Məhkəmə qərarları › İş №3(047)-26/2025

Laçın Rayon Məhkəməsi Qərardad — İş №3(047)-26/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 3(047)-26/2025 30.01.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Lənkəran rayon Osaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzində silah atışı kafedrasının baş müəllimi vəzifəsində işələyən, Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti ev 28-də qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti bina 240E mənzil 20-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Laçın Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında Laçın rayon Polis Şöbəsindən material daxil olmuşdur. Qeyd edilən materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ağcabədi rayon Taxtakörpü ərazisində Azərbaycan Respublikası DİN-dən xüsusi icazə əsasında istifadəsində olan mülki silah sayılan 16 çaplı “MR-27” markalı ********* nömrəli ov tüfəngi ilə 06 ədəd qamışquşu vuraraq qanunsuz ov etdiyinə görə saxlanılmışdır ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Ağcabədi rayon Taxtakörpü ərazisində Azərbaycan Respublikası DİN-dən xüsusi icazə əsasında istifadəsində olan mülki silah sayılan 16 çaplı “MR-27” markalı ********* nömrəli ov tüfəngi ilə 06 ədəd qamışquşu vuraraq qanunsuz ov etdiyinə görə saxlanılmışdır. Ona görə də onun barəsində Laçın rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respubliksı İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra Şəxs Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzində silah atışı kafedrasının baş müəllimi vəzifəsində işələdiyinin nəzərə alınaraq onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin aidiyyəti üzrə baxılması üçün hərbi məhkəməyə göndərilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı iş məhkəmə aidiyyəti qaydasında baxılması üçün Füzuli Hərbi Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi vəsiqənin surətindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzində silah atışı kafedrasının baş müəllimi vəzifəsində işələyir. Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 189-1, 189- 3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 212.4- 1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 266.3-1, 267, 272.1, 272.3, 272-1, 274.4, 274-1, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338-1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602- 3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Bundan əlavə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə qeyd edilən hüquq normalarının tələblərinə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs hal-hazırda Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzində silah atışı kafedrasının baş müəllimi vəzifəsində işələdiyindən və ona görə də o, hərbi qulluqçu statusuna malik olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Füzuli Hərbi Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43 və 109-110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Füzuli Hərbi Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar