Məhkəmə qərarları › İş №3(047)-267/2024

Laçın Rayon Məhkəməsi Qərardad — İş №3(047)-267/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 3(047)-267/2024 04.12.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Laçın Rayon Məhkəməsinin hakimi İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şikayət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törədilməsinə dair Bakı şəhəri, Qaradağ rayon X6 Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru polis baş leytenantı X3 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola baxılması müvafiq rayon (şəhər) məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göründüyü kimi Bakı şəhəri, Qaradağ rayon X6 Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru polis baş leytenantı X3 tərəfindən X2 barəsində Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsi ilə inzibati xəta törədilməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokola baxılması Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinin tələblərinə əsasən müvafiq rayon (şəhər) məhkəmələrinin səlahiyyətlərinə aid edildiyindən, bundan başqa Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən qeyd edilən protokoldan deyil, həmin protokol üzrə qəbul edilməli olan yekun qərardan şikayət verilməsi nəzərdə tutulmasına baxmayaraq X2 düzgün olmayaraq həmin protokoldan şikayət ilə məhkəməyə müraciət etmişdir ki, bu da Azərbaycan Respublikası İXM-nin tələblərinə ziddir və həmin protokoldan verilmiş şikayətin geri qaytarılması üçün əsasdır. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, X1 şikayətində qeyd edildiyi kimi onun barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar deyil, Bakı şəhəri, Qaradağ rayon X6 Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru polis baş leytenantı X3 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinin natamam olduğundan baxılmadan geri qaytarılması və ona həmin icraat üzrə yekun qərardan şikayət vermək hüququnun olduğunun izah edilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 117-118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti natamam olduğundan baxılmadan geri qaytarılsin və ona həmin icraat üzrə yekun qərardan şikayət vermək hüququnun olduğu izah edilsin. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar