Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 3(047)-316/2025 15.09.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 28901017 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə, eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 28901017 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət, eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 28901017 nömrəli qərardan şikayət vermə müddətinin bərpa edilməsi, həmçinin Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 28901017 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdilər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, şikayət və eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında qərardan görünür ki, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 28901017 nömrəli inzibati xəta haqqında qərar qəbul olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İXM-nin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göründüyü kimi Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair xx.xx.2025-ci il tarixli, EQ 28901017 nömrəli inzibati xəta haqqında qərar qəbul olunaraq onun barəsində 600 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmiş və həmin qərarın tərtib edilməsindən 2 ay 12 gün keçəndən sonra onun tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28901017 nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət, eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət ilə Laçın Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 28901017 nömrəli qərardan şikayət vermə müddətinin bərpa edilməsi, həmçinin Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 28901017 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Lakin qanunvericiliyin normalarından da göründüyü kimi X4 barəsində Azərbaycan Respublikası İXM-nin 353.2ci maddəsi ilə inzibati xəta törədilməsinə dair xx.xx.2025-ci il tarixli, EQ 28901017 nömrəli inzibati xəta haqqında qərar Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edildiyindən X4 da həmin qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatət ilə müvafiq səlahiyyətli orqana (vəzifəli şəxs) müraciət etməli idi. X1 tərəfindən qeyd edilən qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatət ilə məhkəməyə müraciət edilmişdir ki, bu da Azərbaycan Respublikası İXM-nin tələblərinə ziddir və həmin qərardan verilmiş şikayətin, həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətin geri qaytarılması üçün əsasdır. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 28901017 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinin, eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətinin natamam olduğundan baxılmadan geri qaytarılması və ona həmin icraat üzrə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28901017 nömrəli inzibati xəta haqqında qərarından şikayət vermək hüququnun bərpa edilməsi ilə bağlı müvafiq vəsatət ilə müvafiq səlahiyyətli orqana (vəzifəli şəxs) müraciət etmək hüququnun olduğunun izah edilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 117-118, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 28901017 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti natamam olduğundan baxılmadan geri qaytarılsın və ona həmin icraat üzrə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28901017 nömrəli inzibati xəta haqqında qərarından şikayət vermək hüququnun bərpa edilməsi ilə bağlı müvafiq vəsatət ilə müvafiq səlahiyyətli orqana (vəzifəli şəxs) müraciət etmək hüququnun olduğu izah edilsin. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №3(047)-316/2025
Laçın Rayon Məhkəməsi Qərardad — İş №3(047)-316/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver