Məhkəmə qərarları › İş №3(047)-332/2025

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-332/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-332/2025 11.09.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, “ANAMA” Mina təmizləmə Agentliyində bölmə rəhbəri vəzifəsində işləyən, Füzuli rayonu Qarğabazar kəndində qeydiyyatda olan, İmişli rayonu Yeni Bəhramtəpə qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Laçın rayon polis şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə inzibati xəta törətməsi haqqında Laçın rayon polis şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 10 sentyabr 2025-ci il tarixdə saat 21:00 radələrində Laçın şəhəri ərzsində ictimai qaydanı pozmuş, həmçinin polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025ci il tarixdə saat 21:00 radələrində X1 şəhərində sərxoş halda “Hunday Sonata” markalı **- RR-*** dövlət nömrə nişanlı avtomobilini təhlükəsizlik kəmərindən istifadə etmədən idarə edərkən Laçın rayon DYP-nin əməkdaşları onları saxlatmış, lakin onlar sərxoş halda olduqları üçün polis əməkdaşları ilə söz mübahisəsi etmiş və bununla bağlı polis əməkdaşları onlara öz iradlarını bildirsələr də bundan sonra da polis əməkdaşları ilə aralarında anlaşılmazlıq yaranmış və onlar da əsəbi olduğu üçün polis əməkdaşlarına qarşı aqressiv davranmışlar. Daha sonra Laçın rayon polis şöbəsinin məsul əməkdaşları yenə də onları nizam-intizama dəvət etsələr də onlar polisin qanuni tələblərinə tabe olmayaraq mübahisəyə davam etmiş və bununla da onlar bilməyərəkdən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışlar. Ona görə də onun barəsində Laçın rayon polis şöbəsi tərəfindən Azərbaycan Respubliksı İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra Şəxs törətdiyi inzibati xətadan səmimi peşmançılıq çəkdiyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Laçın rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru polis kapitanı X7 izahatında göstərmişdir ki, Şəxs barəsində tərtib olunmuş protokol tam qanuni və əsaslıdır. Belə ki, X5 xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Laçın şəhərində sərxoş halda “Hunday Sonata” markalı **-RR-*** dövlət nömrə nişanlı avtomobilini təhlükəsizlik kəmərindən istifadə etmədən idarə edərkən saxlanılmış, lakin X5 və sərnişin Şəxs sərxoş halda olduqları üçün ünvansız nəlayiq ifadələr işlədərək onlara müqavimət göstərmiş, bu zaman X8, o, X3 və digər polis əməkdaşları onları dəfələrlə nizam-intizama dəvət etsələr də onlar nizam-intizama qəsdən tabe olmamış, ətrafda olan şəxslərin eşidəcəyi səviyyədə yüksək səslə ünvansız nəlayiq ifadələr işlətməklə onlara müqavimət göstərməkdə davam etmışlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Laçın rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X6 izahatında göstərmişdir ki, Şəxs barəsində tərtib olunmuş protokol tam qanuni və əsaslıdır. Belə ki, X5 xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Laçın şəhərində sərxoş halda “Hunday Sonata” markalı **-RR-*** dövlət nömrə nişanlı avtomoilini təhlükəsizlik kəmərindən istifadə etmədən idarə edərkən saxlanılmış, lakin X5 və sərnişin Şəxs sərxoş halda olduqları üçün ünvansız nəlayiq ifadələr işlədərək onlara müqavimət göstərmiş, bu zaman X8, o, X3 və digər polis əməkdaşları onları dəfələrlə nizam-intizama dəvət etsələr də onlar nizam-intizama qəsdən tabe olmamış, ətrafda olan şəxslərin eşidəcəyi səviyyədə yüksək səslə ünvansız nəlayiq ifadələr işlətməklə onlara müqavimət göstərməkdə davam etmışlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu əməllərdə təqsiri özünün qismən etirafı, eləcə də inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq belə bir inzibati xətaya yol verməsini, həmçinin səmimi peşmançılığını Azərbaycan Respubliksı İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirməsini, həmçinin inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci və 33.1.7-ci maddələrinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Buna görə də məhkəmə belə hesab edir ki, Şəxs barəsində daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibat tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq onun barəsində inzibati həbs növündə cəza tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 34,3, 106, 110, 114-115, 117 və 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 11 sentyabr 2025-ci il tarixdən saat 17:40-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Həşimov X2 RPŞ-nin X4 saxlanılsın. Qərarın icrası Laçın və Ağcabədi RPŞ-lərinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar