Məhkəmə qərarları › İş №3(048)-101/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-101/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-101/2024 20.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Lerik rayonu Barzavu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, Lerik rayonu Barzavu kəndində qeydiyyatda olmaqla, Lerik şəhəri C.Şahıyev küçəsi ev 8, mənzil 5-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 22 fevral 2024-cü il tarixdə Lerik şəhərində özünü Lerik rayonu, Çayrud kənd sakini Zərərçəkmiş şəxs hərbi həkim komissiyasında sözü keçən şəxs kimi təqdim edərək sonuncunu həqiqi hərbi xidmətə getməkdən yayındırmağın müqabilində ondan 300 (üç yüz) manat pul almış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməsini etiraf edərək əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxlə barışmasını nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə teleqrama müraciət edərək göstərmişdir ki, Şəxs işi üzrə zərərçəkmiş şəxsdir. Hazırda ona vurlmuş ziyan tam ödənilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığından ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, Şəxs işi üzrə icraata xitam verilməsini xahiş edir. Materiala əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, Lerik rayon prokuroru, baş ədliyyə müşaviri Akif Rzayevin inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi vardır. Lakin, məhkəmə inzibati xəta törətmiş Şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin maddəyə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar