Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-128/2024 05.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Hacızadə Emin Rüfət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lerik rayonu, Mastail kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 05 iyun 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:30 radələrində Lerik rayonu Avtovağzal ərazisində sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli, 29 nömrəli protokoldan görünür ki, Şəxs orta dərəcədə sərxoş olduğu müəyyən edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli, 44 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, təqdim olunmuş raporta əsasən xx.xx.2024-cü il tarixdə, saat 17:30 radələrində Lerik rayonu Avtovağzal ərazisində “TX London Taxi” markalı, ** TA *** nömrəli avtomobili idarə edən şəxs təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün həmin ərazidə xidmətdə olan Lerik RPŞ-nin DYP-nin YPX-nin inspektorları tərəfindən saxlanılmış, yoxlama zamanı avtomobili idarə edən şəxsin etibarnamə olmadan avtomobili idarə etdiyi və spirtli içki qəbul etdiyi müəyyən edilmiş, belə olan halda avtomobili idarə edən şəxsi və avtomobilin sahibini polis şöbəsinə dəvət edən zaman hər iki şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Daha sonra həmin şəxslər məcburi qaydada Lerik rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin şəxslərin X5 və Şəxs olması məlum olmuş, hər iki şəxs tibbi müayinədən keçirilmiş və alkoqol sərxoşluqlarının olduğu müəyyən edilmiş və hər iki şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, dostu Azif Hüseynov Bakı şəhərindən Lerik rayonuna onu görmək üçün qonaq gəlmişdir. Onlar kafedə oturaraq yemək yeməyi qərara aldıqlarından Azif Hüseynov idarə etdiyi maşını Avtovağzal ərazisində kafenin qarşısında saxlamış və onlar birlikdə kafedə əyləşərək yemək yeyərək spirtli içki qəbul etmişlər. Onun telefonu və siqareti maşında qaldığından maşına yaxınlaşaraq onları götürmək istədikdə YPX əməkdaşları ona yaxınlaşmış, maşının sahibinin harda olmasını soruşmuş, o da maşının sahibinin kafedə əyləşərək çörək yediyini bildirmişdir. Daha sonra dostu Azif Hüseynov gəlmiş və polis əməkdaşları onlara şöbəyə getməli olduqlarını bildirsələr də, onlar getməkdən imtina etmişlər. Daha sonra o və dostu Azif Hüseynov məcburi qaydada Lerik rayon Polis şöbəsinin inzibati binasına gətirilmişlər. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında həyat yoldaşının xəstə olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru X4 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 17:30 radələrində Lerik rayonu Avtovağzal ərazisində xidmət yoldaşları F.İmanov və Ş.Şərifovla birliklə xidmətdə olan zaman “TX London Taxi” markalı, ** TA *** nömrəli avtomobilin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobili idarə etdiyi üçün tərəflərindən saxlanılmış, avtomobilə yaxınlaşaraq sürücüyə özlərini təqdim etdikdən sonra qayda pozuntusu barədə ona məlumat verilmiş, sürücünün sənədləri yoxlanılan zaman avtomobili etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etdiyi məlum olumuşdur. Daha sonra avtomobilin sahibi onlara yaxınlaşmış, avtomobili idarə edən şəxsi və avtomobilin sahibini polis şöbəsinə dəvət edən zaman hər iki şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Daha sonra həmin şəxslər məcburi qaydada Lerik rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin şəxslərin X5 və Şəxs olması məlum olmuş, hər iki şəxs tibbi müayinədən keçirilmiş və alkoqol sərxoşluqlarının olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X7 şahid X2 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Lerik RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 17:30 radələrində Lerik rayonu E.Qarayev küçəsində Ş.Şərifov və F.İmanovla birlikdə xidməti avtomobildə xidmətdə olan zaman “TX London Taxi” markalı, ** TA *** nömrəli avtomobili idarə edən şəxs təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəflərindən saxlanılmış, yoxlama zamanı avtomobili idarə edən şəxsin etibarnamə olmadan və spirtli içki qəbul edərək avtomobili idarə etdiyi müəyyən edilmiş, belə olan halda avtomobili idarə edən şəxsi və avtomobilin sahibini polis şöbəsinə dəvət edən zaman hər iki şəxs onların qanuni tələblərinə tabe olmayaraq səs-küy salmışlar. Həmin şəxsləri dəfələrlə intizama dəvət etsələr də, onların qanuni tələblərinə tabe olmamışlar. Daha sonra həmin şəxslər məcburi qaydada Lerik rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin şəxslərin X5 və Şəxs olması məlum olmuşdur. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:30 radələrində Lerik rayonu Avtovağzal ərazisində sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. (31.4-1) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşıran hal müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin Şəxs xx.xx.2024-cü il tarixdən (saat 23:20-də) inzibati qaydada tutulduğunu, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, ona tətbiq olunmuş cərimə inzibati tənbehin həddi 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-128/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-128/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver