Məhkəmə qərarları › İş №3(047)-88/2023

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-88/2023

19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-88/2023 19.09.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Ağcabədi rayon icra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci ildə Ağcabədi rayonu Üzeyirkənd kəndində anadan olmuş, ali təhsilli, ailəli, təqaüdçü, Ağcabədi rayon Avşar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağcabədi rayon icra və probasiya şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağcabədi rayon icra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 2(047)-517/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 17000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Sonradan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)-35/2022 saylı qərardadına əsasən həmin məbləğin cavabdeh Şəxs ilkin olaraq 3 ay müddətinə hər ay 700 manat, sonrakı aydan başlayaraq hər ay 1000 manat məbləğində pulun tutularaq tələbkar X2 verilməsi qərara alınmışdır. Hal-hazırda icra sənədində göstərilən tələb təmin edilməmiş borclunun tələbkara borcu tam ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında göstərmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin 2(047)-517/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən ondan 17000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Sonradan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)-35/2022 saylı qərardadına əsasən həmin məbləğin ondan ilkin olaraq 3 ay müddətinə hər ay 700 manat, sonrakı aydan başlayaraq hər ay 1000 manat məbləğində pulun tutularaq tələbkar X2 verilməsi qərara alınmışdır. Hal-hazırda icra sənədinə əsasən onun tələbkar X2 4400 manat borcu vardır. Lakin onun maddi vəziyyəti çöx ağırdır. O, halhazırda ağır xəstədir, həmçinin pensiyaçıdır. Ona görə də icra vərəqəsi üzrə qalan borcu onun pensiyasına yonəldilməlidir. Lakin buna baxmayaraq onun barəsində Ağcabədi rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ağcabədi rayon icra və probasiya şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin 2(047)-517/2020 saylı, xx.xx.2020-ci tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 17000 manat borc pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Sonradan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)-35/2022 saylı qərardadına əsasən həmin məbləğin cavabdeh Şəxs ilkin olaraq 3 ay müddətinə hər ay 700 manat, sonrakı aydan başlayaraq hər ay 1000 manat məbləğində pulun tutularaq tələbkar X2 verilməsi qərara alınmışdır. Hal-hazırda icra sənədinə əsasən borclunun tələbkar X2 11353 manat borcu vardır və borclu qalan borcu ödəməkdən də boyun qaçırır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs qanuni cəza verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən məhkəmə iclasının zərər çəkmiş şəxs X1 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qismən özünün izahatı, həmçinin Ağcabədi rayon icra və probasiya şöbəsinin icra məmuru X3 izahatı, eyni zamanda iş materiallarında olan inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Məhkəməsinin 2(047)-517/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 17000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)-35/2022 saylı qərardadından görünür ki, borclu Şəxs tərəfindən verilmiş şikayətin təmin edilməsi, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, ərizənin qismən təmin edilərək borclu Şəxs ilkin olaraq 3 ay müddətinə hər ay 700 manat, sonrakı aydan başlayaraq hər ay 1000 manat məbləğində pulun tutularaq tələbkar X2 verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 3(017)-03/2023 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, borclu Şəxs tərəfindən borc məbləğindən tələbkar X2 cəmi 5647 manat pul ödənilmişdir. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun maddi vəziyyətinin ağır olmasını, həmçinin təqaüdçü olmasını, eyni zamanda ilk dəfə olaraq belə bir inzibati xətaya yol verməsini Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd edilən hüquq normalarının tələblərini əsas tutaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə, xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, eyni zamanda inzibati xəta törədən şəxsin altmış beş yaşına çatmasını nəzərə alaraq ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2, 528.1, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci madəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törtətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar