Məhkəmə qərarları › İş №3(047)-39/2025

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-39/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-39/2025 28.01.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Laçın şəhəri, Y.Abdullayev küçəsi ev 13-də qeydiyyatda olan, Laçın şəhəri ev 504-də yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsi haqqında Laçın Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsi haqqında Laçın Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 19 dekabr 2024-cü il tarixdə saat 15:30 radələrində Laçın şəhər Bərpa Tikinti Xidməti Publik hüquqi şəxsin binasında ucadan nəlayiq söyüşlər işlədib səsküy salaraq xırda xuliqanlıq etmişdır. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında göstərmişdir ki, o, 19 dekabr 2024cü il tarixdə saat 15:30 radələrində Laçın şəhərində yerləşən Laçın şəhər Bərpa Tikinti Xidməti Publik hüquqi şəxsin idarəsinə getmiş, dəfələrlə işlə bağlı müraciət etsə də nəticəsiz qalmasından narazı qalmış, əsəblərini cilovlaya bilməmiş, yüksək tonla danışmış, “kişiliyiniz olsun ya iş verin ya da deyin çıx get” ifadəsini işlətmiş, lakin hər hansı bir şəxsin həyat və sağlamlığına zərər yetirməmiş, hər hansı əmlakı məhv etməmiş və ya zədələməmiş, həmçinin söyüş söyməmiş və heç kimi təhqir etməmişdir. Lakin buna baxmayaraq onun barəsində Laçın rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra Şəxs etdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, həmçinin himayəsində iki azyaşlı uşağının olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən də onun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında göstərmişdir ki, Şəxs barəsində tərtib olunmuş protokol tam qanuni və əsaslıdır. Belə ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 15:30 radələrində, o, iş otağında olan zaman yüksək səslə kiminsə danışdığını eşitmiş, Laçın şəhərində yaşayan Laçın şəhər sakini Şəxs yüksək səslə nəlaiq ifadələr işlətməsinin şahidi olmuş, daha sonra həmin vətəndaşı Azər Məmmədovun otağına dəvət edərək dinləmiş və kömək edəcəklərini bildirmişlər. Lakin Şəxs yenidən yüksək səslə nəlayiq ifadələr işlədərək qapını çırpmış və getmişdir. Hadisə zamanı ondan başqa otaqda Qadir Vəliyev və Azər Mahmudov da olmuşdur. Beləliklə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi şahidin izahatı, iş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar, qismən özünün izahatı və digər iş materialları ilə tam sübuta yetirilir. Bundan əlavə, Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq belə bir inzibati xətaya yol verməsini, həmçinin səmimi peşmançılığını və himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respubliksı İXMnin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində onun məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 106, 110, 115, 117 və 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar