Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-104/2024 10.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Hacızadə Emin Rüfət oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 29 aprel 2024-cü il tarixli, MN ******* nömrəli qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X7 Azərbaycan Respublikasının İXM-nin 253.1ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 29 aprel 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 şikayətini onunla əsaslandırmışdır ki, o Lerik rayon Veri-Əliabad kəndində yaşayır. İbrahim adlı şəxs ona zəng vuraraq meşə idarəsində müfəttiş işlədiyini, meşə gözətçisi Nazim adlı şəxsin onun barəsində meşə təsərrüfatına müraciət edərək onun Vizəzəmin meşəbəyliyində 10 ədəd ağac kəsdiyini bildirmişdir. O, isə həmin şəxsə heç bir ağac kəsmədiyini bildirmişdir. Həmin şəxs ona kəndə gələcəyini və onun da orada iştirak etməsini bildirmişdir. 27 mart 2024-cü il tarixdə İbrahim adlı şəxs ona yenidən zəng edərək Veri-Əliabad kəndinin yuxarı hissəsində onu gözlədiklərini bildirmişdir. O, həmin əraziyə gəldikdən sonra İbrahim və Nazim adlı şəxslər ondan ağacı harda kəsdiklərini soruşmuşlar. O, isə onlara heç bir ağac kəsmədiyini bildirmişdir. Daha sonra Nazim adlı şəxsin göstərdiyi əraziyə getmişlər və baxış nəticəsində 8 ədəd ağacın kəsilməsi müəyyən olunmuşdur. Kəsilmiş ağacların kimin tərəfindən kəsilməsi müəyyən olunmasa da, onun barəsində əsassız olaraq protokol tərtib etmişlər. O, isə protokolla razı olmadığından və heç bir ağac kəsmədiyindən protokolu imzalamaqdan imtina etmişdir. Belə ki, ağacların kimin və ya kimlər tərəfindən kəsilməsi barədə heç bir sübut olmasa da əsassız olaraq barəsində protokol və qərar qəbul edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, onu meşədə olan atın ayaq izlərinə və meşə gözətçisi Nazim adlı şəxsin dediyinə görə ağacların kəsilməsində təqsirli bilmişlər. O, heç bir ağac kəsməmiş, meşəyə 8 aydır ki, getmir. Meşə gözətçisi Nazim adlı şəxs ona ağacların kəsilməsi ilə bağlı böhtan atmışdır. Böhtan atmasının da səbəbi qonşu kənddə Mürfət adında şəxs ağacları kəsən zaman meşə gözətçisi Nazim həmin şəxsi video görüntüyə almış və buna görə Mürfət adlı şəxs cərimə olunmuşdur. Mürfət adlı şəxs bunun əvəzini çıxmaq üçün Nazimdən şikayət etmiş, guya Nazimi şikayət etməyi də Mürfətə o, öyrətmişdir. Bu səbəbdən Nazim ona böhtan ataraq ağacların onun tərəfindən kəsilməsini bildirmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş 1 saylı X9 Mərkəzinin nümayəndəsi X11 izahatında göstərmişdir ki, Lerik rayonu, Veri-Əliabad kənd sakini X2 meşəbəyliyinin 17 saylı meşə dolayında özbaşına ağac kəsdiyinə görə meşə gözətçisi X12 yazdığı məlumat yerində araşdırılmış, araşdırmaya Mövlud Fəttayev dəvət olunmuşdur. O, yoxlamada iştirak etsə də, izahat verməkdən və akta imza etməkdən imtina etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Lerik rayonu, Veri-Əliabad kənd sakini X2 meşəbəyliyinin 17 saylı meşə dolayına daxil olaraq ümumilikdə 9 ədəd odunluq ağacları kəsərək aparmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7 nömrəli əlavəsinə əsasən hesablanmış zərər 77 manat olmaqla dövlət meşə fonduna dəymiş kök üstə satış miqdarı ilə zərərin ümumi miqdarı 94,30 manat təşkil edir. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vizəzəmin meşəbəyliyinin 17 saylı meşə dolayının meşə gözətçisi X4 izahatında bildirmişdir ki, meşə gözətçisi kimi 5 ildir işləyir, onun iş vaxtı səhər saat 8-dən axşam saat 18:00-a kimidir. Həmin müddətdə o, gözətçi kimi Vizəzəmin meşəbəyliyinin 17 saylı meşə dolayında ərazidə olur. X1 yaşadığı ev meşə ərazisindən 100 metr aralıda yerləşir. xx.xx.2024-cü il tarixdə meşə ərazisində olan zaman 8-9 ədəd ağacın kəsildiyini görmüşdür. O, ağacların kəsildiyi yerdə olan at və ağac izlərini izləmiş, həmin izlər X3 yaşadığı evin həyətinə gedib çıxmışdır. M.Fəttayevin yaşadığı evin həyətinin hasarı olmadığından həyətinə daxil olmuş ağacların kəsilib yığıldığını, hətta ağacın qabığının onun həyətinin girişində olan daşa ilişərək qaldığını görmüşdür. O, Mövludu çağırmış, lakin onun evdə olmadığını bildirmişlər. Daha sonra o, 102 xidmətinə və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ağacların kəsilməsi ilə bağlı məlumat vermişdir. Şahid daha sonra izahatında meşəyə yaxın ərazidə olan evlərdən atın tək Mövludda olduğunu, digər atı olan sakinin evinin isə meşədən xeyli aralı olduğunu, at və ağac izlərinin M.Fəttayevin yaşadığı evə doğru getdiyini, həmin kəsilmiş ağacları ata bərkidib sürüyərək apardığını, bununla da atın və ağacın yerdə izlərinin qaldığını, ağacları gecə saat 12-1 radələrində kəsdiyini, meşə ərazisində yaşayan hər kəsi tanıdığı kimi M.Fəttayevi də meşə ərazisinə yaxın yerdə yaşadığı üçün tanıdığını, Mövludla heç bir ədavətinin və düşmənçiliyinin olmadığını, bu hadisədən sonra M.Fəttayevin daha 4 ədəd ağac kəsdiyini, bununla bağlı idarəyə yenə məlumat verdiyini, M.Fəttayevin kəsdiyi ağacları paya (çəpər) kimi satdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 29 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Vizəzəmin meşəbəyliyinin 17 saylı meşə dolayının meşə gözətçisi X4 tərəfindən 1 saylı X9 Mərkəzinə yazılmış xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Lerik rayon Veri-Əliabad kənd sakini X7 tərəfindən 10 ədəd müxtəlif diametrdə müxtəlif fıstıq ağaclarının kəsilməsini müşahidə etmişdir. Qanunvericiliyə uyğun tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı X9 Mərkəzi tərəfindən tərtib olunmuş 27 mart 2024-cü il tarixli, 001376 nömrəli aktdan görünür ki, Lerik rayonu, Veri-Əliabad kənd sakini X2 meşəbəyliyinin 17 saylı meşə dolayında özbaşına ağac kəsdiyinə görə meşə gözətçisi X12 yazdığı məlumat yerində araşdırılmış, araşdırmaya Mövlud Fəttayev dəvət olunmuşdur. O, yoxlamada iştirak etsə də, izahat verməkdən və akta imza etməkdən imtina etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Lerik rayonu, Veri-Əliabad kənd sakini X2 meşəbəyliyinin 17 saylı meşə dolayına daxil olaraq fıstıq cinsindən 16 sm diametrində 01 ədəd, 20 sm diametrində 5 ədəd, 24 sm diametrində 01 ədəd, 28 sm diametrində 01 ədəd, 32 sm diametrində 01 ədəd ümumilikdə 9 ədəd odunluq ağacları kəsərək aparmışdır. Həmin ağaclar kəsilmə yerindən ölçülərək, döş hündürlüyündə hesablanaraq ağacların dib kötükləri Lerik rayonu üzrə meşə mühafizə mühəndisinə məxsus N-154 damğa ilə damğalandı. Həcm və ziyan cədvəli akta əlavə olunur. Hansı ki, onların həcmi 3,94 kubmetr kök üstə satış miqdarı 17,30 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7 nömrəli əlavəsinə əsasən hesablanmış zərər 77 manat olmaqla dövlət meşə fonduna dəymiş kök üstə satış miqdarı ilə zərərin ümumi miqdarı 94,30 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı X9 Mərkəzinin Lerik rayonu üzrə meşə mühafizə mühəndisi X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Vizəzəmin meşəbəyliyinin 17 saylı meşə dolayında kök üstə yaş ağacların kəsilməsi faktı ilə bağlı Lerik rayonu, Veri-Əliabad kənd sakini X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin X5 ünvanladığı 16 aprel 2024-cü il tarixli məktubdan görünür ki, Vizəzəmin meşəbəyliyinin 17 saylı meşə dolayında kök üstə yaş ağacların kəsilməsi faktı ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə uyğun olaraq barənsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati protokol və toplanmış sənədlər əsasında 29 aprel 2024-cü il tarixdə saat 11:00-da idarədə araşdırma aparılaraq inzibati qərar çıxarılacağı, işə baxılmasında iştirak etmək üçün həmin tarixdə karantin qaydalarına əməl etmək şərti ilə idarəyə gəlməsinin zəruri olması, əks təqdirdə həmin işə tərtib edilmiş sənədlər əsasında iştirakının olmadan baxılacağı və müvafiq qərar qəbul ediləcəyi göstərilmişdir. İş materiallarında olan 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 29 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 meşəbəyliyinin 17 saylı meşə dolayında kök üstə yaş ağacları kəsdiyindən Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin X5 ünvanladığı 29 aprel 2024-cü il tarixli məktubdan görünür ki, X3 barəsində tərtib edilmiş 27 mart 2024cü il tarixli 001376 nömrəli akt, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati protokol və toplanmış sənədlər əsasında 29 aprel 2024-cü il tarixdə işə baxılaraq idarənin MN ******* nömrəli qərarı ilə barəsində inzibati qaydada fiziki şəxs qismində 700 manat cərimə tətbiq edilməsi və həmin cəriməni könüllü olaraq idarəyə ödəməsi göstərilmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinən X7 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. X1 şikayətində göstərdiyi xüsusat, yəni təqsirinin olmaması onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Məhkəmə şikayət verən şəxs X5 istinad edilən inzibati xətaya inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq qeyd edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 253.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən, meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə X3 şikayət ərizəsində göstərdiklərini onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirir və hesab edir ki, onun göstərdiklərinin inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir hüquqi əsası yoxdur. Əksinə, məhkəmə iclasında müəyyən edilərək bir-birini tamamlayan mötəbər sübutlarla X3 Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Şikayət vermiş şəxs qərarın ləğv edilməli olmasını onun təqsirinin olmaması ilə əsaslandırmağa çalışmışdır ki, yuxarıda istinad edilən qanunvericiliyin tələbləri və işin faktiki halları baxımından onun irəli sürdüyü dəlillərlə məhkəmə razılaşmır, əsassız olması qənaətinə gəlir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X3 Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barədə inzibati qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 aprel 2024-cü il tarixli, MN ******* nömrəli qərarı tam qanuni və əsaslıdır. Ona görə də, X3 şikayət təmin edilməməli, 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 29 aprel 2024-cü il tarixli, MN ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 29 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-104/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-104/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver