Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-244/2024 25.11.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sarxan Aqil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Laçın rayon Sadınlar kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də topoqraf köməkçisi işləyən, Ağcabədi rayon Taxta körpü 552 saylı qəsəbə ev 225-də yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Laçın rayon polis şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Laçın rayon polis şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 25 noyabr 2024-cü il tarixdə Ağcabədi rayonu Taxta Körpü ərazisində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 14:55 radələrində Ağcabədi rayonu Taxta Körpü ərazisində yerləşən Laçın RPŞ-nin qarşısından keçərkən polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmiş, bununla bağlı polis əməkdaşları ona öz iradlarını bildirsələr də bundan sonra polis əməkdaşları ilə aralarında anlaşılmazlıq yaranmış və o, əsəbi olduğu üçün polis əməkdaşlarına qarşı aqressiv davranmışdır. Daha sonra Laçın rayon polis şöbəsinin məsul əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə tabe olmayaraq mübahisə etmiş, yenə də onların ünvanına xoş olmayan ifadələr işlətmiş və bununla da o, bilməyərəkdən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də onun barəsində Laçın rayon polis şöbəsi tərəfindən Azərbaycan Respubliksı İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra Şəxs törətdiyi inzibati xətadan səmimi peşmançılıq çəkdiyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Laçın RPŞ-nin MSY-nin mühafizəsi üzrə polis nəfəri, polis baş serjantı Şahid2 izahatında göstərmişdir ki, Şəxs barəsində tərtib olunmuş protokol tam qanuni və əsaslıdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə Laçın RPŞ-nin giriş postunda xidmətdə olarkən sonradan adının Şəxs olduğunu bildiyi şəxs xx.xx.2024-cü il tarixdə saat 14:55 radələrində Ağcabədi rayonu Taxta Körpü ərazisində yerləşən Laçın RPŞ-nin girişinə yaxınlaşaraq polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmiş, onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də o, nizam-intizama qəsdən tabe olmamış, ətrafda olan şəxslərin eşidəcəyi səviyyədə yüksək səslə polis əməkdaşlarının ünvanına nəlayiq sözlər işlətməkdə davam etmışdır. Bundan sonra o, bu barədə növbətçi hissəyə məlumat vermiş və Şəxs oraya gələn əməliyyat-istintaq qrupunun əməkdaşlarını da təhqir etmişdir. Daha sonra o, bu barədə raportla məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Laçın RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 izahatında göstərmişdir ki, Şəxs barəsində tərtib olunmuş protokol tam qanuni və əsaslıdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə Laçın RPŞ-nin əməliyyat-istintaq qrupunda xidmətdə olarkən şöbənin çölündə giriş postunda səs-küy olduğunu görmüş və dərhal ora yaxınlaşarkən sonradan adının Şəxs olduğunu bildiyi şəxsin Laçın RPŞ-nin əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətdiyini görmüş, onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də o, nizam-intizama qəsdən tabe olmamış, ətrafda olan şəxslərin eşidəcəyi səviyyədə yüksək səslə polis əməkdaşlarının ünvanına nəlayiq sözlər işlətməkdə davam etmışdır. Bundan sonra o, bu barədə raportla məruzə etmişdir. Beləliklə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və şahidlərin izahatları, iş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetirilir. Bundan əlavə, Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq belə bir inzibati xətaya yol verməsini, həmçinin səmimi peşmançılığını Azərbaycan Respubliksı İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq onun barəsində inzibati həbs növündə cəza tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 106, 110, 115, 117 və 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 25 noyabr 2024-cü il tarixdən saat 16:40-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Paşazadə X1 RPŞ-nin X2 saxlanılsın. Qərarın icrası Laçın və Ağcabədi RPŞ-lərinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №3(047)-244/2024
Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-244/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver