Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-463/2025 04.11.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsi haqqında Laçın rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsi haqqında Laçın rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 01 noyabr 2025-ci il tarixdə saat 03:00 radələrində Laçın şəhəri ərazisində yerləşən “Aynalı” restoranında sərxoş vəziyyətdə X2 uca səslə nəlayiq ifadələr işlədərək təhqir etməklə ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, o, 01 noyabr 2025-ci il tarixdə saat 03:00 radələrində Laçın şəhəri ərazisində yerləşən “Aynalı” restoranında sərxoş halda ucadan nəlayiq söyüşlər söyərək səs-küy salmış, Səfər Həşimovu söyərək təhqir etmiş, sərxoş olduğu üçün orada baş verənlərdən xəbəri olmamış və bununla da o, bilməyərəkdən xırda xuliqanlıq əməlini törətmişdir. Ona görə də onun barəsində Laçın rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra Şəxs törətdiyi inzibati xətadan səmimi peşmançılıq çəkdiyini, həmçinin himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 03-00 radələrində, Laçın şəhərində yerləşən “Aynalı” restoranında tanıdığı Şəxs sərxoş halda ucadan nəlayiq söyüşlər söyərək səs-küy salmış və Səfər Həşimovu söyərək təhqir etmişdir. Bundan sonra orada xidmət aparan Laçın rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşları Şəxs qanunun tələblərinə riayət etməyə dəvət etsə də o, sərxoş olduğu üçün yenə də ətrafda olan şəxslərin eşidəcəyi səviyyədə yüksək səslə ünvansız nəlayiq sözlər işlətməkdə davam etmiş, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, lakin sonradan polis əməkdaşları tərəfindən hadisə yerindən uzaqlaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 03-00 radələrində, Laçın şəhərində yerləşən “Aynalı” restoranında tanıdığı Şəxs sərxoş halda ucadan nəlayiq söyüşlər söyərək səs-küy salmış və Səfər Həşimovu söyərək təhqir etmişdir. Bundan sonra orada xidmət aparan Laçın rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşları Şəxs qanunun tələblərinə riayət etməyə dəvət etsə də o, sərxoş olduğu üçün yenə də ətrafda olan şəxslərin eşidəcəyi səviyyədə yüksək səslə ünvansız nəlayiq sözlər işlətməkdə davam etmiş, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, lakin sonradan polis əməkdaşları tərəfindən hadisə yerindən uzaqlaşdırılmışdır. Beləliklə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi şahidlərin izahatları, iş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol, özünün izahatı, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar və digər iş materialları ilə tam sübuta yetirilir. Bundan əlavə, Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun səmimi peşmançılığını və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respubliksı İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirməsini, həmçinin inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci və 33.1.7-ci maddələrinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq onun barəsində inzibati həbs növündə cəza tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 106, 110, 115, 117 və 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 04 noyabr 2025-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Şəxs Ağcabədi RPŞ-nin X3 saxlanılsın. Qərarın icrası Laçın və Ağcabədi RPŞ-lərinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim:Cavad İbrahimov
Məhkəmə qərarları › İş №3(047)-463/2025
Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-463/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver