Məhkəmə qərarları › İş №3(047)-451/2025

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-451/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-451/2025 06.11.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, X1 və Ağcabədi Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru Nümayəndə iştirakları ilə, X1 Ağcabədi RPŞ-nin X13 Bölməsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayət ilə məhkəməyə müraciət edərək Ağcabədi RPŞ-nin X13 Bölməsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X9 izahat verərək bildirmişdir ki, barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 331.1-ci maddələri ilə protokol tərtib edilmiş, ona görə ki, o,xx.xx.2025-ci il tarixdə saat 15:55-də özünə məxsus Ford Transit markalı **-GT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən güya yol nişanlarının tələblərinə riayət etməmiş və guya nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş və Ağcabədi RPŞ-nin X13 Bölməsinin rəisi polis baş leytenantı X3 TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 327.1ci və 333.1-ci maddələri nəzərdə tutulmuş inzibati xətanı güya törətməyinə görə təqsirli bilinib 400 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, Ağcabədi RPŞ-nin X13 Bölməsinin rəisi polis baş leytenantı X3 TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı tamamilə qanunsuz və əsassızdır. Odur ki, ləğv edilməlidir. Belə ki, onun hər hansı təqsiri olmamış və bununla bağlı hər hansı subut mövcud deyildir. Yəni onun sərxoş olmağı qanunla müəyyən olunmuş qaydada müəyyən olunmamış, lakin əsassız olaraq ona cərimə yazılmışdır. Bildirmək istəyir ki, hazırda onun 65 yaşı var. Mədə xəstəsi olduğu üçün 15 il olar ki, o, ümumiyyətlə nəinki spirtli içki, şirin çay belə içə bilmir. O, polis inspektorundan test olunması üçün Ağcabədi RMX-na getməyini tələb etsə də inspektor getməkdən boyun qaçırmış, özü xəstəxanaya gedib test olunmağını tələb etsə də orada ona müvafiq avadanlığın olmadığını bildirmişlər. Sonradan o, barəsində əsassız qərar qəbul olunması ilə bağlı 102 xidmətinə zəng etmiş, polis şöbəsinin rəisi onu qəbul etmiş və barəsində protokol tərtib edən polis əməkdaşı barəsində səhv olaraq protokol tərtib etdiyini bildirmiş, hətta polis əməkdaşı maşınını idarə edərkən maşınının güzgüsünü svetoforun dirəyinə çırpıb güzgünü sındırmışdır. Odur ki, Ağcabədi RPŞ-nin X13 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ağcabədi Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru Nümayəndə izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə X2na məxsus Ford Transit markalı **-GT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili manevr qaydalarını pozduğu üçün onun tərəfindən saxlanılmış, X9 alkotesterdən keçirilərək spirtli içki qəbul etdiyi müəyyən olunduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün protokol tərtib edilmiş, X9 həmin protokola imza edərək bir nüsxəsi ona təqdim edilmiş və sonradan Ağcabədi RPŞ-nin X13 Bölməsinin rəisi polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərar ilə X9 Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunaraq 400 manat məbləğində cərimə edilmişdir. Qeyd olunanlara əsəsən də belə hesab edir ki, X9 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsaslı olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, X6 şikayətinin təmin edilməməsi və Ağcabədi RPŞ-nin X13 Bölməsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, X6 şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə X2na məxsus Ford Transit markalı **-GT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili manevr qaydalarını pozduğu üçün saxlanılmış, X9 alkotesterdən keçirilərək spirtli içki qəbul etdiyi müəyyən olunduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün protokol tərtib edilmiş, X9 həmin protokola imza edərək bir nüsxəsi ona təqdim edilmiş və sonradan Ağcabədi RPŞ-nin X13 Bölməsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X9 Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunaraq 400 manat məbləğində cərimə edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Qeyd edilənlərə əsasən də məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində X2 Ford Transit markalı **-GT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə manevr qaydalarını pozduğu üçün Ağcabədi Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru Nümayəndə tərəfindən saxlanılmış, bundan sonra X9 alkotesterdən keçirilərək spirtli içki qəbul etdiyi müəyyən olunduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün protokol tərtib edilmiş, X9 həmin protokola imza edərək bir nüsxəsi ona təqdim edilmiş və sonradan Ağcabədi RPŞ-nin X13 Bölməsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X9 Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunaraq 400 manat məbləğində cərimə edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 136.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 136.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. Göstərilənlərə əsasən, iş materiallarını araşdırıb, inzibati xətalar haqqında qanunvericiliyin norma və prinsiplərini nəzərdən keçirib, məhkəmə belə qənaətə gəlir ki, Ağcabədi RPŞ-nin X13 Bölməsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı inzibati xətalar haqqında işlər üzrə icraat barədə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olduğundan və bu sahədə hər hansı bir qanun pozuntusuna yol verilmədiyindən, şikayət təmin edilməməli, X1 Ağcabədi RPŞ-nin X13 Bölməsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayəti rədd edilməli və Ağcabədi RPŞ-nin X13 Bölməsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124-126 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilməsin. X6 Ağcabədi RPŞ-nin X13 Bölməsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti rədd edilsin. Ağcabədi RPŞ-nin X13 Bölməsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərardan 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar