Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-252/2025 16.07.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, xx.xx.1985-ci il tarixdə Laçın rayonu Minkənd kəndində anadan olmuş, Laçın Minkənd qeydiyyatda olan, hal-hazırda məcburi köçkün kimi Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 1 Bina 13 mənzil 26-da yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsi ilə Laçın Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, müəyyənetdi: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Material üzrə işin məhkəmə baxışı xx.xx.2025-ci il tarixə təyin edilməklə, bu barədə məlumat tərəfə vaxtında bildirilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və nə də işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Bu halda Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən məhkəmə işə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu əməldə təqsiri inzibati xəta haqqında tərtib edilmiş protokol və digər rəsmi sənədlərlə tam sübuta yetirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən, məhkəmə xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakterini nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, xətanın xarakterini, əmlak və maddi vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun müəyyən müddətə məhdudlaşdırılması tənbehinin təyin edilməsini məqsədə müvafiq bilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 06 (ay) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması tənbehi tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №3(047)-252/2025
Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-252/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver