Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-24/2024 26.02.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədirliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Ağcabədi rayon icra və probasiya şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Laçın rayonunun Kaha kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Laçın rayonu Kaha kəndində qeydiyyatda olmaqla hazırda Ağcabədi rayonunun inzibati ərazisi olan Taxta körpü 37 saylı qəsəbə ev 11-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Ağcabədi rayon icra və probasiya şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Ağcabədi rayon icra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Laçın rayon Məhkəməsinin 2(047)- 919/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən 30 oktyabr 2018-ci il tarixdən başlayaraq cavabdeh Şəxs 03 iyun 2006-cı il tarixdə anadan olmuş X5, 08 dekabr 2007-ci il tarixdə anadan olmuş X6 və 20 sentyabr 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 80 (səksən) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X2 xeyrinə ödənilməsi və Laçın Rayon Məhkəməsinin 2(047)-1243/2017 saylı xx.xx.2017-ci il tarixli digər bir icra vərəqəsinə əsasən isə cavabdeh Şəxs 2900 (iki min doqquz yüz) manat pulun alınaraq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Ağcabədi rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hər iki icra sənədi bir icraatda birləşdirilmiş, lakin halhazırda icra sənədlərində göstərilən tələblər tam təmin edilməmiş borclunun tələbkarlara borcu ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında göstərmişdir ki, Laçın Rayon Məhkəməsinin 2(047)-919/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən ondan 30 oktyabr 2018-ci il tarixdən başlayaraq 03 iyun 2006-cı il tarixdə anadan olmuş X5, 08 dekabr 2007-ci il tarixdə anadan olmuş X6 və 20 sentyabr 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 80 (səksən) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda onun tələbkar X3 12678 manat borcu vardır. Bundan başqa, Laçın Rayon Məhkəməsinin 2(047)-1243/2017 saylı xx.xx.2017-ci il tarixli digər bir icra vərəqəsinə əsasən isə ondan 2900 (iki min doqquz yüz) manat pulun alınaraq iddiaçı X7 ödənilməsi də qət edilmişdir. Hal-hazırda onun tələbkar X7 isə 1030 manat borcu vardır. Onun hal-hazırda maddi vəziyyəti də çox ağırdır. O, həmçinin əməlindən də səmimi peşmançılıq çəkir. Lakin buna baxmayaraq onun barəsində Ağcabədi rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ağcabədi rayon icra və probasiya şöbəsinin icra məmuru X8 izahatında göstərmişdir ki, Laçın rayon Məhkəməsinin 2(047)-919/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən 30 oktyabr 2018-ci il tarixdən başlayaraq cavabdeh Şəxs 03 iyun 2006-cı il tarixdə anadan olmuş X5, 08 dekabr 2007-ci il tarixdə anadan olmuş X6 və 20 sentyabr 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 80 (səksən) manat cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X2 xeyrinə ödənilməsi, Laçın Rayon Məhkəməsinin 2(047)-1243/2017 saylı xx.xx.2017-ci il tarixli digər bir icra vərəqəsinə əsasən isə cavabdeh Şəxs 2900 (iki min doqquz yüz) manat pulun alınaraq iddiaçı X7 ödənilməsi də qət edilmişdir. Bundan sonra Ağcabədi rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hər iki icra sənədi bir icraatda birləşdirilmişdir. Hal-hazırda Şəxs tələbkar X3 12678 manat və tələbkar X7 isə 1030 manat məbləğində borcu qalmış və həmin borcu ödəməkdən də boyun qaçırır. Ona görə də Şəxs barəsində Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın rayon məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs qanuni cəza verilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və Ağcabədi rayon icra və probasiya şöbəsinin icra məmuru X4 izahatları, iş materiallarında olan inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tam subuta yetirilir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun maddi vəziyyətinin ağır olmasını və əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respubliksı İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq onun barəsində inzibati həbs növündə cəza tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci madəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törtətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 26 fevral 2024-cü il tarixdən saat 15:40-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Mirzəyev X10 RPŞ-nin X9 saxlanılsın. Qərarın icrası Ağcabədi və Laçın RPŞ-lərinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №3(047)-24/2024
Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-24/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver