Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-126/2025 08.05.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, Abşeron rayonu Xırdanan şəhəri, 28ci məhhələdə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 08 may 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Fasebook” sosial şəbəkəsində özünü taxta satıcısı kimi göstərərək xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə Lerik rayon sakini Zərərçəkmiş şəxs aldadaraq dələduzluq yolu ilə 500 (beş yüz) manat pulunu ələ keçirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında X4 İTB-in sahə rəisi, polis baş leytenantı X2 bildirdi ki, Lerik rayon sakini Zərərçəkmiş şəxs 102 XZM-nə müraciəti əsasında Lerik RPŞ-in TQ-u tərəfindən araşdırma aparılmış və müəyyən olmuşdur ki, Şəxs “Fasebook” sosial şəbəkəsində özünü taxta satıcısı kimi göstərərək xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə Lerik rayon sakini Zərərçəkmiş şəxs aldadaraq dələduzluq yolu ilə 500 (beş yüz) manat pulunu ələ keçirməsi sübuta yetirilldiyindən xx.xx.2025-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilərək barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi inzibati xəta haqqında protokol tərtib olunması üçün Lerik RPş-in İTB-nə göndərilmiş və tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Odur ki, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə “Fasebook” sosial şəbəkəsində özünü taxta satıcısı kimi göstərərək Lerik rayon sakini Zərərçəkmiş şəxs aldadaraq dələduzluq yolu ilə 500 (beş yüz) manat pulunu ələ keçirmişdir. Hazırda pulu geri qaytara bilmir. Əməlindən peşimandır. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirlmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, ona taxta lazım olduğundan “Fasebook” sosial şəbəkəsində ucuz taxta gördüyündən, özünü taxta satıcısı kimi göstərən Şəxs müraciət etmiş və onunla razılaşraq kartına xx.xx.2025-ci il tarixdə 350 manat və xx.xx.2025-ci il tarixdə isə 150 manat pul göndərimişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Şəxs onu aldadaraq dələduzluq yolu ilə 500 (beş yüz) manat pulunu ələ keçirmişdir. Ona görə 102 XZM-nə müraciət etmişdir. Hazıra kimi pulunu geri qaytarmadığından Şəxs ilə barışmamışdır. Odur ki, barəsində qanuna müvafiq qaydada inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan görünür ki, Şəxs heç bir növ pensiya və müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, zərərçəkmiş şəxsin ifadəsi, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 08 may 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı protokolu, xx.xx.2025-ci il tarixli Lerik RPŞ-in TQ-u tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli «08 » may 2024-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Lerik Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(048)-126/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-126/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver