Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-11/2024 25.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət verən şəxs X7 iştirakı ilə, xx.xx.1962-ci ildə Lerik rayonunun Zərdəbərə kəndində anadan olmuş, azərbaycan Respublikası vətəndaşı, ailəli, Lerik Rayon KMİB-in rəisi işləyən, Lerik şəhəri E.Qarayev küçəsi ev 9-da qeydiyyatda olan və yaşayan X7 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Lerik RPŞ-in sahə rəisi X4 tərtib etdiyi 27 noyabr 2024-cü il tarixli MN №1700474 saylı inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X5 qəbul etdiyi 20 dekabr 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X13 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə edilmişdir. X13 həmin qərardan şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X5 qəbul etdiyi 20 dekabr 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında iş üzrə qərardan şikayət verən şəxs X13 şikayətini müdafiə edərək izahatında göstərdi ki, o, 13 mart 2023-cü ildən halhazıradək Lerik Rayon Kommunal X1 rəisi vəzifəsində işləyir və vəzifəli şəxs hesab olunur. Rəhbərlik etdiyi müəssisənin vəzifəsi Lerik şəhərində və digər ərazilərdə məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsini təmin etməkdən ibarətdir. Bu işi səlahiyyətləri daxilində, “Tullantılar haqqında” qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın tələblərinə uyğun icra etməyə çalışırlar. Bərk məişət tullantılarının zərərsizləşdirilməsi Lerik şəhərinin Hıramo ərazisində xüsusi ayrılmış ərazidə -poliqonda həyata keçirilir. Xüsusi qurğular olmadığına görə tullantıların yandırılma üsulu ilə zərərsizləşdirilməsi həyata keçirilmir və basdırlma üsulu ilə zərərsizləşdirilir. Poliqanda müxtəlif səbəblərdən yanğın hadisəsi baş verərkən aidiyyəti üzrə rayonun yanğınsöndürmə xidmətinə məlumat verilir və eyni zamanda daxili imkanlar hesabına söndürməyə çalışılır. 2023-cü il noyabrın 27-də küləkli hava şəraiti ilə bağlı naməlum şəraitdə Lerik şəhərinin Hıramo ərazisində xüsusi ayrılmış ərazidə poliqonda kiçik ərazini əhatə edən yanğın hadisəsi baş vermişdir. Yanğın hadisəsi ilə bağlı məlumat daxil olduqdan sonra dərhal müəssisənin işçilərini cəlb etməklə yanğını söndürməyə çalışmaqla və rayon yanğınsöndürmə xidmətinə məlumat vermişlər. Qısa zaman ərzində yanğın söndürüldü. Yanğın hadisəsi naməlum şəraitdə baş vermiş və küləkli hava şəraiti ilə bağlı kiçik əraziyə yayılmışdır.Yanğının baş verməsində müəssisənin işçilərinin heç bir günahı-təqsiri olmamışdır. Lakin Lerik Rayon Polis Şöbəsinin əməkdaşları qanunvericiliyin tələblərini pozaraq fiziki şəxs kimi barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə ilə- sənaye və məişət tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə 27 noyabr 2023cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi işə Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla əsassız olaraq barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən tərtib edilmiş 27 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu və işə əlavə edilmiş materialları araşdırmadan 20 dekabr 2023-cü il tarixli MN-1440934 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə onu fiziki şəxs kimi 500 (beş yüz) manat miqdarında inzibati cərimə etmişdir.Poliqonda 27 noyabr 2023-cü ildə bağ verən yanğın hadisəsi onun və ya müəssisənin işçiləri tərəfindən törədilməmiş və ətraf mühitin mühafizə qaydalaır onlar tərəfindən pozulmamışdır. Poliqonda yanğın naməlum şəraitdə bağ vermiş və küləkli hava şəraiti ilə bağlı kiçik əraziyə yayılmışdır.Yanğın hadisəsinin baş verməsində onun fiziki şəxs və ya vəzifəli şəxs kimi heç bir təqsiri yoxdur.Əksinə o və müəssisənin işçiləri yanğını söndürməyə çalışmış və rayon yanğınsöndürmə xidmətinə məlumat vermişlər.Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla əsassız olaraq fiziki şəxs kimi barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən tərtib edilmiş 27 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsassız olduğunudan heç bir hüquqi nəticələr yaratmır və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən barəsində qəbul edilmiş 20 dekabr 2023-cü il tarixli MN-1440934 nömrəli inzibati tənbeh vermə haqqında qərarına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirlmiş X8 izahatında göstərdi ki, Lerik Rayon Kommunal X2 briqadir vəzifəsində işləyir. Zibil poliqonunda baş vermiş yanğlarının səbəbkarı onlar və müəssisə deyil. Tullantılar yaranmış isti havalarda və buxarlanma nəticəsində baş verir. Yanğın baş verdiyi zaman onlara bu barədə məlumat daxil olan kimi müəssisənin işçiləri ilə birlikdə yanğını söndürürülər. Həmçinin bu barədə Lerik FH şöbəsinə məlumat veririlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş səlahiyyətli orqan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını tədqiq edib, sübutlara obyektiv, hüquqi qiymət verərək belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X5 qəbul etdiyi 20 dekabr 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarında olan 20 dekabr 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Lerik RPŞ-i tərəfindən Lerik şəhər Hıramo kəndi ərazisində zibil poliqonunda baş vermiş yanğın aşkar olunduğundan X13 İXM-in 271-ci maddəsi ilə 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. MN ******* saylı İnzibati xəta haqqında prtokoldan görünür ki, Lerik RPŞ-in sahə rəisi X6 tərəfindən X13 barəsində protokol tərtib edilərkən inzibati xəta haqqında protokolun tərtib olunma tarixi qeyd edilməməklə İXM-in 100.1.1-ci maddəsinin tələbləri açıq aşkar pozulmuşdur. Eyni zamanda X7 əməlində iznibati xəta tərkibi əlamətləri olmuş olsa belə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X3 RPŞ-in inzibati xəta haqqında protokoluna əsasən X13 barəsində qərar qəbul edərkən X10 vəzifəli şəxs kimi deyil fiziki şəxs kimi cərimə etmişdir. Göründüyü kimi Lerik şəhər Hıramo kəndi ərazisində zibil poliqonunda baş vermiş yanğın aşkar olunmuş olsa belə, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi və həmin xətanın törədilməsində X7 təqsiri olması sübüuta yetirilmir. Belə ki, inzibati xəta haqqında protokolun qanuniliyi və əsaslılığını yoxlamaq üçün məhkəmə İXM-in 109.1.3-cü maddəsinin tələbinə əsasən iş barəsində zəruri olan əlavə materialın məhkəməyə təqdim edilməsini tələb etsə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi həmin sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hallardan bəhs edən 75.0.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə ilk növbədə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Təqdim edilmiş sübutlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələbinə əsasən (İnzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.) hazırkı iş üzrə inzibati xəta hadisəsinin olmasını kifayət qədər təsdiq etmədiyinə görə məhkəmə hesab edir ki, X11 istinad edilən İXM-in 271-ci maddəsində nəzərdə tutlan inzibati xəta hadisəsi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2– 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında,134.1.3-cü maddəsinə əsasənə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 133-cü və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X5 qəbul etdiyi 20 dekabr 2024-cü il tarixli MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarı ləğv edilsin. Həmin qərarın hüquqi nəticələri ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-11/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-11/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver