Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-125/2025 06.05.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3, Zərərçəkmiş şəxs Qafarov Hicran Balasən oğlunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Rusiya Federasiyası, Volqoqrad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyidlər məhəlləsi 23 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 227-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayonu Mondigah kənd sakini Zərərçəkmiş şəxs 05 may 2025-ci il tarixdə Lerik RPŞ-yə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə Lerik rayon mərkəzi bazarında işdə olarkən saat təxminən 15:00 radələrində 2 naməlum şəxsin bir qadın və bir kişinin gələrək paltarlara baxmasını, lakin heç bir şey almadan uzaqlaşmalarını, getdikdən sonra bir qadın şalvarının olmadığını müəyyən etməsini və kameraya baxan zaman həmin şəxslərin 22 manat dəyərində qadın şalvarını apardığını görməsini bildirmişdir. Lerik rayonu, Cəngəmiran kənd sakini Qafarov Hicran Balasən oğlu xx.xx.2025-ci il tarixdə Lerik RPŞ-yə ərizə ilə müraciət edərək həmin tarixdə taksi fəaliyyəti ilə məşğul olan zaman avtomobilinə tanımadığı 2 nəfər bir qadın və bir kişi əyləşməsini, onları təxminən 2 saat gəzdirməsini, lakin sonda pulunu ala bilməməsini bildirdi. Həmin şəxslər sonuncuya 20 manat pul verməli idilər. Bununla bağlı tədbir görülməsini xahiş edir. Lerik rayonu, Lələhiran kənd sakini X5 xx.xx.2025-ci il tarixdə Lerik RPŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə taksi fəaliyyəti ilə məşğul olan zaman avtomobilinə tanımadığı 2 nəfər bir qadın və bir kişi əyləşməsini, onları dedikləri ünvana aparmasını, lakin ünvana çatdıqda pulunu verməmələrini bildirdi. Sonuncuya 10 manat pul verilməli idi. Bununla bağlı tədbir görülməsini xahiş edir. Lerik RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı X4 tərəfindən tərtib olunmuş 05 may 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat təqribən 18:10 radələrində Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X6 və X1 ilə birlikdə xidmətdə olduqları zaman taksi fəaliyyəti ilə məşğul olan Hicran adlı şəxs onlara yaxınlaşaraq tanımadığı iki nəfər şəxsin avtomobilinə müşdəri qismində oturduqlarını və rayon ərazisində müxtəlif istiqamətlərdə hərəkət etməsini tələb etdiklərini sonda isə ödəniş etmək üçün pullarının olmadığını və avtomobilindən düşərək Lerik rayonu Cəngəmiran kənd istiqamətində başqa bir taksiyə minərək getdiklərini, həmin şəxslərin hərəkətlərinin şübhəli olduğunu bildirdi. Onlar da buna əsasən deyilən istiqamətdə hərəkət edən zaman həmin şəxslərin “Xəzri” adlanan restoranda olduqlarını və digər taksi sürücüsünə də ödəniş etmədiklərini müəyyən etmişlər. Vətəndaşlara yaxınlaşıb özlərini təqdim edib barələrində haqlı narazılığın olduğunu dedikləri zaman onlar deyilənləri qəbul etməyərək ünvansız qeyri-etik ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozmuşlar. Buna görə də həmin şəxslər polis şöbəsinə gətirilmişdir. Şöbədə həmin şəxslərin Şəxs və X12 olduğu müəyyən edilmişdir. Müraciətlər əsasında Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən araşdırma aparılmış, toplanmış material üzrə xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Lerik RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Lerik RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X7 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 227-ci maddələri ilə inzibati protokol tərtib edərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:25-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X7 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, X12 onun həyat yoldaşıdır. Onlar xx.xx.2025-ci il tarixdə Lerik rayonuna gəzməyə gəlmişlər. Lerik şəhərində bir neçə yeri gəzdikdən sonra Lerik şəhərində yerləşən bazara gəlmişlər. Orada yerləşən paltar mağazasına daxil olmuş və onda olan 1 ədəd qara şalvarı satıcıya verərək mağazada olan başqa bir şalvarla dəyişməyi təklif etmişdir. Satıcı onunla razılaşmış, o əlində olan qara rəngli şalvarı satıcıya təhvil vermiş və satıcıdan aldığı yeni qara rəngli şalvarın etiketini qopararaq çantasına qomuşdur. Daha sonra oranı tərk etmişdir. O, mağazadan dəyəri 22 manat olan qara rəngli qadın şalvarını oğurlamadığını, sadəcə olaraq özü ilə gətirdiyi bir ədəd qadın şalvarını mağazadakı şalvarların biri ilə dəyişmək istəməsini bildirmişdir. Taksi sürücülərinə ödənişlərinin verilməməsi ilə bağlı bildirmişdir ki, nağd pul olmadığı üçün taksi sürücülərinə pul verməmişlər. Daha sonra onlar gecələmək üçün Lerik rayonu “Xəzri” adlı istirahət mərkəzinə gəlmişlər. Bir müddət sonra polis əməkdaşları ora yaxınlaşıb barələrində narazılığın olduğunu dedikləri zaman o, deyilənləri qəbul etməyərək ünvansız qeyri-etik ifadələr işlətmişdir. Hazırda əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Qafarov Hicran Balasən oğlu izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olan zaman avtomobilinə adını sonradan bildiyi Əli və Elmira adlı 2 nəfər əyləşmiş, onları təxminən 2 saat gəzdirmiş, lakin sonda pulunu ala bilməmişdir. Həmin şəxslər ona 20 manat pul verməli idilər. Hazırda dəymiş ziyan ödənilməmişdir, ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təqribən 18:10 radələrində Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X6 və X1 ilə birlikdə xidmətdə olduqları zaman taksi fəaliyyəti ilə məşğul olan Hicran adlı şəxs onlara yaxınlaşaraq tanımadığı iki nəfər şəxsin avtomobilinə müşdəri qismində oturduqlarını və rayon ərazisində müxtəlif istiqamətlərdə hərəkət etməsini tələb etdiklərini sonda isə ödəniş etmək üçün pullarının olmadığını və avtomobilindən düşərək Lerik rayonu Cəngəmiran kənd istiqamətində başqa bir taksiyə minərək getdiklərini, həmin şəxslərin hərəkətlərinin şübhəli olduğunu bildirdi. Onlar da buna əsasən deyilən istiqamətdə hərəkət edən zaman həmin şəxslərin “Xəzri” adlanan restoranda olduqlarını və digər taksi sürücüsünə də ödəniş etmədiklərini müəyyən etmişlər. Vətəndaşlara yaxınlaşıb özlərini təqdim edib barələrində haqlı narazılığın olduğunu dedikləri zaman onlar deyilənləri qəbul etməyərək ünvansız qeyri-etik ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozmuşlar. Buna görə də həmin şəxslər polis şöbəsinə gətirilmişdir. Şöbədə həmin şəxslərin Şəxs və X12 olduğu müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən ictimai işlər - orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, hamilə qadınlara, himayəsində üç yaşınadək uşağı olan qadınlara, üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə, pensiya yaşına çatmış qadın və kişilərə, hərbi qulluqçulara tətbiq oluna bilməz. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarına əlavə olunmuş “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, Şəxs İİ qrup əlildir. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2) Məhkəmə, Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun İİ qrup əlil olmasını nəzərə alır və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növlərindən birinin (ictimai işlər, inzibati həbs) tətbiq edilməsini mümkün hesab etmir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, inzibati qaydada tutulmasını, o cümlədən məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İXM-nin 34-1-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 227ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilnərək, onun barəsində həmin Məcəllənin 34-1-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində həmin Məcəllənin 34-1-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-125/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-125/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver