Məhkəmə qərarları › İş №3(047)-352/2024

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-352/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-352/2024 19.12.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Laçın rayon Fingə kəndində anadan olmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, Laçın rayon Fingə kəndində qeydiyyatda olan, Ağcabədi rayon Taxta körpü qəsəbəsi Fingə obasında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Laçın rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:58 radələrində Ağcabədi rayon Taxta Körpü ərazisində özünü şübhəli apardığı üçün X6 ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərlərində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla satış məqsədi olmadan şəxsi istehlak miqdarında, təmiz çəkisi 1,88 qram olan qurudulmuş marixuana, həmçinin 0,32 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları aşkar edilmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2024-cü il tarixli 18/821 saylı və xx.xx.2024-cü il tarixli 18/819 saylı ekspert rəylərindən görünür ki, tədqiqata təqdim olunmuş kağız paketdəki 01 ədəd kibrit qutusunun içərisində salfet kəsiyi bükümündə təmiz çəkisi-1,88 qram (ekspertiza tədqiqatından sonra 1,86 qram miqdarında qalan) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, həmçinin tədqiqata təqdim olunmuş kağız paketdəki 01 ədəd kibrit qutusunun içərisində salfet kəsiyi bükümündə ümumi çəkisi-0,32 qram (ekspertiza tədqiqatından sonra 0,30 qram miqdarında qalan) olan bitki toxumları, narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, narkotik vasitələrə aid deyildir və bu səbəbdən də marixuanalar ilə eynilik tədqiqatı aparılmır. Toxumlar bitki üzərində yetişib toplanılır, hər hansı bir üsulla hazırlanmır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərarın məzmunundan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X6, Şəxs və X1 əməllərində cinayət tərkibi olmadığından barələrində başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, Şəxs və X2 məqsədi olmadan şəxsi istifadə üçün az miqdarda narkotik vasitə əldə etmələri, saxlamaları və daşımaları əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan onlara həmin maddə üzrə inzibati xəta haqqında iş üzrə icraatın açılması məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surətinin Laçın RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmış və həmin qərara əsasən Laçın RPŞ-nin İTB-nin sahə rəisi Elnur Əkbərzadə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatda bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 01:58 radələrində Ağcabədi rayon Taxta Körpü ərazisində X6 ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanılarkən onların üzərində təmiz çəkisi 1,88 qram olan qurudulmuş marixuana, həmçinin təmiz çəkisi 0,32 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları aşkar edilmişdir. O, törətdiyi əməlindən səmimi peşmançılıq çəkir və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün ifadəsi və iş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olmuş ekspertiza tədqiqatından sonra 1,86 qram miqdarında qalan qurudulmuş marixuananın ********* nömrəli cinayət işi üzrə maddi sübiut kimi tanınması və qeyd edilən cinayət işinin hal-hazırda da məhkəmənin icraatında olması, həmçinin ümumi çəkisi-0,32 qram (ekspertiza tədqiqatından sonra 0,30 qram miqdarında qalan) narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarının narkotik vasitələrə aid olmadığı üçün məhv edilməsi nəzərə alınmalıdır. Məhkəmə Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar