Məhkəmə qərarları › İş №3(048)-12/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-12/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-12/2024 29.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət verən şəxs X1 iştirakı ilə, xx.xx.1973-cü ildə Lerik rayonu, Orand kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, İİ qrup əlil, Lerik rayonu, Orand kəndində qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının tərtib etdiyi 14 noyabr 2023-cü il tarixli MN №1700483 saylı inzibati xəta haqqında protokolu və həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X4 qəbul etdiyi 20 dekabr 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İXMnin 252-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə edilmişdir. X6 həmin qərardan şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X9 tərəfindən qəbul olunmuş 20 dekabr 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında iş üzrə qərardan şikayət verən şəxs X6 şikayətini müdafiə edərək izahatında göstərdi ki, o, 1 saylı X11 Sərvətlər İdarəsinin rəis əvəzi X16 2023-cü il tarixində N-C-BM/4023-434 saylı məktubda Lerik rayon PŞ-nin tərəfindən Lerik meşəbəyinin 5 saylı meşə dolayında tərəfindən meşə məhsullarının buraxılış orderində göstərilən tələblərə əməl edilməməsi faktı ilə bağlı Azərbaycan Respublikası İXM-in 252 maddəsinə uyğun olaraq barəsində tərtib edilmiş 14 noyabr 2023-cü il taridi MN ******* saylı İnzibati protokol və toplanmış sənədlər əasında 20 dekabr 2023-cü il tarixində saat 11:00-da araşdırılma aparılacaq işin baxılmasında iştirak etmək üçün getməsi istənilmişdir.O, ikinci qrup əlil olduğu üçün və bir şikayətçi kimi Mustafayev İlham qardaşı ilə birlikdə 20 dekabr 2023-cü il tarixində saat 11:00-da RETSİ-da olduq. X14 Nazirlikdən müfəttiş nümayəndəsi Mehyəddin və ona odun aparan ural sürücüsü Quliyev Ceyhunla mütəxəsis Xəzərin iştirakı ilə iclas başlandı və müfəttiş Mehyaddin və Hüseynov Ceyhuna bildirdi ki, Lerik rayon Polis şöbəsi sizə göndərən toplanmış sənədləri sizə göndərəndə surətini niyə bizə göndərməyiblər.Bəs meşə məhsullarının buraxılış orderində göstərilən tələblərə əməl edilməyən əsaslar hansılardır. 28 sentyabr 2023-cü il tarixində X2 adında da seriya 034196 orderdə meşə gözətçisi Qəhrəmanın imzası onun imzası və tarixi yerində onun 28 sentyabr 2023-cü il tarixli meşə məhsullarının buraxılış orderi seriya 034195 order əlində meşə gözətçisi Qəhrəmanın imzası özünün imzası və xx.xx.2023-cü il tarixində LRPŞ-nin PPXB-nin komandirinin qoyduğu tarix imzası saat orderdə göstərilən tələblərə əməl edilməmişi hansıdır. Hər iki orderə baxandan sonra orderlərin sürətini onlara verəndən sonra bu sənədləri Nazirliyiyə göndəririk dedilər və Xəzərə tapşırdılar izahat alsın və o Xəzərə izahat vermişdir. X7 dedilər ki, bir neçə ay çəkəcək bunun araşdırması. Arxayın gedin bizi yola saldılar. Onların tələm-tələsik qərar qəbul etməkdə səbəb nədir? Yoxsa kimin təsiri əsasında qərar qəbul edilib? xx.xx.2023-cü il tarixində ural maşınının sənədləri olmadığı üçün maşını polis şöbəsinə apardılar. T.Q-nın baş təhqiqatçısı X5 sənətdə 8 kub göstərilir. Maşında ondan çoxdur. Maşının uzunu 4m 20sm Eni 2m 20sm Hündürlüyü 1m 10sm bir-birinin üstünə gələndə vuranda çıxır 10 kub 164 bunuda 07 vuranda cami 07 kub alınır. İki kub odun və onun pulu 40 manat KETSİ-si R.MTM-i ilə bizə borcludurlar.qaytarmlıdır. Ruslan Əsədulayevə necə demişdimsə onlarda dedi bəlkə maşının boşluğu sıxlığa səf hesablamışıq dedilər. Yox siz mütəxəsizsiniz. Onlar hansı qanunsuzluğundan danışırlar bilinmir. X19 hansı əsasda 350 manat onu cərimə edib, araşdırılmalıdır. Meşə məhsullarının buraxılış orderində göstərilən tələblərə əməl edilməməsi deyil səbəb 2021-ci ildə o və Malik Şahmar oğlu ilə "Semaqon" meşə dolayısının qanunsuz yaş ağaclarını kəsilməsindən meşəbəyi Qurbanov Əyyardan mütəmadi şikayət etməydir. 2022-ci ildən qardaşı Mustafayev İlhamda şikayətə qoşulandən sonra onlar özlərinə müxtəlif yollar gəzən bir qrup dövlət məmurları peyda oldular.Lerik rayon PŞ-nin TQ-nun təhqiqatçı Nuriyev Teymur şikayət ərizələri əsasında cinayət işini araşdırmadı və 28 avqust 2022-ci ildə "Semaqon" adlanan meşə ərazisinin cinayəti rədd etdi. Şikayətilə bağlı Regional meşə Təsərrüfat müəssənin mütəxəsisi Elşad Şükürovun "Samaqon" meşə dolayısına 09 may 2023-cü il tarixində yoxlamada iştirakı zamanı görüntülü çəkiliş diskə köçürüb akt tərtib olunmuşdu. Həmin diskin şikayəti əsasında Dövlətin qanunlarına sadiq olan cənab polis rəisi Ramil Mustafayev həmin cinayət işini onun özünə bərpa etdirdi ətrafında olan sayla sayılan polisləri X8 Əyyar meşəbəyi həmkəndlisi polis mayoru Həşimxan Fərdiyev polis kapitanı Mustafayev Mirsafa kimilər rəisin tapırığına yox 1 saylı Eklolgiya və Təbii Sərvətlər İdarəsinin mütəxəsisi Xəzərlə 1 saylı regional meşə təsərrüfatının mütəxəsisi vəzifə səlahiyyətini gizlədən özünü yanğın işləri üzrə işlərə baxan kimi bizə təqdim edən Sərrafla əlbir olub gəlir əldə edirlər. Bunlar neçə müdürlər dəyişib polislərə güvənirlər. xx.xx.2023-cü il tarixində meşəyə yoxlamaya gələn X20 rayon polis şöbəsi TQ qrupunun təhqiqatçısı polis kapitanı Hoaldun da meşəyə gəlməliydi. Gəlməməsi bir qrup dövlət məmurları ilə əlbirdirlər, onlar haqqında şikayət edir. Baxılmasa bir qrup 30-dan yuxarı ailə üzvləri BMT-nın Bakı ofisin qabağında vətəndaşlıqdan imtina edəndə onda cənab Prezident səslərinə səs verər. X18 Lerik rayon polis şöbəsinə 09 may 2023-cü il tarixli AKT-ı vermir. Ağacları yandırılmış rezin boyası cinayəti gizlədilir. Təhqiqat yerində yoxlayıb AKT tərtib olsaydı belə hallar alınmazdı. Səbəb bu sadaladığı tələblərdir. O, dönən deyilə tələb etdiyi prinsipdən və qanunun araşdırılmasının tələbindən heç kim bizi döndərə bilməz. Ona görə də hesab edir ki, barəsində qəbul edilmiş həmin protokol və qərar əsassız və qanunsuzdur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X9 tərəfindən qəbul olunmuş 20 dekabr 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına xitam verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, sübutlara obyektiv, hüquqi qiymət verərək belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 07 14 noyabr 2023-cü il tarixli MN №170483 saylı protokolu və həmin protokol əsasında rəis əvəzi X9 tərəfindən qəbul etdiyi 20 dekabr 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Xidməti Meşə Məhsullarının 034195 saylı Buraxılış Orderindən görünür ki, Lerik Meşəbəyliyinin buraxılışa məsul şəxsi Əyyar Qurbanov tərəfindən Lerik rayonun Orand kənd sakini X1 vəkalətli nümayəndəsinin vasitəsilə meşə məhsulunun buraxılışına icazə verilmişdir. İş materiallarında olan 20 dekabr 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 tərəfindən qanunsuz olaraq meşə fondundan istifadənin oduncağın tədarük edilməsi, daşıması qaydasını pozduğundan İXM-in 252-ci maddəsi ilə 350 manat, məbləğində inzibati qaydada cərimə edilməsi qeyd edilmişdir. Belə ki, sözügedən “avtomobildə olan odun yükünün nəzərdə tutulmuş miqdardan çox olduğu” nu əsas gətirərək Q.Mustafayev barəsində inzibati xəta haqqında prtotokol və həmin protokol əsasında inzibati tənbehvermə haqında qərar qəbul edilsə də, lakin həmin halı təsdiq edə biləcək heç bir sübut məhkəməyə təqdim etməmişdir. İnzibati xəta haqqında protokolun qanuniliyi və əsaslılığını yoxlamaq üçün məhkəmə İXM-in 109.1.3-cü maddəsinin tələbinə əsasən iş barəsində zəruri olan əlavə materialın (“avtomobildə olan odun yükünün nəzərdə tutulmuş miqdardan çox olduğunu, həcm qiymət cədvəlinin, aktın) məhkəməyə təqdim edilməsini tələb etsə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi həmin sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hallardan bəhs edən 75.0.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə ilk növbədə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Təqdim edilmiş sübutlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələbinə əsasən (İnzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.) hazırkı iş üzrə inzibati xəta hadisəsinin olmasını kifayət qədər təsdiq etmədiyinə görə məhkəmə hesab edir ki, X3 istinad edilən və İXM-in 252-ci maddəsində nəzərdə tutlan inzibati xəta hadisəsi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2– 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında,134.1.3-cü maddəsinə əsasənə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 133-cü və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X9 tərəfindən X6 barəsində qəbul etdiyi 20 dekabr 2023-cü il tarixli MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarı ləğv edilsin. Həmin qərarın hüquqi nəticələri ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar