Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-113/2024 26.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Böyük mütəxəssis dəftərxana müdiri Musayev Hökməli Oktay oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, iştirakı ilə, xx.xx.1999-ci ildə ünvan 1 ünvanında anadan olmuş və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, ailəli, bir üşaq atası əvvəllər məhkum olunmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu, 206 və 535.1-ci maddələri ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Lerik şəhəri E.Qasımov küçəsində narkotik vasitələrinin təsiri altında söyüş söymüş müxtəlif qanunazid hərəkətləri edərək polis əməkdaşları onu sakitliyə dəvət etmiş polis əməkdaşlarının qanuni tələblərinə tabeçilik göstərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətaları törətməkdə özünü təqsirli bilərək söyüş söydüyünü, müxtəlif qanunazid hərəkətlər etdiyini və polis əməkdaşlarına hörmətsizlik etdiyini bildirərək, əməlindən peşman olduğunu içki və psxotrop maddələrin təsiri altında olduğunu etiraf edərək üzür istədiyini ona qanunda nəzərdə tutulmüş cəza verilməsini bildirdi. Məhkəmə iclası zamanı dindirilmiş Lerik RPŞ-nin CAB-nın AÜ əməliyyat müvəkkili polis leytenantı Ramal Həsənov izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Lerik şəhəri E.Qarayev küçəsində polis əməkdaşı Orxan Qəribov və CAB-nın əməliyyat müvəkkili Gəray Əliyev ilə xidmətdə olduğu zaman şəhərin eyni adlı küçəsində dörd nəfərin ucadan söyüşlər söyərək müxtəlif qanunazidd hərəkətlər etdiyini görüb onlara yaxınlaşmış, polis əməkdaşları ilə bilrikdə onları sakitliyə dəvət etsələr də lakin həmin şəxslər yəni X1, X4, Şəxs və X2 onların qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmağa davam etmişdir. Məhkəmə iclası zamanı dindirilmiş Lerik RPŞ-nin CAB-nın əməliyyat müvəkkili polis kiçik leytenantı Orxan Qəribov şahid qismində dindirilmiş polis əməkdaşı Ramal Həsənov eyni məzmunlu izahat verdi. Məhkəmə inzibati icraatda iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında 26.05.204-cü il tarixli MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510, 206 və 535.1-ci maddələrinin tərkibi vardır və o, həmin maddələrlə təqsirli bilinərək, İXMnin 34.1-cü maddəsinə əsasən həmin Məcəllənin 206-ci maddəsi ilə barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyəti yüngülləşdirən haldır. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.1-ci madəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-ci madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halın olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə, cərimə növündə tənbeh tətbiq etməyi kifayət hesab etməyərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 206 və 535.1-ci maddələrində nəzərdə tutlmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, İXM-nin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 24 may 2024-cü il tarixdən saat 19:00-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-113/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-113/2024
26.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver