Məhkəmə qərarları › İş №3(047)-50/2025

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-50/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-50/2025 26.02.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədirliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1948-ci ildə Laçın rayon Leninkənd kəndində anadan olmuş, Laçın rayon Qarakeçdi kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, Ağcabədi rayon Taxta körpü 552 saylı qəsəbə ev 308-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Laçın rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası DİN-dən xüsusi icazə almadan mülki silah sayılan bir ədəd 24 kalibirli nömrəsi 146591 olan qoşalüləli ov tüfəngini və 04 ədəd gilizi əldə edib özündə saxlamışdır ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatda bildirdi ki, 24 kalibrli, nömrəsi 146591 olan qoşalüləli ov tüfəngini və 04 ədəd giliz atasından ona yadigar qalmış, müharibə zamanı Laçın rayonundan köçkün düşəndə həmin silahı özü ilə götürüb Taxta körpü qəsəbəsinə gətirdiyini, yəni həmin tüfəngin sənədsiz silah olduğunu, həmin tüfəngi əvvəllər sökülü vəziyyətdə saxlasa da, son dövrlərdə səhhətində yaranmış problemlərlə əlaqədar unutduğundan hazır qurulmuş vəziyyətdə, hadisə baş verən otaqdakı sandığın arxasında, divara söykəməklə saxlamış, patronları isə digər otaqda, yəni qonaq otağındakı çəkməcənin rəfində saxlamışdır. Həmin silah ilə gəlini özünü öldürdüyü üçün müvafiq icazəsi olmadığından polis əməkdaşları tərəfindən qeyd edilən silah ondan götürülmüşdür. O, törətdiyi əməlindən səmimi peşmançılıq çəkir və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və və digər iş materialları ilə tam subuta yetirilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş mülki silah və döyüş sursatı müsadirə edilməklə, inzibati cərimə tənbehinin təyin edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib əldə edib özündə saxladığı mülki silah sayılan bir ədəd 24 kalibirli, nömrəsi 146591 olan qoşalüləli ov tüfəngi və 04 ədəd giliz müsadirə edilməklə 80 (səksən) manat miqdarda inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar