Məhkəmə qərarları › İş №3(047)-293/2025

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-293/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-293/2025 14.08.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim vəzifəsini müvəqqəti icra edən X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədzadə Sarxan Aqil oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-4843/2025 saylı qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə materialı baxılması üçün aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş materialdan görünür ki, Laçın şəhəri, H.Aslanov küçəsi ev 32A-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal Rayonu, Yeni Yasamal 1, ev 13 mənzil, 53-də yaşayan Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə İXP ******* nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixində inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşə baxılmasının yeri və vaxtı barədə Şəxs rəsmi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsini rəhbər tutaraq işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs adına tərtib olunmuş İXP ******* nömrəli qərarla müəyyən edilmiş cərimə məbləği onun tərəfindən tam ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinin tələblərinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd edilənlərə əsasən də məhkəmə belə qənaətə gəlir ki, Şəxs barəsində tərtib olunmuş İXP ******* nömrəli qərarla müəyyən edilmiş cərimə məbləği onun tərəfindən tam ödənildiyindən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilməklə, barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106, 110, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində tərtib olunmuş İXP ******* nömrəli qərarla müəyyən edilmiş cərimə məbləğini tam ödədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilməklə, barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar