Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-111/2024 04.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hacızadə Emin Rüfət oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, xx.xx.2000-ci ildə Lerik rayonunu Brkandul kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Lerik rayonunu Brkandul kəndində qeydiyyatda olmaqla orada yaşayan X3 barəsində Azərbaycan Respublikası DİN Lerik Rayon Polis Şöbəsinin YPX-i tərəfindən tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Lerik Rayon Polis Şöbəsinin YPX-i inspektoru polis baş serjantı X4 tərəfindən tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2024-cü il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarına əsasən 80 manat məbləğində cərimə edilmişdir. X1 Rayon Polis Şöbəsinin YPX-i inspektoru polis baş serjantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında iş üzrə qərardan şikayət verən şəxs X3 şikayətini müdafiə edərək izahatında göstərdi ki, 21 aprel 2024-cü il tarixdə səhər saat təxminən 08 radələrində Lerik rayonu Lənkəran-Lerik yolunun 44-cü km-də Lerik şəhəri istiqamətində VAZ 2106 minik markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən, hərəkətdə olduğu zolaqda mal-qara olduğundan və onunla üz-üzə heç bir avtomobil hərəkətdə olmadığından avtomobili sola manevr edərək mal-qaranı keçərək yoluma davam etmişdir. Bu zaman Yol patrul avtomobili onu görüb saxlamışdır. YPX əməkdaşına hadisəni danışsa da o buna fikir vermədən ona bildirmişdir ki, “sən mühavizəçi işləyirsən biz idarə-müəsisəyə gələndə bizim telefonlarımızı yoxlayırsan, bizdə öz işimizi görürük, sən bizə hörmət etsəydin bozdə də sənə hörmət edərdik”. YPX əməkdaşına axı heç bir qayda pozmadığını desə də, lakin o əsassız olaraq barəsində protokol tərtib etmişdir. YPX əməkdaşından barəsində qəbul olunuş protokolu istəsə də tərtib olunmuş protokolu ona verilməmişdir. Sonradan SMS vasitəsi ilə mobil nömrəsinə İXM-in 327.2-ci maddəsi ilə 80 manat cərimə olunmağım barədə bildiriş gəlmişdir.Barəsində qəbul edilmiş inzibati xəta haqqında protokol və qərar qanunsuz və əsassızdır. Ona görə də qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxıt və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmiş qərarından şikayət verilmiş orqanın nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara obyektiv, hüquqi qiymət verərək belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Rayon Polis Şöbəsinin YPX-i inspektoru polis baş serjantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 şikayətində göstərdiyi kimi manevretmə qaydasını pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla inzibati xəta hadisəsi törətəsini etiraf etmişdir.Lakin onun hərəkətdə olduğu zolaqda maneənin olması barədə heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 xx.xx.2024-cü il tarixdə inzibati xəta hadisəsi törətmiş və barəsində Lerik Rayon Polis Şöbəsinin YPX-i inspektoru polis baş serjantı X4 tərəfindən İXM-in 327.2-ci maddəsi ilə düzgün olaraq inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Lerik Rayon Polis Şöbəsinin YPX-i inspektoru polis baş serjantı X4 tərəfindən tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolun və onun əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmiş və onun əsasında qəbul edilmiş həmin tarixli qərar da əsaslı və qanunidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 105, 114, 115, 128-130, 133-134-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Lerik Rayon Polis Şöbəsinin YPX-i inspektoru polis baş serjantı X4 tərəfindən tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolun və onun əsasında tərtib edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-111/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-111/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver