Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-270/2024 28.12.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, xx.xx.1990-cı il tarixdə Laçın rayonunda anadan olmuş, Laçın şəhəri S.Vurğun küçəsi ev 53-də qeydiyyatda olan, hal-hazırda məcburi köçkün kimi Abşeron rayonu Mehdiabad qəsəbəsi Qrant Y/M ev 12 mənzil 7-də yaşayan Şəxs barəsində olan Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən qəbul edilmiş Laçın Rayon Məhkəməsinin 3(047)-270/2024 saylı, 18 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsi barədə vəsatətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Laçın rayon Polis şöbəsinin DYPB-si tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törətmişdir. Laçın Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 3(047)-270/2024 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ona 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. Qərarın surəti poçt vasitəsi ilə Şəxs ünvanına göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəsatət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ona tətbiq edilmiş cəriməni tam ödəmişdir. Ona görə də işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Laçın Rayon Məhkəməsinin 3(047)-270/2024 saylı, 18 dekabr 2024-cü il tarixli qərarına xitam verilməlidir. Belə ki, vəsatətə əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən EQ 22785726 nömrəli inzibati xəta haqqında qərar üzrə cərimə və dəbbə pulu daxil olmaqla cərimə məbləği tam ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Hazırkı halda müəyyən edilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı inzibati xəta haqqında qərar əsasında cərimə edilmiş Şəxs onun barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün onun barəsində inzibati qaydada protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmiş, bununla bağlı Laçın Rayon Məhkəməsinin 3(047)-270/2024 saylı, 18 dekabr 2024-cü il tarixli qərarı ilə nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs dəbbə pulu ilə birlikdə cərimə məbləğini tam ödəmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, vəsatət təmin edilməli, Laçın Rayon Məhkəməsinin 3(047)-270/2024 saylı, 18 dekabr 2024-cü il tarixli qərarına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114-115 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Laçın Rayon Məhkəməsinin 3(047)-270/2024 saylı, 18 dekabr 2024-cü il tarixli qərarına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №3(047)-270/2024
Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-270/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver