Məhkəmə qərarları › İş №3(048)-123/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-123/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-123/2025 15.05.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi tərəfindən tərtib olunmuş protokola və ona əlavə edilmiş materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 07 aprel 2025-ci il tarixli, 00400- 00197/25 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Astara Gömrük idarəsi “Lənkəran” gömrük postundan daxil olmuş xx.xx.2025-ci iİ tarixli 3-33-1300/019/000586 saylı raportun icrası ilə əlaqədar araşdırma aparılaraq müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına “69AA631/90AG868" nömrəli yük nəqliyyat vasitəsi ilə gətirilən “Quşçuluq avadanlıqları” yükü xx.xx.2024-cü il tarixdə Astara Gömrük İdarəsindən keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada X8 verilmədiyi məlum olmuşdur. Fakt üzrə toplanmış materiallara əsasən hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən - yəni Azərbaycan Respublikakının gömrük ərazisinə gətirilən mallar barəsində əvvəlcədən X8 verilməməsi faktı üzrə inzibati araşdırma başlanmışdır. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi" informasiya resursundan “malın çatdırılması və boşaldılmasına dair çıxarışdan görünür ki, “69AA631/90AG868” nömrəli nəqliyyat vasitəsi ilə "xxxx" MMC- nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə saat 12:09-da Astara Gömrük İdarəsindən keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan, eləcə də **********0442 saylı X11 üzrə elektron çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən Astara Gömrük İdarəsi “Lənkəran” gömrük postunda xx.xx.2024-cü il tarixli, **********4070 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 69AA631/90AG868 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 12:09-da Astara Gömrük İdarəsindən keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair tərtib edilmiş **********0442 sorğu nömrəli X11 “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən ən azı 1 (bir) saat əvvəl verilməli olduğu halda gec verilmişdir, yəni xx.xx.2024-cü il tarixdə saat 11:31 radələrində gömrük orqanına rəsmiləşdirmək ücün göndərilmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən X11ndə risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X5 protokola etiraz təqdim edərək bildirmişdir ki, Şəxs MMC Lerik rayonu, Piran kəndi ərazisində quşçuluq fəaliyyəti ilə məşğuldur. Müəssisə tərəfindən Çin Xalq Respublikasından quşçuluq avadanlıqlarının alınması üçün müqavilə bağlanılmış və həmin avadanlıqlar iki konteynerdə, xx.xx.2024-cü il tarixdə Çin Xalq Respublikasından yola salınaraq, xx.xx.2024-cü il tarixdə İran İslam Respublikasının X6 Azərbaycana məxsus 69AA631/90AG868 və 35AB801/35AB802 nömrəli avtonəqliyyat vasitələrinə yüklənərək Azərbaycana göndərilmişdir. Həmin yük Azərbaycana daxil olduqdan 6 ay sonra qanunsuz olaraq, Astara Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X9 tərəfindən X8 təqdim edilmədiyi barədə inzibati araşdırmaya başlanılmış və İXM-nin 485.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, 00400- 00197/25 saylı protokol tərtib edilərək baxılması üçün Lerik rayon Məhkəməsinə göndərilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, İXM-nin 485.2-ci maddəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda X8 mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, Şəxs MMC gömrük qanunvericiliyin tələblərinə uyğun olaraq, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada **********0442 saylı X11 ilə elektron qaydada gömrük komitəsinin VAİS sistemində xx.xx.2024-cü il tarixdə, saat 11:31-də yerləşdirilmişdir. İnzibati Xəta haqqında tərtib olunmuş mübahisələndirilən həmin protokolda da malların gömrük ərazisinə gətirilməzdən əvvəl X11 faktı da öz təsdiqini tapmışdır. Beləliklə də, İXM-nin 485.2-ci maddəsinin dispozisiyasında malların gömrük ərazisinə gətirilməzdən əvvəl X8 verilməməsinə görə məsuliyyət nəzərdə tutulduğundan, inzibati pozuntunun tərkibi yoxdur və həmin protokol qanunsuz olduğundan ləğv olunmalıdır. Bundan əlavə, həmin protokolda göstərilmişdir ki, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanına əsasən X11 bir saat əvvəl verilməli olduğu halda, gec verilmişdir, yəni X11 xx.xx.2024-cü il tarixdə saat 11:31 radələrində təqdim edildiyi halda, yük gömrük ərazisinə 12:09-da daxil olmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, X8 verildiyi vaxt düzgün qeyd olunsa da, yükün gömrük ərazisinə daxil olma vaxtı, yəni saat 12:09 düzgün qeyd olunmamışdır. Belə ki, Gömrük Komitəsinin Vahid X1 çıxarışından görünür ki, yük inzibati protokolda göstərildiyi kimi, saat 12:09-da deyil, saat 12:30:32-də daxil olmuşdur (VAİS sistemindən çıxarış məhkəməyə təqdim olunur). Əlavə olaraq məlumat üçün bildirirlər ki, Çin Xalq Respublikasından göndərilmiş 2 ədəd konteynerdə yük İran Astarasının gömrük terminalında maşındanmaşına boşaldılaraq, Azərbaycana məxsus iki nəqliyyat vasitələrinə yüklənərək, yükə gömrük sənədləri hazırlanmış və yeni hazırlanmış gömrük sənədləri elektron qaydada şirkətə göndərilmişdir. Tərəflərindən isə operativ qaydada, göndərilmiş sənədlər əsasında bu iki avtomaşın vasitəsi ilə şirkətə gələcək yüklər haqqında xx.xx.2024- cü il tarixdə saat 12:31-də qabaqcadan X11 Gömrük Komitəsinin Vahid X2 yerləşdirilmişdir (VAİS sistemindən çıxarış əlavə olunur). Təqdim etdikləri X7 sonra yük həmin gün 69AA631/90AG868 nömrəli avtonəqliyyat vasitəsi ilə saat 12:30:32-də, 35AB801/35AB802 nömrəli avtonəqliyyat vasitəsi isə 13:10:47-də X13 Məntəqəsinə daxil olaraq qeydiyyata alınmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində olan protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin fikirlərini dinləyib, belə nəticəyə gəlir ki, Şəxs MMC barəsində İXM-nin 485.2-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 07 aprel 2025-ci il tarixli, 00400-00197/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına “69AA631/90AG868" nömrəli yük nəqliyyat vasitəsi ilə gətirilən “Quşçuluq avadanlıqları” yükü xx.xx.2024-cü il tarixdə Astara Gömrük İdarəsindən keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada X8 verilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********90442 nömrəli X7 görünür ki, Şəxs MMC tərəfindən quşçuluq avadanlıqlarının idxalı üçün X11 verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********4070 nömrəli yük gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən quşçuluq avadanlıqlarının idxalı rəsmiləşdirilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin Vahid X1 çıxarışından (VAİS sistemindən çıxarış) görünür ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından gətirilmiş mallara dair tərtib edilmiş **********0442 sorğu nömrəli X11 xx.xx.2024-cü il tarixdə, saat 11:31 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmiş, "xxxx" MMC-nin ünvanına göndərilən mallar “69AA631/90AG868” nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 12:30:32-də Astara Gömrük İdarəsindən keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada X11 verilir. X8 verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. X8 formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən X11 məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən X11ndə risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda X8 mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, Şəxs MMC-nin vəzifəli şəxslərinin cəmiyyətə göndərilən yükün gömrüyə daxil olmasından sonra məlumatı olmuş, bundan dərhal sonra operativ qaydada X8 verilməsi təmin edilmişdir. (tərtib edilmiş protokolda isə X8 ümumiyyətlə verilmədiyi qeyd edilmişdir). Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2-ci bəndinə əsasən X11ndə risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli olduğundan, malları göndərən təşkilat tərəfindən X11ndə göstərilməli həmin məlumatlar barədə alıcı təşkilata verilməmiş məlumat və sənədlər əsasında X8 təqdim edilməsi də mümkün deyildir. Yəni malın nə zaman yola çıxmasından, göndərilən partiyada hansı miqdarda mal olduğundan, malın hansı tarixdə gömrüyə daxil olacağından məlumatı olmayan şəxsin X8 təqdim edilməməsində təqsirinin müəyyən edilməsi mümkünsüzdür. Şəxs MMC tərəfindən idxal olunmuş mallara görə X11 qüvvədə olan qanunvericiliyə əsasən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, yəni malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməli olduğu halda, malların gömrüyə daxil olduqdan sonra məlumatı olmuş, məlumatı olduqdan sonra da X11 verilmişdir. Lakin gömrük orqanı Şəxs MMC barəsində İXM-nin 458.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərkən hüquqi şəxsin həmin inzibati xətanı törətməsində təqsirini sübut etməmiş, həmin Məcəllənin 18-ci maddəsində nəzərdə tutulmuş halları araşdırmamış, həmin hallarla bağlı sübutları toplamamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Bununla belə, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Eyni zamanda hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib edilməməsi məsələsinin həlli zamanı hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Göründüyü kimi İXM-nin 18.2-ci maddəsində hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsinin əsasları və hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb olunmalarının halları göstərilmişdir. Qeyd edilməlidir ki, əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, 07 aprel 2025-ci il tarixli, 00400- 00197/25 nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin dizpozisiyasında göstərilənlər formal olaraq mövcud olsa da, yəni faktiki cəhətdən X11 gec təqdim edilsə də, Şəxs MMC-nin bununla bağlı hər hansı təqsiri müəyyən olunmamaqdadır. Belə ki, İXM-nin tələblərinə əsasən hüquqi şəxs həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilir. Lakin hazırki iş üzrə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin tələblərinin pozulmasında Şəxs MMC-nin vəzifəli şəxslərinin təqsirli olması və bunun da nəticəsində hüquqi şəxsin hər hansı bir xeyrinin olması və yaxud maraqlarının qorunması təsdiq edilmir, bunun tam əksi olaraq Şəxs MMC-nin vəzifəli şəxslərinin göndərilmiş malların gömrüyə daxil olmasından sonra məlumatları olmuş, malları göndərən təşkilat tərəfindən məlumat verildikdən dərhal sonra X8 verilməsi təmin edilmişdir. Odur ki, məhkəmə Şəxs MMC barəsində tərtib olunmuş 07 aprel 2025-ci il tarixli, 00400-00197/25 nömrəli protokol üzrə aparılan inzibati xəta haqqında iş üzrə icraata təqsirin olmaması əsası ilə xitam verilməsi qənaətə gəlir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC barəsində İXM-nin 485.2-ci maddəsi ilə protokol tərtib edilməzdən əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş tələblərə, yəni İXM-nin 18.2-ci maddəsinə əsasən cəmiyyətin vəzifəli şəxslərinin öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi, onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin təqsiri araşdırılmamış, hüquqi şəxsin maraqlarının qorunmasının və ya onun xeyrin nə olması müəyyən edilməmiş, bunları təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Bunları təsdiq edən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməməkdədir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edildiyindən, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verdiyindən, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsi olduğundan hazırkı halda hüquqi şəxsi İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilmək əsassız təqsirləndirmə halı yaratmış olar. İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi tərəfindən İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş 07 aprel 2025-ci il tarixli, 00400-00197/25 nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs MMC-nin əməlində təqsir müəyyən olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi tərəfindən İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş 07 aprel 2025-ci il tarixli, 00400-00197/25 nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs MMC-nin əməlində təqsir müəyyən olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar