Məhkəmə qərarları › İş №3(048)-109/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-109/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-109/2024 21.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik şəhər M.F.Axundov küçəsi ev 18-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Lerik şəhər Avtovaqzal ərazidsində olduğu vaxt polis əməkdaşları ona yaxınlaşaraq barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə bağlı Lerik Rayon Polis Şöbəsinə gəlməyi bildirmişlər. O da polis şöbəsinə getmişdir. Sonra onu inzibati qaydada tutmuşlar. O, heç bir polis əməkdaşına kobudluq etməmişdir. Həmçinin onların qanuni tələblərinə tabe olmuşdur.Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməməsi barədə vermiş olduğu izahatını inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu əməldən yaxa qurtarmağa yönəlmiş izahat kimi qəbul edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilən inzibati xətanı törətməsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclası zamanı Lerik RPŞ-nin PPXB-in polis nəfəri, polis serjantı X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində polis nəfəri X5 şəhəri Avtovaqzal ərazisində xidmətdə olduğu zaman Lerik RPŞ-in inzibati həyətində ümümi təlimatlarla elan edilmiş barəsində “Ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Şəxs həmin ərazidə görmüşlər. Ona yaxınlaşaraq qətimkan tədbirinin tələblərini pozduğunu ondan soruşduqda, o kobud şəkildə “sizə nə” deyərək ucadan səs-küy salmağa başlamışdır. Onu nizam-intizama dəvət etsələrdə lakin onların qanuni tələblərinə tabe olmadığından onu Lerik RPŞ-nə gətirərək raportla Lerik RPŞ-nə müraciət etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirlmiş Lerik RPŞ-nin PPXB-in polis nəfəri, polis serjantı X4 şahid qismində dindirlmiş zamanı Lerik RPŞ-nin PPXB-in polis nəfəri, polis serjantı X3 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2024 -cü il tarixli, MN № ******* saylı protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan Lerik RPŞnin İTB-nin sahə rəisi polis mayoru X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. Onun əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halın olmasını və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 07, 53, 114, 115, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar