Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-81/2023 15.08.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim vəzifəsini müvəqqəti icra edən Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sarxan Aqil oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə Laçın Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs adına tərtib olunmuş inzibati xəta haqqında qərara əsasən 3 (üç) ay müddətində müəyyən edilmiş cəriməni ödəmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Laçın rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs vəfat etdiyi üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan müəyyən edilmişdir ki, Şəxs 02 aprel 2023-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs 02 aprel 2023-cü il tarixdə öldüyündən barəsində tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 110, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №3(047)-81/2023
Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-81/2023
15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver