Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 3(047)-305/2025 03.09.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Müşayiət-Eskort bölüyünün inspektorları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokolların etibarsız hesab edilməsi barədə şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şikayət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Müşayiət-Eskort bölüyünün inspektorları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokolların etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokollardan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 346.1-ci maddələri ilə inzibati xəta törədilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Müşayiət-Eskort bölüyünün inspektorları tərəfindən xx.xx.2025-ci il tarixli İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Bundan başqa, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinin tələblərinə əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 346.1-ci maddələri ilə ilə tərtib olunmuş inzibati xəta haqqında protokollara baxılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göründüyü kimi Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Müşayiət-Eskort bölüyünün inspektorları tərəfindən X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 346.1-ci maddələri ilə inzibati xəta törədilməsinə dair xx.xx.2025-ci il tarixli İXP ******* və İXP7082552 nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuş, həmin protokollara baxılması “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinin tələblərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid edildiyindən, bundan başqa Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən qeyd edilən protokollardan deyil, həmin protokollar üzrə qəbul edilməli olan yekun qərarlardan şikayət verilməsi nəzərdə tutulmasına baxmayaraq X2 düzgün olmayaraq həmin protokollardan şikayət ilə məhkəməyə müraciət etmişdir ki, bu da Azərbaycan Respublikası İXM-nin tələblərinə ziddir və həmin protokollardan verilmiş şikayətin geri qaytarılması üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Müşayiət-Eskort bölüyünün inspektorları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokolların etibarsız hesab edilməsi barədə şikayətinin natamam olduğundan baxılmadan geri qaytarılması və ona həmin icraat üzrə yekun qərarlardan şikayət vermək hüququnun olduğunun izah edilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 117-118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Müşayiət-Eskort bölüyünün inspektorları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokolların etibarsız hesab edilməsi barədə şikayəti natamam olduğundan baxılmadan geri qaytarılsin və ona həmin icraat üzrə yekun qərarlardan şikayət vermək hüququnun olduğu izah edilsin. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №3(047)-305/2025
Laçın Rayon Məhkəməsi Qərardad — İş №3(047)-305/2025
03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver