Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-34/2025 10.02.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı, xx.xx.2024-cü il tarixli, TP ******* saylı və xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şikayət vermiş şəxs X5 şikayət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP6947745 saylı, xx.xx.2024-cü il tarixli, TP ******* saylı və xx.xx.2024-cü il tarixli, TP6949794 saylı tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X5 şikayətini onunla əsaslandırmışdır ki, məlum edir ki, o, **- EV-***0 qeydiyyat nişanlı avtomobilin sahibidir. Barəsində tərtib olunan TP ******* nömrəli, 29 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda göstərilir ki, o, 29 dekabr 2024-cü il tarixdə saat 12:30-da Baskı-Qazax yolunun 99-cu kilometrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində tərtib olunan TP ******* nömrəli, 30 dekabr 2024-cü tarixli inzibati tənbeh vermə haqqında digər bir qərarda göstərilir ki, o, 30 sentyabr 2024-cü il tarixdə saat 07:48-də Bakı-Qazax yolunun 55.1-ci kilometrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində tərtib olunan TP ******* nömrəli, 30 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında başqa bir qərarda göstərilir ki, o, 14 noyabr 2024-cü il tarixdə saat 08:31da Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolunun 16.4-cü kilometrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hər üç inzibati qərarla bağlı barəsində inzibati xəta haqlında protokol da tərtib edilmişdir. Lakin, barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun iştirakı olmamış, protokol tərtib edilərkən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri ona izah olunmamışdır. YPX əməkdaşı barəsində inzibati xəta haqqında protokol tərtib edərkən iştirakını təmin etmədiyinə görə də həmin inzibati xətanın mövcudluğu ilə razılaşıbrazılmadığını müəyyən edilə bilmədiyindən həmin protokolu baxılıb müvafiq qərarın qəbul edilməsi üçün yaşayış yeri olan Laçın rayon polis şöbəsinə göndərməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati iş üzrə icraat Laçın rayon polis şöbəsində aparıla bilər. Törətdiyi ehtimal olunan inzibati xətaların hansı qaydada aşkar edildiyi də inzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda qeyd edilməmişdir. Yuxarıda qeyd etdiyi inzibati xəta haqqında qərarlarla bağlı onun mülahizələri aşağıda qeyd etdiklərindən ibarətdir. Belə ki, qeyd edilən iki inzibati xəta haqqında protokol və qərardan görünür ki, həmin inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməkliyi ilə qeydə alınmışdır. Həmin inzibati xətaların foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməkliyi ilə qeydə alınmasına baxmayaraq bunu təsdiq edən elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində onun internet informasiya resursunda yaradılan elektron kabinetində yerləşdirilməmişdir. Buna görə də məsuliyyətə cəlb oluna bilməz. Digər inzibati xəta haqqında qərarla bağlı bildirir ki, 29 dekabr 2024-cü il tarixdə səhər saatlarında ona məxsus olan **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil iş yoldaşı tərəfindən idarə edilərkən YPX postunda saxlanılmış və avtomobil duracağa yerləşdirilmişdir. Ona görə də həmin gün saat 12:30 radələrində qərarda qeyd edilən qayda pozuntusunu törətməyi qeyri-mümkün olmuşdur. Ona istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsdində nəzərdə tutulmuş inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan inzibati xəta olmadığından onun iştirakı ilə müvafiq araşdırma aparılmadan birbaşa elektron qərarlar qəbul edilməsi qanunsuz olardı. Odur ki, şikayətinin təmin edilməsini, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi Vİİ Tağım YPX-nin inspektoru polis serjantı X8 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi YPX İnzibati qrupunun polis mayoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı, xx.xx.2024-cü il tarixli, TP ******* saylı və xx.xx.2024-cü il tarixli, TP ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə və məhkəmə bildirişlərini almalarına baxmayaraq, həmin şöbənin nümayəndəsi və şikayətçi X5 məhkəmə iclasına gəlməmiş, şikayətçi X5 məhkəmə teleqram vuraraq məhkəmə iclasını onun iştirakı olmadan keçirməsini xahiş etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin nümayəndəsi isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayət vermiş şəxs X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı, xx.xx.2024-cü il tarixli, TP ******* saylı və xx.xx.2024-cü il tarixli, TP ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarlarına əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək hər bir qərar üzrə 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 qərarda törətməsi göstərilən inzibati xəta hadisələri protokol tərtib edildiyi vaxtdan xeyli müddət əvvəl baş vermişdir. Sözügedən və törədilməsi ehtimal edilən inzibati xəta hadisələri foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Həmin texniki vasitələr törədildiyi güman edilən inzibati xəta hadisələrini baş verdiyi anda qeydə almışdır. Ona görə də, inzibati xətanın törədilməsi faktının aşkar edilməsi vaxtı texniki vasitənin hadisəni qeydə aldığı gün (inzibati xəta hadisəsinin baş verdiyi gün) qəbul edilməlidir. Buradan da, görünür ki, inzibati xəta haqqında protokollar qanunvericilikdə nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri (İXM-nin 101-ci maddəsi) ötürülməklə, yəni qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Həmçinin də, İXM-nin 122.1-ci maddəsinin məzmunundan aydın olur ki, həmin maddədə nəzərdə tutulmuş qaydada inzibati iş üzrə icraat yalnız qeyd edilən maddədə müəyyən edilmiş inzibati xətalar üzrə aparıla bilər. X4 istinad edilən İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan inzibati xəta olmadığından sonuncunun iştirakı ilə müvafiq araşdırma aparılmadan texniki vasitələrin köməyi ilə inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Məhkəmə iclasında, həmçinin müəyyən edilmişdir ki, X5 barəsində Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı, xx.xx.2024-cü il tarixli, TP ******* saylı və xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarda İXM-nin müvafiq maddəsi qeyd olunmaqla kifayətlənmiş, heç bir sübuta istinad edilmədən qərarlar qəbul edilmiş, həmçinin X2 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Həmçinin sürücülük hüququ məhdudlaşdırılmış şəxs olaraq X2 nəqliyyat vasitəsinin idarə etməsinin hansı sübutla müəyyən edildiyi göstərilməmiş, polis əməkdaşı öz mülahizəsinə əsasən protokol tərtib etmişdir. Bundan əlavə, təqdim olunmuş sənədlərdən görünür ki, Baş X11 İdarəsinin əməkdaşı tərəfindən protokol qanunun tələblərinə riayət edilmədən tərtib olunmuşdur. Belə ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında protokolla tanış olmaq imkanının yaradılması barədə məlumat, protokolun surətinin təqdim edilməsi və ya ondan imtina edilməsi barədə məlumatlar, hüquqları və vəzifələrin izah edilməsi barədə müvafiq qeyd öz əksini tapmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamışdır. Buradan da görünür ki, X2 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı, xx.xx.2024-cü il tarixli, TP ******* saylı və xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan vəvətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Buradan da görünür ki, inzibati xətalar qanunvericiliyinin məqsədləri baxımından sübutetmə yükü nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə də ki məhkəmənin üzərinə düşür. Bu vəzifə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Lakin şikayətə baxılması ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan məhkəmə iclasında nəinki öz nümayəndəsinin iştirakını təmin etməmiş, iş üzrə əhəmiyyət kəsb edən müvafiq sənədlərin surətlərini də məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunan normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 hazırki inzibati xətanın törədilməsində təqsirli olmasında mövcud olan şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1 və 128.2.3-cü maddələrinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1 və 135.1.1-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında işüzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolların qanunun tələblərinə riayət edilməklə tərtib olunması yoxlanılmalı, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında protokolla tanış olmaq imkanının yaradılması barədə məlumat, protokolun surətinin təqdim edilməsi və ya ondan imtina edilməsi barədə məlumatlar, hüquqların və vəzifələrin izah edilməsi barədə müvafiq qeyd öz əksini tapmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmalı, nəqliyyat vasitəsini idarə edib-etməməsi təkzibolunmaz sübutlarla müəyyən edilməli, inzibati xəta haqqında protokollarda göstərilən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların məcmusu ilə birlikdə araşdırılmalıdır. Məhkəmə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək belə qənaətə gəlir ki, şikayət qismən təmin olunmaqla X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası DİNnin Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı, xx.xx.2024-cü il tarixli, TP ******* saylı və xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarları ləğv edilməli, X5 barəsində inzibati xəta haqqında işlər yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 75, 84, 114, 128-131 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin xx.xx.2024cü il tarixli, TP ******* saylı, xx.xx.2024-cü il tarixli, TP ******* saylı və xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarları ləğv edilsin. X6 barəsində olan inzibati xəta haqqında işlər yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinə göndərilsin. Şikayət qalan hissədə isə rədd edilsin. Qərardan 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №3(047)-34/2025
Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-34/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver