Məhkəmə qərarları › İş №3(047)-300/2025

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-300/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-300/2025 23.09.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Şəxs MMC-nin direktoru Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin (bundan sonra mətndə İXM) 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi Şəxs MMC barəsində İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bununla əlaqədar olaraq qeyd edir ki, həmin protokol qanunsuz və əsasızıdır. Ona görə ki, Şəxs MMC-nin hüquqi ünvanı Laçın Rayonu Laçın Şəhəri ev giriş hissə, Həkəridir. Şəxs MMC Laçın şəhərində fəaliyyət göstərir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən göndərilən məktublar isə Şəxs MMC və "xxxx" MMC-nin rəhbərlərinə qeyd edilərək Şəxs MMC-nin hüquqi ünvanı olmayan ünvan 2 faktiki fəaliyyət göstərdiyi ünvana göndərilmişdir. Onlar Laçın şəhərində fəaliyyət göstərdikləri üçün bu məktublardan xəbərləri olmamış, lakin məhkəmə prosesi təyin ediləndən sonra həmin idarə tərəfindən inzibati xəta haqqında protokol Şəxs MMC-nin Laçın rayonunda olan hüquqi ünvanına göndərilmişdir. Buradan da belə aydın olur ki, Şəxs MMC-nin Laçın rayonu ərazisində yerləşən hüquqi ünvanı barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi məlumatlı olmuşdur. Bundan başqa bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin Laçın şəhərində yerləşən hüquqi ünvanına məktubla müraciət edilmiş, həmin məktub tərəflərindən qəbul edilərək müvafiq qaydada cavablandırılmışdır. Əgər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi də MMC-nin Laçın şəhərində yerləşən hüquqi ünvanına müvafiq qaydada məktub göndərsəydi bu onlar tərəfindən qəbul edilərək müvafiq qaydada cavablandırılardı. Ona görə də o, Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu qanunsuz və əsassız hesab edir və bildirir ki, həmin protokola əsasən Şəxs MMC müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunarsa bu həmin MMC üçün çox böyük çətinliklər törədəcəkdir. Odur ki, qeyd edilənlərə əsasən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC haqqında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Material üzrə işin məhkəmə baxışı 23 sentyabr 2025-ci il tarixə saat 12:00-a təyin edilməklə, bu barədə məlumat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə vaxtında bildirilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və nə də işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Bu halda işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısını dinləyib, iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X1 şikayəti əsasında Şəxs MMC-dən xx.xx.2025-ci il tarixli məktubda qeyd edilən sənədlər 7 iş günü ərzində DƏMX-nin BŞİ-nə təqdim edilməsi tələb olunmuş, lakin məktubun çatdırılmasına baxmayaraq tələb edilən sənədlər xx.xx.2025-ci il tarixədək təqdim edilməmiş və ona görə də İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi ilə bağlı Şəxs MMC barəsində İXM-nin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş 2 ədəd məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC və "xxxx" MMC-nin rəhbərliyinə müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı ünvanlanmış məktublar ünvan 7in məktublar qeyd edilən ünvana çatdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin hüquqi ünvanı olan ünvan 10öndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında DVX-nin kommersiya qurumlarının dövlət reyestrindən verilmiş məlumatdan görünür ki, GM BETON” MMC-nin hüquqi ünvanı ünvan 11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli Şəxs MMC-nin Laçın şəhərində yerləşən hüquqi ünvanına göndərilmiş məktubdan və Şəxs MMC tərəfindən həmin şöbəyə ünvanlanmış cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsi tərəfindən Şəxs MMC-nə edilmiş müraciət müvafiq qaydada cavablandırılmışdır. İş materiallarına əlavə edilmiş 8 saylı ƏVİ tərəfindən verilmiş çıxarışdan görünür ki, Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndədur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən Şəxs MMC-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun məzmunundan görünür ki, X1 müraciəti ilə bağlı DƏM tərəfindən həm "xxxx" MMC-nə, həm də Şəxs MMC-nə ünvanlanan məktub tərəflərindən yalnız "xxxx" MMC-nə aid hissədə cavablandırılmışdır. Qeyd edirlər ki, DƏMX ilə qeyd edilən məsələ müzakirə edilərkən müraciəti yalnız "xxxx" MMC-nə aid hissədə cavablandırdıqları, iki şirkətin bir-biri ilə bağlı olmadığı, yerləşdikləri ünvanların fərqli olduğu bildirilmiş və məktubun Şəxs MMC-nə aid hissəsinin bilavasitə onların yerləşdiyi ünvana göndərilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən məhkəməyə ünvanlanmış ərizənin məzmunundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nə hər hansı bir məktub göndərilməmiş, lakin məhkəmə prosesi təyin ediləndən sonra inzibati xəta haqqında protokol Şəxs MMC-nin Laçın rayonunda olan hüquqi ünvanına göndərilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edirlər. İş materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən məhkəməyə ünvanlanmış etirazdan görünür ki, Şəxs MMC artıq uzun müddətdir ki, beton məhsullarının istehsalı fəaliyyəti ilə məşğuldur. Şirkətin yarandığı gündən etibarən (2023-cü il) hüquqi və faktiki ünvanı Laçın rayonu, Laçın şəhəri, Giriş hissə, Həkəridə yerləşir. Əsas fəaliyyəti işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən şirkət bu müddət ərzində bütün işçilər ilə rəsmi əmək müqavilələri, subpodratçılarla isə xidməti müqavilələr bağlanılır. Laçın rayon məhkəməsi tərəfindən məhkəmə iclasının təyin edilməsi barədə bildiriş göndəriləndən sonra müəyyən edildi ki, GM BETON MMC barəsində xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etmək istəyirlər ki, e-mehkeme.gov.az portalı vasitəsilə, DƏMX tərəfindən məhkəməyə göndərilən sənədlərdən görünür ki, protokolda qeyd edilib ki, güya şirkətə sorğu təqdim edilib və həmin sorğuya cavab verilməyib. Lakin bildirmək istəyirlər ki, həmin sənədlərdən də görünür ki, bütün sorğular və məktublar nədənsə X5 189 ünvanına göndərilib. Elə sübut olaraq, poçt qəbzlərini də qeyd etmək olar. İXM-in 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən tçoP“ haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. X4 Xidmətindən (bundan sonra “DƏMX” adlandırılacaqdır) emas.sosial.gov.az portalı vasitəsilə xx.xx.2025-ci ildə məktub göndərilərək və telefon vasitəsi ilə də məlumat saxlanılaraq, güya xx.xx.2025-ci il də 3-17-5/2-54327/2025 saylı məktub göndərildiyi və onlar tərəfindən məktuba cavab verilmədiyi bildirilsə də, onlar dərhal xx.xx.2025-ci ildə cavab məktubu yazaraq göndərmişlər ki, onlara qeyd edilən məktub nə ƏMAS portalı, nə də ki, poçt vasitəsilə göndərilməyib və həmin məktubun cavablandırılması üçün onların hüquqi ünvanına (Laçın şəhəri) göndərilməsini xahiş etmişlər. xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə DƏMX tərəfindən protokol və qərardad göndərilmişdir. Həmin sənədlərdə də GM BETON MMC-nin hüquqi ünvanı kimi, Laçın rayonu qeyd edilmişdir. Məlumat üçün bildirmək istəyirlər ki, DƏMX tərəfindən bu günədək, elə həmin dövrlərdə belə sorğular göndərilmiş və həmin sorğulara cavablar verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən, Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məcəllənin 539.1-1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi nəzərdə tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 22-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Məlumat üçün bildirmək istəyirlər ki, inzibati xəta haqqında protokolda adı göstərilmiş X2 GM Beton MMC-nin işçisi olmuş və 2 (iki) ilə yaxın müddətdir ki, öz xahişi ilə işdən ayrılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-in 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. İXM-in 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Göstərilən bu hallar GM BETON MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin sübuta yetirilməməsinə və inzibati xətanın mötəbər sübutlarla təsdiq edilməməsinə dəlalət edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq GM BETON MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən xitam verilməsi xahiş edilmişdir. Beləliklə də məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlara əsasən belə müəyyən olunur ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 15kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən həm "xxxx" MMC-nin, həm də Şəxs MMC-nin rəhbərlərinə ünvanlanan məktublar ünvan 16 həmin məktublar qeyd edilən ünvanda "xxxx" MMC-nin rəhbərliyi tərəfindən qəbul edilərək "xxxx" MMC-nə aid hissədə cavablandırılmış, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə iki şirkətin bir-biri ilə bağlı olmadığı, yerləşdikləri ünvanların fərqli olduğu bildirilmiş və məktubun Şəxs MMC-nə aid hissəsinin bilavasitə onların yerləşdiyi ünvana göndərilməsi xahiş edilmişdir. Bu fakt, "xxxx" MMC tərəfindən Şəxs MMC-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında DVX-nin kommersiya qurumlarının dövlət reyestrindən verilmiş məlumatla və iş materiallarına əlavə edilmiş digər mötəbər sənədlərlə də öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə onu da qeyd edir ki, əgər Şəxs MMC-nin hüquqi ünvanının ünvan 19ikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsində məlumat var idisə niyə sonradan həmin idarə tərəfindən Şəxs MMC-nin hüquqi ünvanı olan ünvan 20öndərilirdi. Buradan belə nəticəyə gəlmək olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin hüquqi ünvanının ünvan 21axmayaraq həmin idarə tərəfindən MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilən xx.xx.2025-ci il tarixli məktub düzgün olmayaraq "xxxx" MMC-nin hüquqi ünvanı olan ünvan 22yd edilən məktubun Şəxs MMC tərəfindən alınması təmin edilməmişdir. Qeyd edilən bu hal isə İXM-nin 8.3-cü maddəsinin tələblərinə əsasən, yəni inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edilməsi baxımından Şəxs MMC-nin xeyrinə şərh edilməlidir. Bütün bunlara əsasən də məhkəmə belə hesab edir ki, həm qanunun mənası baxımından, həm də işin faktiki halları baxımından Şəxs MMC-nin direktoru Nümayəndə tərəfindən ona istinad olunan inzibati xətanı törətməsi müəyyən edilmir. X4 Xidmətinin əməkdaşı hüquqi şəxs barəsində protokol tərtib edərkən maddi hüquq normasının mənasını və mahiyyətini araşdırmadan əsassız olaraq hesab etmişdir ki, Şəxs MMC İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti ola bilər. Göründüyü kimi Şəxs MMC-nin əməllərində İXM-nin 539.3-cü maddəsinin tərkib əlamətlərinin olmamasına baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi isə hərtərfli və obyektiv araşdırma aparmadan Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bundan başqa, İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmamışdır. Həmçinin, İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunan hallara hüquqi qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin barəsində İXM-nin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 106, 110, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC-nin barəsində İXM-nin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar