Məhkəmə qərarları › İş №3(047)-453/2025

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-453/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-453/2025 12.11.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X1 və X2 Xidmətinin 8 saylı X3 Bölməsindən daxil olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X1 və X2 Xidmətinin 8 saylı X3 Bölməsi tərəfindən vəzifəli şəxs Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İXM-nin (bundan sonra mətndə İXM) 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs (VÖEN **********) məxsus Laçın rayonunun Pircahan kəndi ərazisində Laçın-Şəlvə avtomobil yolunun 30-cu kilometrliyində yerləşən ictimai-iaşə obyektinin fəaliyyəti nəticəsində formalaşan məişət və tullantı sularının təyinatsız ətrafa axıdılması müəyyən olunmuşdur. Bununla da vəzifəli şəxs Şəxs (VÖEN **********) İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Material üzrə işin məhkəmə baxışı 12 noyabr 2025-ci il tarixə saat 12:30-a təyin edilməklə, bu barədə məlumat tərəflərə vaxtında bildirilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və nə də işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Bu halda işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs (VÖEN **********) bu əməldə təqsiri inzibati xəta haqqında tərtib edilmiş protokol, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X1 və X2 Xidmətinin 8 saylı X3 Bölməsi tərəfindən tərtib edilmiş akt, müvafiq qaydada çəkilmiş fotoşəkillər və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa, İXM-nin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. Həmçinin, İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə tənbeh növü təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 262.2.3, 106, 110, 114, 115, 117, 129- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta törətmiş vəzifəli şəxs Şəxs (VÖEN **********) İXM-nin 262.2.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar