Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 3(048)-125/2024 04.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun, İcalas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə müəyyənetdi: Lerik Rayon Polis Şöbəsinin sahə rəisi polis mayoru X2 tərəfindən xx.xx.1986-cı il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsi ilə tərtib olunmuş 04 iyun 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və inzibati xəta haqqında işin aiddiyyatı üzrə göndırilməsi barədə qərardad 04 iyun 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğuna görə işə baxılarkən onları tamamlamaq mümkün olmadığından onlar geri qaytarılmalıdır. Belə ki, Lerik Rayon Polis Şöbəsinin sahə rəisi polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərkən İXM-in müvafiq maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş 03 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Sumqayıt şəhəri 5-ci mkr, 39 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Binə qəsəbəsində X5 massivində yaşayan Şəxs 02 iyun 2024-cü il tarixdə saat 22:30 radələrində Lerik şəhəri, İ.Yaqubov küçəsində özünə məxsus “Toyota Prius” markalı 99 BT-725 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və narkotik vasitələrin dövrüyyəsində şübhəli olduğundan onu Lerik RPŞ-nə aparmaqla xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulmuş, üzərində və avtomobilində axtarış keçirilmiş və üzərində və avtomobilində narkotik vasitə aşkar edilmədiyindən, tutulmadan azad edilmiş, lakin tibbi müayinə zamanı narkoloji sərxoş olması müəyyən edildiyndən əməlində İXM-in 206-cı maddəsinin tərkibi olduğundan barəsində tədbir görülməsi üçün Lerik RPş-in İTB-ninin aidiyyatı əmədaşına həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş 03 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoşluğu müəyyən edilməsindən ötrü Azərbaycan RespublikasıSəhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji xəsətəxanasında, xx.xx.2024-cü il tarixdə 000794 saylı protokola əsasən tibbi müayinədən keçirlmiş və Şəxs sidiyində kannobinoid aşkar edilmişdir. İş materiallarından da müəyyən olur ki, Şəxs 02 iyun 2024-cü il tarixdə saat 22:30 radələrində Lerik şəhəri, İ.Yaqubov küçəsində özünə məxsus “Toyota Prius” markalı 99 BT-725 dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Lakin Şəxs barəsində Lerik Rayon Polis Şöbəsinin TQ-un təhqiqatçısı polis mayoru Salman Əhmədov tərəfindən 03 iyun 2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmaqla Şəxs əməlində İXM-in 206-cı maddəsinin əlamətlərinin olmasını müəyyən etmiş və Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Lerik RPŞ-in İTB-nə göndərmişdir. Eyni zamanda, Lerik Rayon Polis Şöbəsinin sahə rəisi polis mayoru X1 Rayon Polis Şöbəsinin TQ-un təhqiqatçısı polis mayoru Salman Əhmədovun 03 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsalanaraq, xx.xx.1986-cı il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsi ilə 04 iyun 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Göründüyü kimi, Şəxs inzibati xətanı törədərkən yol hərəkəti haqqında qanunun tələblərini pozmaqla narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etmişdir. Şəxs barəsində inzibati icraat başlanan zaman onun bu əməli Azərbyacan Respublikasının İXM-in 22-ci fəslində nəzərdə tutulmuş Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətalar fəsli ilə deyil, Azərbyacan Respublikasının İXM-in 29-cu fəslində nəzərdə tutulmuş Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar fəsli ilə başlanmalı idi. Bununlada müəyyən olur ki, Şəxs barəsində inzibati icraat başlanan zaman inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Məhkəmə hesab edir ki, qeyd edilən nöqsanlar aradan qaldırılmadan, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması mümkün olmadığından materiallar geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 100, 103, 106, 109 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: Şəxs barəsində Lerik Rayon Polis Şöbəsinin sahə rəisi polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş 04 iyun 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lerik Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-125/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №3(048)-125/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver