Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-48/2023 13.04.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsindən daxil olmuş Şəxs MMC-nin Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsindən daxil olmuş materialdan görünür ki, X3 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Şəxs MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir ki, bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-nin (bundan sonra mətndə İXM) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X4 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası X7 Xidmətinin Bakı şəhər idarəsinin baş əmək müfəttişi Könül İskəndərova tərəfindən onun barəsində 24 fevral 2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi əsasında inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin idarənin rəisi X5 inzibati xəta haqqında iş üzrə MN ******* nömrəli, 02 mart 2023-cü il tarixli qərarı ilə o, 4000 ( dörd min) manat cərimə edilmişdir. Həmin qərara əsasən vətəndaş X3 xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Əmək Müfəttişliyinə müraciət edərək bildirmişdir ki, 2018-ci ilin sentyabr ayından Şəxs MMC-yə məxsus 60 nömrəli avtobusda sürücü işləmişdir. İşlədiyi müddətdə ona heç bir əmək haqqı ödənilmədən əməyi istismar olunmuş, əmək müqaviləsi bağlanmamış və indiyə qədər ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Eyni zamanda işə çıxmamağına baxmayaraq onun əmək müqaviləsinə xitam verilmədiyini bildirmişdir. Göstərilən faktların əsassız olduğuna dair tərəflərindən sübut və dəlillər Əmək Müfəttişliyinə təqdim olunmasına baxmayaraq o, vəzifəli şəxs kimi 4000 manat cərimə edilmişdir. Lakin o, bildirir ki, X2 yazdıqları tam əsassız və qərəzlidir. Belə ki, Şəxs MMC 29 Oktyabr 2019-cu il tarixdə təsis edilsə də, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli 010 nömrəli sərəncamı ilə Bakı şəhərində sərnişindaşıma fəaliyyətinə başlamışdır. X3 isə xx.xx.2022-ci ildən Şəxs MMC-yə rəsmi işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdən isə heç bir səbəb göstərmədən və məlumat vermədən işə gəlmədiyinə görə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “e” bəndinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə birtərəfli olaraq xitam verilmişdir. Məlumat üçün bildirir ki, X3 Şəxs MMC tərəfindən ona verilmiş 01 May 2022-ci ildən 01 İyun 2022-ci il tarixədək, lakin nömrəsiz, yəni bir aylıq yol vərəqəsini Əmək Müfəttişliyinə təqdim etmişdir. Halbuki, həmin vaxtlarda X3 xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixə qədər "xxxx" MMCdə və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər müddətdə isə "xxxx" MMC-də sürücü işləmişdir. Tərəflərindən onun yol vərəqəsini necə əldə etməsi barədə araşdırılma aparılmış və məlum olmuşdur ki, X3 2022-ci ilin may ayında 60 saylı marşrut xətti üzrə xətt rəisi işləyən X6 yaxınlaşaraq Şəxs MMC-də sürücü işləməyini bildirmiş və eyni zamanda demişdir ki, onu iş yerindən buraxmadıqlarına görə ona bir yol vərəqəsi yazsın ki, aparıb iş yerinə göstərsin ki, guya, Şəxs MMC-də sürücü işləyir. Əliyev Xəyyal da, əvvəlcədən Sabiri tanıdığından və sürücüyə ehtiyacı olduğuna görə üzərində MMC-nin möhürü və imzası olan nömrəsiz yol vərəqəsini ona yazıb verməsinə baxmayaraq, Sabir Məhərrəmov heç vaxt həmin müddətdə avtobusu idarə etməmiş və MMC-də əmək müqaviləsi olmadan əməyə cəlb edilməmişdir. Sabir Məhərrəmov dediyi vaxtda qayıtmasa da, sentyabrın əvvəlindən yenidən müraciət etdikdən və tələb olunan sənədlər təqdim olunduqdan sonra xx.xx.2022ci il tarixdə sürücü vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə isə işə gəlmədiyi üçün əmək müqaviləsinə birtərəfli olaraq xitam verilmişdir. X2 verdiyi şikayət tam əsassız və qərəzli olmuşdur. Sual doğuran məsələ ondan ibarətdir ki, Sabir Məhərrəmov 2018-ci ildə mövcud olmayan MMC-də necə işləyib və hətta işləyibsə də belə, əmək haqqı almadan necə işləyib?. İşlədiyi müddətdə isə əmək haqqı cədvəli üzrə vaxtı-vaxtında maaşını almışdır. Məlumat üçün bildirir ki, göstərilən faktlara və eyni zamanda İnzibati Xatallar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad etməyə görə müddətin keçməsinə baxmayaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda hətta tərəflərindən hər hansı bir qanun pozuntusuna yol verilmiş olunsa da belə İXM-nin 11.3-cü maddəsinin tələblərinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Belə ki, Sabir Məhərrəmovun təqdim etdiyi qanunsuz yol vərəqəsi 2022-ci ilin may ayına təsadüf edir. Onun şikayəti əsasında isə araşdırma xx.xx.2023-cü ildə başlamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verə bilər. Ona görə də, şikayətdə göstərilən faktın təstiq edilməməsini sübut edən sənədləri və “İnzibati Xətallar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 (dörd) ay müddətinə verilə bilməsini və inzibati məsuliyyətə cəlb etməyə görə müddətin keçməsinə əsaslanaraq 15 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası X7 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X5 4000 manat məbləğində cərimə edilməsinə dair inzibati xəta haqqında iş üzrə MN ******* nömrəli, 02 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə yaşadığı yer üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilənlərə əsasən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC haqqında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Material üzrə işin məhkəmə baxışı 13 aprel 2023-cü il tarixə saat 12:30-a təyin edilməklə, bu barədə məlumat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsinə vaxtında bildirilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və nə də işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Bu halda işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin bu əməldə təqsiri inzibati xəta haqqında tərtib edilmiş protokol, Şəxs MMC-nin direktoru X4 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar, Şəxs MMC tərəfindən verilmiş yol vərəqəsi, qismən də olsa BUS TRANS” MMC-nin direktoru X1 izahatı, onun tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa, İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbeh növü təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №3(047)-48/2023
Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-48/2023
13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver