Məhkəmə qərarları › İş №3(047)-509/2025

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-509/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-509/2025 29.12.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Şikayətçi "xxxx" MMC-nin direktoru X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şərqi Zəngəzur regional şöbəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şikayətçi "xxxx" MMC-nin direktoru X18 şikayət ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şərqi Zəngəzur regional şöbəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli qərarına əsasən qeyd edilən şikayət adiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi "xxxx" MMC-nin direktoru X18 şikayətini onunla əsaslandırmışdır ki, 23 oktyabr 2025-cı il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 barəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə MN ******* saylı qərar qəbul etmişdir. Qərarı əsassız və qanunsuz hesab edir. Müfəttişlik icraat prosesini İXM-nin fundamental prinsiplərini pozaraq işi tam, obyektiv və hərtərəfli aydınlaşdırmadan, iş üzrə əhəmiyyəti hüquqi və faktiki halları nəzərə almayıb, səhv olaraq işin faktiki nallarına tamamilə uyğun olmayan yanlış nəticəyə qəlibdir ki, guya o, işəgötürən kimi işçiləri fərdi mühafizə vasitələrlə təmin etməmiş və bununla iş yerində sağlam və təhlükəsiz şəraiti işçilər üçün təmin etməmişdir. Qeyd edilən qərarı müfəttişlik “Azvirt" MMCnin sabiq işçisi X9 ilə xx.xx.2025-ci il tarixdə baş vermiş bədbəxt hadisənin təhqiqat aktının əsasında qəbul etmişdir. Lakin təhqiqatın aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-5/3-2- 766/2025 nömrəli əmri ilə 3 nəfərdən ibarət təyin edilmiş komissiyanın rəsmi rəyi tərəfindən qeyd edilən inzibati xətanın törədilməsini tam təkzib edir. Belə ki, təhqiqat zamanı əldə edilən danılmaz sübutlar bir basa təsdiq edir ki, şirkətin işçiləri fərdi mühafizə vasitələrlə təmin ediliblər. Təhqiqat aktından görünür ki, həmin təhqiqat komissiyasının çoxluq təşkil edən iki üzvü baş vermiş bədbəxt hadisənin səbəbləri barədə komissiyanın sədri ilə əhəmiyyətli dərəcədə fikir ayrılığı mövcuddur və bu fərqli yanaşma təhqiqat aktında müvafiq qaydada rəsmiləşdirilibdir. Belə olduğu halda, azlıq təşkil edən yalnız komissiyanın sədrinin hadisəyə dair mövqeyini əsas tutmaq və inzibati tənbeh vermə qərarı qəbul etmək qanuna müvafiq deyildir. Çünki, çoxluq təşkil edən Komissiyasının digər iki üzvü rəsmi olaraq eyni səlahiyyətlidir və onların rəylərini nəzərə almamaq qanun pozuntusudur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması" qaydalara əsasən istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi rəsmi təyin edilmiş komissiya (komissiyanın təkbaşına sədri yox) tərəfindən aparılır. Yəni komissiyanın digər üzvləri də təhqiqat prosesində iştirak edir və təhqiqat aktının tərtibatında iştirak edirlər. İkinci ən əsas məsələlərdən biri də odur ki, qeyd edilən komissiyanın tərtib etdiyi ziddiyyətli təhqiqat aktı inzibati orqanın yuxarı instansiyada mübahisələndirilib və hazırda şikayət həmin instansiyada baxılır. Eyni zamanda təhqiqqat aktının hissəvi ləğv edilməsi barədə iddia Binəqədi Rayon Məhkəməsinin icraatına aidiyyət üzrə verilibdir. Belə olduğu halda, təhqiqat aktının ziddiyyətli olması ilə əlaqədar hüquqi taleyi hələ məlum olmadığı təqdirdə bu gün tələsik olaraq təkcə təhqiqat komissiyanın sədrinin mövqeyinə müvafiq tənbeh vermə haqqında qərar qəbul etmək qanuna zidd hesab edir. Hesab edir ki, mübahisələndirilməsi ilə əlaqədar komissiya tərəfindən tərtib edilən təhqiqat aktının bu gün hüquqi qüvvəsi yoxdur və yalnız hüquqi qüvvəyə mindikdən sonra onun əsasında müvafiq tənbeh vermə haqqında qərar qəbul edilə bilər. Təhqiqat aktının məhkəmə orqanlarında mübahisələndirilmə etmək hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması" qaydalarının 1.5-ci maddəsi ilə də nəzərdə tutulur. Yəni işəgötürən təhqiqat komissiyasının qərarı ilə razılaşmadıqda məhkəməyə müraciət edə bilər. Bundan başqa, zədə almış X9 onunla baş vermiş bədbəxt hadisəsinin özünün ehtiyatsızlığı ucbatından baş verməsini tanımışdır. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində iş üzrə qərardan şikayət verilə bilər. Barəsində qəbul edilmiş 23 oktyabr 2025-cı il tarixli, ******* saylı inzibati xəta haqqında qərar ona xx.xx.2025-ci il tarixində təhvil verilmişdir. Ona görə də onun barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız hesab edir. Odur ki, qeyd edilənlərə əsasən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şərqi Zəngəzur regional şöbəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi "xxxx" MMC-nin direktoru X15 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şərqi Zəngəzur regional şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə və məhkəmə bildirişlərini almalarına baxmayaraq, onlar məhkəmə iclaslarına gəlməmişlər, şikayətçi X18 məhkəməyə teleqram vuraraq şikayətə onun iştirakı olmadan baxaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, regional şöbənin nümayəndəsi isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 133.2.4-cü maddəsinə əsasən şikayətçi "xxxx" MMC-nin direktoru X12 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şərqi Zəngəzur regional şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, şikayətçi "xxxx" MMC-nin direktoru X12 şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş təhqiqat aktından görünür ki, komissiyanın rəyinə əsasən bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən "xxxx" MMC-nin maliyyə direktoru (işəgötürən) X12 cavabdehliyi, təhqiqat aktının 4.2-ci bəndinə əsasən "xxxx" MMC-nin çilingəri X5 ehtiyatsızlığı, təhqiqat aktının 4.3-cü bəndinə əsasən "xxxx" MMC-nin mexaniki X6 nəzarətsizliyinə görə cavabdehliyi və təhqiqat aktının 4.4-cü bəndinə əsasən "xxxx" MMC-nin SƏTƏM üzrə mühəndisi X2 nəzarətsizliyinə görə cavabdehliyi müəyyən edilmiş, lakin təhqiqat komissiyasının üzvləri X13 və X16 xüsusi rəy tərtib edərək hesab etmişlər ki, X9 ilə xx.xx.2025-ci il tarixində baş vermiş bədbəxt hədisə məhz onun özü tərəfindən əməyin mühafizəsi qaydalarının kobud şəkildə pozulması nəticəsində baş verdiyindən təqdim edilən aktın 6.1, 6.3 və 6.4-cü bəndləri işin faktiki hallarına qətiyyən uyğun gəlmədiyindən aktdan çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şərqi Zəngəzur regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, şikayətçi "xxxx" MMC-nin direktoru X18 İXM-nin 199-cu maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi ilə bağlı 700 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş X5 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə iş yerində heç bir şəxsin ona təsiri olmadan öz ehtiyatsızlığından aldığı xəsarətlə bağlı onun "xxxx" MMC-yə və onun işçilərinə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən "xxxx" MMC-nə ünvanlanmış 06 noyabr 2025-ci il tarixli məktubun məzmunundan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin təhqiqat aktının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən "xxxx" MMC-nə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından və xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə qarşı təhqiqat aktının ləğv edilməsi tələbinə dair iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2026-cı il tarixə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış Laçın rayon prokurorunun böyük köməkçisi, İ dərəcəli hüquqşünas X14 tərəfindən qəbul edilmiş 25 noyabr 2025-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən iş vaxtı X1 ağır zərər vurulmasında cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilməsi və qərarın təsviri hissəsində göstərilənlərə əsasən qeyd olunan hadisədə hər hansı inzibati xəta hadisəsi olmadığından İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə də məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlara əsasən belə müəyyən olunur ki, "xxxx" MMC-də çilingər vəzifəsində işləyən X9 xx.xx.2025-ci il tarixdə baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış və bununla bağlı müvafiq təhqiqat komissiyası yaradılaraq həmin komissiyanın müvafiq rəyi ilə bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən "xxxx" MMC-nin maliyyə direktoru (işəgötürən) X12 cavabdehliyi, təhqiqat aktının 4.2-ci bəndinə əsasən "xxxx" MMC-nin çilingəri X5 ehtiyatsızlığı, təhqiqat aktının 4.3-cü bəndinə əsasən "xxxx" MMC-nin mexaniki X12 nəzarətsizliyinə görə cavabdehliyi, təhqiqat aktının 4.4-cü bəndinə əsasən "xxxx" MMC-nin SƏTƏM üzrə mühəndisi X12 nəzarətsizliyinə görə cavabdehliyi müəyyən edilmiş, lakin təhqiqat komissiyasının üzvləri X13 və X16 xüsusi rəy tərtib edərək hesab etmişlər ki, X5 iştirakı ilə xx.xx.2025-ci il tarixində baş vermiş bədbəxt hədisə, məhz onun özü tərəfindən əməyin mühafizəsi qaydalarının kobud şəkildə pozulması nəticəsində baş verdiyindən təqdim edilən aktın 6.1, 6.3 və 6.4-cü bəndləri işin faktiki hallarına qətiyyən uyğun gəlmədiyindən aktdan çıxarılmalıdır. Bundan sonra qeyd edilən təhqiqat aktından "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə şikayət ilə müraciət edilsə də həmin xidmətin 06 noyabr 2025-ci il tarixli məktubuna əsasən X5 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin təhqiqat aktının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən "xxxx" MMC-nə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmiş, daha sonra "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə qarşı təhqiqat aktının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş və iş hal-hazırda həmin məhkəmənin icraatında baxılmaqdadır. Qeyd edilənlərə əsasən də belə müəyyən edilir ki, X5 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı hal-hazırda qanuni qüvvəsini almamışdır. Bundan başqa X5 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə Laçın rayon prokurorluğunda da müvafiq araşdırma aparılmış və Laçın rayon prokurorunun böyük köməkçisi, İ dərəcəli hüquqşünas X14 tərəfindən qəbul edilmiş və qanuni qüvvəsini almış 25 noyabr 2025-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən iş vaxtı X1 ağır zərər vurulmasında cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilməsi və qərarın təsviri hissəsində göstərilənlərə əsasən qeyd olunan hadisədə hər hansı inzibati xəta hadisəsi olmadığından İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasının rədd edilməsi qərara alınmışdır. Bundan əlavə qeyd edilən hadisə ilə bağlı Laçın rayon prokurorluğunda müvafiq araşdırma aparılarkən X3 rayon prokurorluğuna verdiyi izahatında hər gün işə başlamazdan əvvəl şirkətin SƏTƏM-i (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, X11) Əlifxan Əlifxanovun bütün işçilərə əməyin mühafizəsi, iş yerlərində işçilərin sağlamlığının qorunması, istehsalatda təhlükəsizliyin təmin edilməsi və ətraf mühitə zərərin azaldılması üçün nəzərdə tutulmuş kompleks sistem, qaydalar və tədbirlər barədə işçilərə təlim keçdiyini, bu barədə hər bir işçiyə müvafiq jurnala imza etdirdiyini, habelə SƏTƏM Əlifxan Əlifxanovun iş prosesində işçilərin bu qaydalara riayət etməsinə mütəmadi şəkildə nəzarət etdiyini, bundan başqa şirkətdə işçilərin xüsusi geyim və mühafizə vasitələri (əlcək, xüsusi ayaq geyimi, dəbilqə, eynək və s.) ilə təmin edildiyini, xx.xx.2025-ci il tarixdə, saat 08:00 radələrində işə başlamazdan əvvəl də SƏTƏM tərəfindən əməyin mühafizəsi ilə bağlı müvafiq qaydaların bir daha izah edilməklə bu barədə aidiyəti jurnala imza etdirildiyini bildirmişdir. Eyni zamanda X9 izahatında şirkət tərəfindən ona lazımi ləvazimatlarla yanaşı qoruyucu göz eynəyi də verilməsinə baxmayaraq onun bu işi icra edən zaman öz səhlənkarlığı ucbatından sonuncu dəfə iri çəkiclə dəmirə vurarkən həmin eynəkdən istifadə etmədiyini, belə ki, eynəklə işləməyin onun üçün narahat olduğundan, yəni cansıxıcı olduğundan rahat işləmək üçün heç kimin göstərişi olmadan özbaşına həmin eynəyi iş prosesində çıxardığını, nəticədə öz səhlənkarlığı ucbatından dəmir qırıntısının sağ gözünə düşdüyünü və ağır dərəcəli xəsarət aldığını, bununla bağlı heç kimdən heç bir şikayəti və tələbi qalmadığını da göstərmişdir. Bütün bu qeyd edilənlərə əsasən də məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şərqi Zəngəzur regional şöbəsinin rəisi Ruslan Abdullayev tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda "xxxx" MMC-nin direktoru X18 tərəfindən işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyimayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsi və iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin işçilər üçün təmin edilməməsi barədə gəldiyi qənaət qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, bütün bu göstərilənlərə əsaslanaraq məhkəmə belə hesab edir ki, həm qanunun mənası baxımından, həm də işin faktiki halları baxımından "xxxx" MMCnin direktoru X18 tərəfindən ona istinad olunan inzibati xətanı törətməsi müəyyən edilmir. X10 Xidmətinin əməkdaşı vəzifəli şəxs barəsində qərar qəbul edərkən maddi hüquq normasının mənasını və mahiyyətini araşdırmadan əsassız olaraq hesab etmişdir ki, "xxxx" MMC-nin direktoru X18 İXM-nin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti ola bilər. Göründüyü kimi "xxxx" MMC-nin direktoru X12 əməllərində İXM-nin 199-cu maddəsinin tərkib əlamətlərinin olmamasına baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şərqi Zəngəzur regional şöbəsi isə hərtərfli və obyektiv araşdırma aparmadan "xxxx" MMC-nin direktoru X18 barəsində İXM-nin 199-cu maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 700 manat məbləğində inzibati qaydada cərimə etmişdir. Bundan başqa, İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru X12 hərəkətlərində İXM-nin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi mövcud olmamışdır. Bundan əlavə, İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hesab olunur. İXM-nin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. İXM-nin 136.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. Şərh olunan hallara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin edilməli və şikayətçi "xxxx" MMC-nin direktoru X12 İXM-nin 199-cu maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şərqi Zəngəzur regional şöbəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, həmçinin İXM-nin 53 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Şikayətçi "xxxx" MMC-nin direktoru X12 İXM-nin 199-cu maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şərqi Zəngəzur regional şöbəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar