Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 3(048)-124/2024 04.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Hacızadə Emin Rüfət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Lerik RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Lerik rayonu, Boykəndil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Lerik rayonu, Boykəndil kənd tam orta məktəbində məktəb direktoru vəzifəsində işləyən, Lerik rayonu, Boykəndil kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 334.1 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:11 radələrində Lerik rayonu Noda-Şingədulan-Xanəgah avtomobil yolunun 5-ci kilometrliyində “Vaz 21214” markalı, ** NC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlanılmış, sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomaşını sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.1 və 329.3-cü maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmə, Şəxs barəsində tərtib edilmiş müvafiq protokolun onun əməlində Azərbaycan Respublikası İXM-in 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta olması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Rayon (şəhər) məhkəmələri İXM-nin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin 43.3-cü maddəsinə əsasən, bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən, bu Məcəllənin 40, 41 və 43-cü maddələrində göstərilən hallardan başqa, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş digər inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları baxırlar. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 328–331-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta olması haqqında iş materialları baxılması üçün Azərbaycan Respublikası DİN Lerik Rayon Polis X3 Polisi Bölməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 44, 114, 118-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta olması haqqında iş materialları baxılması üçün Azərbaycan Respublikası DİN Lerik Rayon Polis X3 Polisi Bölməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-124/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №3(048)-124/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver