə razı deyil. Belə ki, qeyd edilən qərarlarda göstərilmiş tarixlərdə o, istifadəsində olan **-RE-*** dövlət qeydiyyat nişanlı "MERSEDES BENZ C280" markalı nəqliyyat vasitəsi ilə hərkətdə olmamış, ümumiyyətlə belə bir hadisələr baş verməmişdir. Qeyd edilən inzibati xəta haqqında protokol və qərarlar formal olaraq tərtib edilmişdir. Çünki o, heç vaxt qeyd edilən inzibati xətaları törətməmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində olduğu zaman da bu barədə ona hər hansı bir sübut da təqdim edilməmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş qərarlar qanunsuzdur, heç bir sübut olmadığından və onun tərəfindən qeyd edilən inzibati xətalar törədilmədiyindən həmin qərarlar ləğv edilməlidir. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP6733793 saylı, xx.xx.2024-cü il tarixli, TP ******* saylı, xx.xx.2024-cü il tarixli, TP6733865 saylı və xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə və məhkəmə bildirişlərini almalarına baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, X3 şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 19:17-də Binəqədi-Xırdalan şosesində, xx.xx.2024-cü il tarixdə saat 18:37-də Novxanı yolunda, xx.xx.2024-cü il tarixdə saat 18:24-də Binəqədi şosesində və xx.xx.2024-cü il tarixdə saat 15:30-da isə yenə də Binəqədi-Xırdalan şosesində “MERSEDES BENZ C280” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan qeyd edilən nəqliyyat vasitəsini idarə etmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346- 1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir. 122.3.1 inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə). 122.3.3 inzibati cərimənin məbləği və ödənilməsi qaydası. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Qeyd edilənlərə əsasən də məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, X4 xx.xx.2024-cü il tarixdə saat 19:17-də Binəqədi-Xırdalan şosesində, xx.xx.2024-cü il tarixdə saat 18:37-də Novxanı yolunda, xx.xx.2024-cü il tarixdə saat 18:24-də Binəqədi şosesində və xx.xx.2024-cü il tarixdə saat 15:30-da isə yenə də Binəqədi-Xırdalan şosesində “MERSEDES BENZ C280” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan qeyd edilən nəqliyyat vasitəsini idarə etmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona görə də onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, TP6733793 saylı, xx.xx.2024-cü il tarixli, TP ******* saylı, xx.xx.2024-cü il tarixli, TP6733865 saylı və xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarlar qəbul edilərək o, müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 136.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. Göstərilənlərə əsasən, iş materiallarını araşdırıb, inzibati xətalar haqqında qanunvericiliyin norma və prinsiplərini nəzərdən keçirib, məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP6733793 saylı, xx.xx.2024-cü il tarixli, TP ******* saylı, xx.xx.2024-cü il tarixli, TP6733865 saylı və xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarlar inzibati xətalar haqqında işlər üzrə icraat barədə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olduğundan və bu sahədə hər hansı bir qanun pozuntusuna yol verilmədiyindən, şikayət təmin edilməməli, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP6733793 saylı, xx.xx.2024cü il tarixli, TP ******* saylı, xx.xx.2024-cü il tarixli, TP6733865 saylı və xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarlarının ləğvi barədə şikayəti rədd edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP6733793 saylı, xx.xx.2024-cü il tarixli, TP ******* saylı, xx.xx.2024-cü il tarixli, TP6733865 saylı və xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarları dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122, 125-126 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP6733793 saylı, xx.xx.2024-cü il tarixli, TP ******* saylı, xx.xx.2024-cü il tarixli, TP6733865 saylı və xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarlarının ləğv edilməsi barədə şikayəti rədd edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP6733793 saylı, xx.xx.2024-cü il tarixli, TP ******* saylı, xx.xx.2024-cü il tarixli, TP6733865 saylı və xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarları dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərardan 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №3(047)-239/2024
Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-239/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver