Məhkəmə qərarları › İş №3(047)-410/2025

Laçın Rayon Məhkəməsi Qərardad — İş №3(047)-410/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 3(047)-410/2025 08.10.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayətinə, eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət və eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən X3 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarından verilmiş şikayətin baxılması üçün aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilməsi qərara alınmış və qeyd edilən iş xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Həmin şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edib şikayətə inzibati xətanın törədildiyi yerdə baxılmasını istədiyini bildirərək şikayətin geri götürülməsini və bunun nəzərə alınmasını xahiş etmişdir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 133.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən etiraz etmə və ya vəsatət haqqında müraciətlər həll edilir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 109.1.6cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İş materiallarından da öründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət və eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən X3 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarından verilmiş şikayətin baxılması üçün aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilməsi qərara alınmış və qeyd edilən iş xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olsa da sonradan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edib şikayətə inzibati xətanın törədildiyi yerdə baxılmasını istədiyini bildirərək şikayətin geri götürülməsini və bunun nəzərə alınmasını xahiş etmişdir. Ona görə də hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayəti və eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti X1 xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayəti və eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti X1 xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar