Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 3(047)-53/2024 19.03.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Xocalı RPŞ-nin DYPB tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə, eyni zamanda müddətin buraxılmamış hesab edilməsinə dair ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 RPŞ-nin DYPB tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət, eyni zamanda müddətin buraxılmamış hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Xocalı RPŞ-nin DYPB tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli qərardan şikayət müddətinin buraxılmamış hesab edilməsi, həmçinin Xocalı RPŞ-nin DYPB tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, şikayət və eyni zamanda müddətin buraxılmamış hesab edilməsinə dair ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında qərardan görünür ki, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 334.1 və 339.1-ci maddələri ilə inzibati xəta törədilməsinə dair Xocalı RPŞ-nin DYPB tərəfindən xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərar qəbul olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İXM-nin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göründüyü kimi Xocalı RPŞ-nin DYPB tərəfindən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 334.1 və 339.1-ci maddələri ilə inzibati xəta törədilməsinə dair xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərar qəbul olunaraq onun barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmiş və həmin qərarın tərtib edilməsindən 4 il 5 ay keçəndən sonra onun tərəfindən Xocalı RPŞ-nin DYPB-nin xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət, eyni zamanda müddətin buraxılmamış hesab edilməsinə dair ərizə ilə Laçın Rayon Məhkəməsinə müraciət edərək Xocalı RPŞ-nin DYPB tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli qərardan şikayət müddətinin buraxılmamış hesab edilməsi, həmçinin Xocalı RPŞ-nin DYPB tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Lakin qanunvericiliyin normalarından da göründüyü kimi X4 barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 334.1 və 339.1-ci maddələri ilə inzibati xəta törədilməsinə dair xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərar Xocalı RPŞ-nin DYPB tərəfindən qəbul edildiyindən X4 da həmin qərardan şikayət müddətinin buraxılmamış hesab edilməsi barədə vəsatət ilə müvafiq səlahiyyətli orqana (vəzifəli şəxs) müraciət etməli idi. X2 tərəfindən qeyd edilən qərardan şikayət müddətinin buraxılmamış hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir ki, bu da Azərbaycan Respublikası İXM-nin tələblərinə ziddir və həmin qərardan verilmiş şikayətin, həmçinin şikayət müddətinin buraxılmamış hesab edilməsi barədə ərizənin geri qaytarılması üçün əsasdır. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Xocalı RPŞ-nin DYPB tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinin, eyni zamanda müddətin buraxılmamış hesab edilməsinə dair ərizəsinin natamam olduğundan baxılmadan geri qaytarılması və ona həmin icraat üzrə Xocalı RPŞ-nin DYPB-nin xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarından şikayət vermək hüququnun bərpa edilməsi ilə bağlı müvafiq vəsatət ilə müvafiq səlahiyyətli orqana (vəzifəli şəxs) müraciət etmək hüququnun olduğunun izah edilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 117-118, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Xocalı RPŞ-nin DYPB tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti, eyni zamanda müddətin buraxılmamış hesab edilməsinə dair ərizəsi natamam olduğundan baxılmadan geri qaytarılsın və ona həmin icraat üzrə Xocalı RPŞnin DYPB-nin xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarından şikayət vermək hüququnun bərpa edilməsi ilə bağlı müvafiq vəsatət ilə müvafiq səlahiyyətli orqana (vəzifəli şəxs) müraciət etmək hüququnun olduğu izah edilsin. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №3(047)-53/2024
Laçın Rayon Məhkəməsi Qərardad — İş №3(047)-53/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver