Məhkəmə qərarları › İş №3(047)-480/2025

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-480/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-480/2025 16.12.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ağcabədi rayon Cəfərbəyli kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağcabədi rayon Cəfərbəyli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Laçın RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 232-1-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Laçın RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 27 aprel 2025-ci il tarixdə Ağcabədi rayonu Taxta Körpü 245 saylı qəsəbə ərazisində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus əmlakları qəsdən məhv edərək ona 906 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, 2019-cu il tarixdən Ağcabədi rayon məhkəməsinin qərarı ilə həyat yoldaşı Çinarə Ədilova ilə ayrılmış, birgə nikahdan olan hər üç uşaq Çinarə Ədilovaya verilmiş, daha sonra şifahi birgə razılıq əsasında yenidən birgə qalmağa başlamış, gah ailə kimi Ağcabədi rayon Taxta körpü 245 saylı qəsəbə ev 55-də, gah da ki, Ağcabədi rayon Cəfərbəyli kəndində olan evdə birgə qalmağa başlamış, daha sonra yenə münasibətləri alınmamış, yenidən ayrı yaşamağa qərar verdikdən sonra böyük qızı Aynur Ədilova onunla, kiçik qızı istəməsə də anası ilə, azyaşlı oğlu da Zərərçəkmiş şəxs ilə qalmağa başlamış, bir müddət sonra kiçik qızı Zeynəb Ədilovanı da yanına gətirmiş, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində qızları Aynur və Zeynəb qardaşları Əlinin xəstələndiyini ona bildirmiş, o isə istəməsə də övladlarının təkidi ilə qızları da götürüb axşam Əliyə baş çəkmək qərarına gəlmişdır. Həmin günü Aaxşam saat 23 radələrində qızları da götürüb Ağcabədi rayon Taxta körpü 245 saylı qəsəbədə yerləşən Çinarəyə məxsus 55 nömrəli evə getmək istəmiş, sözügedən əraziyə çatdıqda Zərərçəkmiş şəxs əksər vaxtı anası Gülənbər Ələmşahova ilə qaldığını bildiyindən birbaşa olaraq Gülənbər Ələmşahovanın yaşadığı evə getmiş, Gülənbər Ələmşahova yuxudan durub nəvələri ilə və onunla mehribancasına görüşmüş, Zərərçəkmiş şəxs və Əli Ədilovun 55 nömrəli evdə olduğunu bildirərək Aynur və Zeynəbi Zərərçəkmiş şəxs evinə doğru aparmış, bu zaman Gülənbər Ələmşahova qızlarsız geri qayıtdıqda o, qızların harada olduğunu soruşduqda, Gülənbər Ələmşahova qızları sonra oğlu Zaminin gətirəcəyini bildirərək onun getməsini istəmiş, bu zaman o, əsəbiləşərək 55 nömrəli evə tərəf getmiş, lakin Gülənbər Ələmşahova qapını bağladığından qapını aça bilməmiş, içəridə qalan qızlar evi dağıtmağa, əşyaları sındırmağa başlamış, o, isə qızları Aynur və Zeynəbin evin mətbəx tərəfdən pəncərəsindən çıxması üçün sağ yumruğu ilə çöl tərəfdən pəncərəni sındırmış, daha sonra Gülənbər Ələmşahova qorxaraq qapını açmış, o Aynur və Zeynəbi götürərək yola süzəlib getmək istədikdə, polis əməkdaşları yolda onu görmüş, qolunda olan xəsarətə görə həkimə aparmaq məqsədi ilə onu maşına mindirərək xəstəxanaya yola salmış, polis əməkdaşları ilə rastlaşdığı əraziyə keçmiş baldızının həyat yoldaşı Cahid Rüstəmov və sonuncunun qardaşı Cavid Rüstəmzadə də gəldiyindən Aynur və Zeynəbi götürərək yenidən Zərərçəkmiş şəxs yanına qaytarmışdır. Göründüyü kimi onun hərəkətlərində inzibati xəta hadisəsi olmamasına baxmayaraq Laçın RPŞ tərəfindən onun barəsində qanunsuz və əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilərək baxilması üçün məhkəməyə göndərilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək izahatında bildirdi ki, Şəxs ona dəyimiş maddi ziyanı ödəməmiş və buna görə də Şəxs şikayətçi olduğu üçün Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, doğma qızı Zərərçəkmiş şəxs 2010-cu il tarixdə Ağcabədi rayon Cəfərbəyli kənd sakini Şəxsla ailə həyatı qurmuş, birgə nikahdan iki qız və bir oğlan övladları olmuşdur. Sonradan ailə-məişət problemləri səbəbindən qızı boşanmış, məhkəmə qərarı ilə hər üç uşaq Zərərçəkmiş şəxs verilmiş, bir müddət sonra birgə şifahi razılıq əsasında onlar yenidən bir araya gəlmiş, birgə yaşamağa cəhd göstərsələr də yenə münasibətləri baş tutmamış, son dövrlərdə övladlardan 10 yaşlı Əli Ədilov anasının, qızlar 12 yaşlı Zeynəb Ədilova və 13 yaşlı Aynur Ədilova isə atası Ruelan Ədilovun yanında qalmağa başlamışdır. 26 aprel 2025-ci il tarixdə axşam saat 23 radələrində o evdə tək olarkən keçmiş kürəkəni Şəxs içkili halda, Zeynəb Ədilova və Aynur Ədilova ilə birgə evə gəlmiş, o nəvələri ilə görüşdükdən sonra Şəxs oğlu Əlinin harada olduğunu soruşmuş, o Əli Ədilovun xəstələnməsi səbəbindən anası Zərərçəkmiş şəxs ilə birgə Bakı şəhərinə getdiyi barədə məlumat verdikdə, aralarında sözlü mübahisə yaranmış, Şəxs ona əl-qol atmış, lakin Zeynəb Ədilova və X3 Ədilovu oradan uzaqlaşdırmışlar. Həmin vaxt o, Şəxs evinə getdiyini zənn etsə də sonradan qızı Zərərçəkmiş şəxs evinin işığının yandığını görmüş, həmin evə getdikdə qapının kilidli olmasını, Ruslanın evi dağıtmasını, Zeynəbin və Aynurun "ata eləmə dediklərini eşitmiş, qapını döydükdə Ruslan çölə çıxaraq onu hədələmiş, o qonşuları köməyə çağırmaq üçün getmiş və bir-bir qonşuları Ruslanın olduğu yerə getmələrini istəmişdir. O, qayıtdıqda Ruslanın Sevər, Əmikişi və Bəhruzla söhbət etdiyini görmüş, evə daxil olduqda isə evin pəncərəsinin sındırıldığını, “Taube” markalı paltaryuyan maşının zədələndiyini, dibçəklərin yerə aşdığını, divanın üzü üstdə aşdığını, güzgünün qırıldığını, LG markalı televizorun binin qırıldığını, şkafın qapı şüşələrinin qırıldığını, qab-qacaqların qırıldığını və bəzi əşyaların ortalığa dağıldığını görmüşdür. Beləliklə Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi şahidin izahatı, iş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetirilir. Bundan əlavə, İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Bundan başqa, İXM-nin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. İXM-nin 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. Həmçinin, İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən hüquq normalarının tələblərini əsas tutaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə, xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 232-1, 106, 110, 115, 117 və 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş şəxs Şəxs İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 906 (doqquz yüz altı) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar