Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-285/2025 17.07.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Laçın şəhəri, H.Aslanov küçəsi ev 29-da qeydiyyatda olan, Laçın şəhəri, 1 dekabr küçəsi ev 20-də yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Laçın rayon polis şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Laçın rayon polis şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 16 iyul 2025-ci il tarixdə saat 15:30 radələrində Ağcabədi rayonu Taxta Körpü ərazisində yerləşən Laçın RPŞ-nin inzibati binasında polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Laçın RPŞ-nin TQ-da barəsində olan material ilə əlaqədar Ağcabədi rayonu Taxta Körpü ərazisində yerləşən Laçın RPŞ-nə çağrılmış, həmin tarixdə təxminən saat 15:30 radələrində Laçın RPŞ-nin inzibati binasında CAB-ın xidməti otağına daxil olaraq polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmiş, bununla bağlı polis əməkdaşları ona öz iradlarını bildirsələr də bundan sonra polis əməkdaşları ilə aralarında anlaşılmazlıq yaranmış və o, əsəbi olduğu üçün polis əməkdaşlarına qarşı aqressiv davranmışdır. Daha sonra Laçın rayon polis şöbəsinin məsul əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə tabe olmayaraq mübahisə etmiş, yenə də onların ünvanına xoş olmayan ifadələr işlətmiş və bununla da o, bilməyərəkdən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də onun barəsində Laçın rayon polis şöbəsi tərəfindən Azərbaycan Respubliksı İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra Şəxs törətdiyi inzibati xətadan səmimi peşmançılıq çəkdiyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Laçın RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X3 izahatında göstərmişdir ki, Şəxs barəsində tərtib olunmuş protokol tam qanuni və əsaslıdır. Belə ki, Laçın RPŞ-nin TQ-da barələrində olan material ilə əlaqədar X1 və Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində Ağcabədi rayonu Taxta Körpü ərazisində yerləşən Laçın RPŞ-nin inzibati binasına daxil olaraq CAB-ın xidməti otağına gəlmişlər. Həmin vaxt X1 və Şəxs Laçın RPŞ-nin inzibati binasında CAB-ın xidməti otağında polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmiş, onları o, və Laçın RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Cavidan Hacıyev və digər polis əməkdaşları dəfələrlə nizam-intizama dəvət etsələr də onlar nizam-intizama qəsdən tabe olmamış, yüksək səslə polis əməkdaşlarının ünvanına nəlayiq sözlər işlətməkdə davam etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Laçın RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı X2 izahatında göstərmişdir ki, Şəxs barəsində tərtib olunmuş protokol tam qanuni və əsaslıdır. Belə ki, Laçın RPŞ-nin TQ-da barələrində olan material ilə əlaqədar X1 və Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində Ağcabədi rayonu Taxta Körpü ərazisində yerləşən Laçın RPŞ-nin inzibati binasına daxil olaraq CAB-ın xidməti otağına gəlmişlər. Həmin vaxt X1 və Şəxs Laçın RPŞ-nin inzibati binasında CAB-ın xidməti otağında polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmiş, onları o, və Laçın RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X3 və digər polis əməkdaşları dəfələrlə nizam-intizama dəvət etsələr də onlar nizam-intizama qəsdən tabe olmamış, yüksək səslə polis əməkdaşlarının ünvanına nəlayiq sözlər işlətməkdə davam etmişlər. Beləliklə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və şahidlərin izahatları, iş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetirilir. Bundan başqa, iş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdən saat 16:45-dən inzibati qaydada tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq belə bir inzibati xətaya yol verməsini, həmçinin səmimi peşmançılığını və gənc olmasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd edilən hüquq normalarının tələblərini əsas tutaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə, xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 106, 110, 115, 117 və 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №3(047)-285/2025
Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-285/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver