Məhkəmə qərarları › İş №3(047)-4/2024

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-4/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-4/2024 22.01.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Ağcabədi rayon icra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Laçın rayonunun Kaha kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Laçın rayonu Kaha kəndində qeydiyyatda olmaqla hazırda Ağcabədi rayonunun inzibati ərazisi olan Taxta körpü 37 saylı qəsəbə ev 13-də yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağcabədi rayon icra və probasiya şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağcabədi rayon icra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Laçın Rayon Məhkəməsinin 2(047)- 661/2021 saylı, 04 noyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 2000 (iki min) manat borc pulun alınıb iddiaçı X1 ödənilməsi qət edilmişdir. Hal-hazırda icra sənədində göstərilən tələb tam təmin edilməmiş borclunun tələbkara borcu tam ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında göstərmişdir ki, Laçın Rayon Məhkəməsinin 2(047)-661/2021 saylı, 04 noyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən ondan 2000 (iki min) manat borc pulun alınıb iddiaçı X1 ödənilməsi qət edilmişdir. Halhazırda onun tələbkara 800 manat borcu vardır. Onun hal-hazırda maddi vəziyyəti də çox ağırdır. Bundan başqa bildirir ki, o, ikinci Qarabağ müharibəsinin iştirakçısıdır və “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və Vətən müharibəsi iştirakçısı medalları” ilə də təltif edilmişdir. O, həmçinin əməlindən də səmimi peşmançılıq çəkir. Lakin buna baxmayaraq onun barəsində Ağcabədi rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ağcabədi rayon icra və probasiya şöbəsinin icra məmuru X3 izahatında göstərmişdir ki, Laçın Rayon Məhkəməsinin 2(047)-661/2021 saylı, 04 noyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 2000 (iki min) manat borc pulun alınıb iddiaçı X1 ödənilməsi qət edilmişdir. Hal-hazırda Şəxs tələbkara 800 manat məbləğində borcu qalmış və həmin borcu ödəməkdən də boyun qaçırır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs qanuni cəza verilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və Ağcabədi rayon icra və probasiya şöbəsinin icra məmuru X2 izahatları, iş materiallarında olan inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tam sübuta yetirilir. Bundan başqa, iş materiallarına əlavə edilmiş, vəsiqələrin surətlərindən görünür ki, Şəxs ikinci Qarabağ müharibəsində iştirakına görə o, Azərbaycan Respublikasının müxtəlif medalları ilə təltuf olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun maddi vəziyyətinin ağır olmasını, həmçinin əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə olaraq belə bir inzibati xətaya yol verməsini, eyni zamanda ikinci Qarabağ müharibəsinin iştirakçısı olmaqla müxtəlif medallarla təltif olunmasını Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd edilən hüquq normalarının tələblərini əsas tutaraq, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci madəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törtətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar