Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-121/2025 08.05.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 iştirakı ilə, X2 Lerik rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş Lerik rayon Polis şöbəsinin EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 10 aprel 2025-ci il tarixdə əmək fəaliyyəti ilə əlaqədar Lerik rayonunda olarkən Lerik rayon Polis şöbəsinin X4 polis sahə rəisi kimi özünü təqdim edən X10 ona yaxınlaşaraq - “ətraf mühitə siqaret kötüyü atıb çirkləndirdiyin üçün 30 AZN məbləğində cərimə olunursan” inzibati məsuliyyətini bildirmişdir. O, sahə rəisindən inzibati xətanın törədilməsi ilə bağlı hər hansı maddi sübutun təqdim olunmasını və protokolun yerindəcə tərtib olunmasını çox israr etsə də, müxtəlif bəhanələrlə polis əməkdaşı inzibati xətanı törətdiyi foto və video görüntünü ona təqdim etməkdən imtina etmişdir. O, uzun danışıqdan sonra narazı şəkildə sahə rəisindən ayrılıb, işinə davam etmişdir. Bundan sonra, 16 aprel 2025-ci il tarixdə qeydiyyatda olduğu və faktiki yaşadığı Ləkəran rayonu, Girdəni kənd ünvanına Lerik rayon Polis şöbəsi tərəfindən göndərilmiş inzibati xəta barədə protokol və qərarın qəbul olunduğunun əyani şahidi olmuşdur. Belə ki, Lerik rayon Polis şöbəsinin X4 polis sahə rəisi X3 Xətalar Məcəlləsinin 212.4-cü maddəsinin tələblərini pozduğunu əsas gətirməklə, “tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə” barəsində EXP № ******* saylı protokol tərtib edərək, 10 aprel 2025-ci il tarixli EPQ № ******* saylı qərar əsasında 300 manat məbləğində cərimə etmişdir. Lerik rayon Polis şöbəsinin rəis müavini polis polkovnik-leytenantı Elçin Teymurov tərəfindən ev ünvanına göndərilən məktubda inzibati xətanın törədildiyi yer “Lerik rayonu, E.Qarayev küçəsi”ndə olduğunu qeyd etməsinə baxmayaraq, lakin polis sahə rəisi X7 tərtib etdiyi EXP № ******* saylı protokolda isə inzibati xətanın törədildiyi yer “Lerik rayonu, Hacı Heydər küçəsi 12” qeyd olunmuşdur. Qəbul olunan qərar tam əsassız və heç bir maddi sübuta söykənmədiyindən hesab edir ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilərək icraata xitam verilməlidir. Məhkəmə iclasında X1 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Lerik rayon Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Lerik rayon Polis şöbəsinin X4 polis sahə rəisi X10 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EXP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat (6-12) Lerik şəhəri, Hacı Heydər küçəsi 12 ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lerik rayon Polis şöbəsinin X4 polis sahə rəisi X10 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 212.4-cü maddəsinə əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə - üç yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, X5 barəsində EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın qəbuluna əsas olan hal şikayətçinin tütün məmulatları tullantılarını ətraf mühitə atması olmuşdur. Tərtib edilmiş protokolda və inzibati tənbeh vermə haqqında qərarda şikayətçinin yol verdiyi pozuntu barədə əsaslandırılmış faktlar qeyd edilməmiş, onun pozuntuya yol verməsi barədə səlahiyyətli orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, tərtib edilmiş qərar əsassız olmaqla ləğv edilməli və icraata xitam verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Lerik rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayəti təmin edilməli, barəsində Lerik rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Lerik rayon Polis şöbəsinin EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-121/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-121/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver