Məhkəmə qərarları › İş №3(047)-61/2023

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-61/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-61/2023 22.05.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Xocavənd rayonu Moreşen kəndində anadan olmuş, Ağdam şəhəri, İ.Qayıbov küçəsi ev 76-da qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, Bakı şəhəri, Nərimanov rayonu Heydər Əliyev prospekti 103 A-da fərdi evdə yaşayan X2 Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334.1 və 339.1-1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Laçın rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyənetdi: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334.1 və 339.1-1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Laçın rayon Polis Şöbəsindən material daxil olmuşdur. Qeyd edilən materialdan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində “X8 4140” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə olmadan, texniki baxışdan keçirmədən və idarə etmə hüququ olmadan sərxoş halda Laçın-Şuşa yolunda idarə etmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 332.1, 334.1 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X5 izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində “X8 4140” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə olmadan, texniki baxışdan keçirmədən və idarə etmə hüququ olmadan sərxoş halda Laçın-Şuşa yolunda idarə edərkən Laçın rayonu Yol patrul xidmətinin əməkdaşları onun idarə etdiyi avtomobili saxlatmış və ona müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. O, törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini bildirmiş və eyni zamanda maddi vəziyyətinin də ağır olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 bu əməllərdə təqsiri özünün etirafı, eləcə də inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 cəza təyin edərkən onun maddi vəziyyətinin ağır olmasını, həmçinin səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 əməlində onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə-əlli manat məbləğində cərimə edilir.https://www.eqanun.az/framework/46960 Buna görə də məhkəmə belə hesab edir ki, X5 barəsində daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibat tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə X2 törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində inzibati həbs növündə cəza tətbiq olunmasını məqsədəuyğun hesab edir. Bundan başqa məhkəmə belə hesab edir ki, həbsetmənin əvvəli X2 inzibati qaydada tutulduğu vaxtdan, yəni 20 may 2023-cü il tarixdən saat 23:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 34,3, 106, 110, 114-115, 117 və 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334.1 və 339.1-1ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla 04 (dörd) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 20 may 2023-cü il tarixdən saat 23:50-dən hesablansın. Qərarın surəti X3 təqdim edilsin. X1 RPŞ-nin X7 saxlanılsın. Qərarın icrası Laçın və Ağcabədi RPŞ-lərinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar