Məhkəmə qərarları › İş №3(048)-119/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-119/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-119/2024 06.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hacızadə Emin Rüfət oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, xx.xx.1987-ci ildə Lerik rayonu, Lerik qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ünvan 1-də, qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası Bakı şəhər DYPİ-i tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2024 saylı inzibati xəta haqqında protokoldan və qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Bakı şəhər DYPİ-itərəfindən «Toyota Prius» minik markalı “** PV ***” dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə «inzibati xəta haqqında» xx.xx.2024-ci il tarixli, İXP ******* saylı protokol və qərar tərtib olunmuşdur. Qeyd edilən qərardan X4 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Bakı şəhər DYPİ-i tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli, İXP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Həmin qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 08:08 radələrində Bakı, Səbail rayonu Ş.Ələkbərova küçəsində, «Toyota Prius» minik markalı “** PV ***” dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Material üzrə işin məhkəmə baxışının vaxtı və yeri barədə qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsinə vaxtında bildirilməsinə baxmayaraq, sonuncunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onun tərəfindən işə baxılmasınının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Bu halda məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllləsinin 133.2.4-cü maddəsinin tələbinə əsasən, işə qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət vermiş şəxs X4 məhkəmə iclası zamanı şikayətini müdafiə edərək bildirdi ki, güya o,xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Bakı şəhəri Səbail rayonu Ş.Ələkbərov küçəsində İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin xətanın törədilməsi elektron sistem vasitəsi ilə ünvanına göndərilmiş və xx.xx.2024cü il tarixdə 150 manat cərimə olunmuşdur. Lakin o heç bir inizbati xəta hadisəsi törətməmişdir. Əgər inzibati xəta törətmişdirsə barəsində YPX əməkdaşı tərəfindən protokol tərtib olunmalı idi. Ancaq heç bir əsas olmadan cərimə olunmuşdur. Qeyd edir ki, o, heç bir inzibati xəta hadisəsi törətməmiş, birmənalı şəkildə bəyan edir ki, heç bir inzibati xəta hadisəsi mövcud olmadığından və barəsində tərtib olunmuş protokolun və qərarın heç bir hüquqi əsası olmadığından xx.xx.2024-ci il tarixli, İXP ******* saylı qərar ləğv edilməlidir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Belə ki, inzibati xəta haqqında protokolun qanuniliyi və əsaslılığını yoxlamaq üçün məhkəmə İXM-in 109.1.3-cü maddəsin tələbinə əsasən iş barəsində zəruri olan əlavə materialın (inzibati xətanının törədilməsi istinad olunan yerdə və müddətdə vidieo görüntrlərin məhkəməyə təqdim edilməsini tələb etsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi həmin sübutları məhkəməyə təqdim etməmişdir. İşdə olan: AZE № 17947276 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X1 şəhəri, Ş.Qurbanov küçəsi ev 2 ünvanında qeydiyyatdadır. BD400761 saylı sürücülük vəsiqəsindən görnür ki, X4 «BC» dərəcəli sürücülük hüququna malikdir. İXM-in inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hallardan bəhs edən 75.0.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə ilk növbədə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir.Təqdim edilmiş sübutlar İXM-in 84.1-ci maddəsinin tələbinə əsasən (İnzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.) hazırkı iş üzrə inzibati xəta hadisəsinin olmasını kifayət qədər təsdiq etmədiyinə görə məhkəmə hesab edir ki, X3 istinad edilən və İXM-in 327.4-cü maddəsində nəzərdə tutlan inzibati xəta hadisəsi olmamışdır. İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2– 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında,134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 133-cü və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Bakı şəhər DYPİ-i tərəfindən X4 barəsində tərtib edilmiş xx.xx.2024-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar