Məhkəmə qərarları › İş №3(048)-130/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-130/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-130/2024 05.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Zəkiyev Vüsal Asif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, əvvələr məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi korpus 2, ev 1, mənzil 5-də qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində Lerik şəhəri İ.Yaqubov küçəsində üzərində qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə daşımış və istifadə etməklə inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətaları törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir həftə bundan öncə Bakı şəhərində adını və özünü tanımadığı şəxsdən istifadə etmək üçün marixuna almışdır. xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində sərnişin kimi olduğu avtomobildə Lerik şəhərində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və üzərindən 01 ədəd qara rəngdə siqaret qutusunun içərisində olan narkotik vasitə aşkar olunmuşdur. Etdiyi əməldən peşmandır. Himayəsində üç azyaşlı uşağı vardır. Bir daha narkotik vasitə istifadə etməyəcəyinə söz verir. Ona görə də barəsində yüngül inizbati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə inzibati icraatda iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cımaddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 03 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi korpus 2, ev 1, mənzil 5-də qeydiyyatda olmaqla orada yaşayan Şəxs 02 iyun 2024-cü il tarixdə saat 22:30 radələrində Lerik şəhəri, İ.Yaqubov küçəsində İlqar Ağayevə məxsus “Toyota Prius” markalı 99 BT-725 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğundan onu Lerik RPŞ-nə aparmaqla xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulmuş, üzərində axtarış keçirilmiş və üzərində 01 ədəd qara rəngli siqaret qutusunun içərisində 1.102 qram marixuana aşkar edildiyindən onun əməli İXM-in 206-cı maddəsinin tərkibini yaratdığından barəsində tədbir görülməsi üçün Lerik RPş-in İTB-ninin aidiyyatı əmədaşına həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji xəsətəxanasınd xx.xx.2024-cü il tarixdə 19/462 saylı rəyindən görünür ki, SAəfərov Furqan Xanverdi oğlunun üzərindən aşkar olunan 01 ədəd siqaret qutusunun içərisində 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1.102 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudukmuş marixuanadır. İş materiallarında olan Lerik RPŞnin İTB-nin sahə rəisi polis mayoru X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi, əməlindən peşiman olamsı və himayəsində üç azyaşlı uşağın olması məsuliyyəti yüngülləşdirən haldır. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materialları ilə müəyyən olunduğu kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində üç azyaşlı uşağın olması, həmçinin törətdiyi əməli etiraf etməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, ilk dəfə inizbati xəta törətməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. Onun əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Qeyd edilənləri, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində üç azyaşlı uşağın olmasını, həmçinin törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə inizbati xəta törətməsini nəzərə alaraq, Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini qanunverciliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək inzibati qaydada tutulmasını nəzərə alaraq, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş 300 (üç yüz) manat cərimə cəzasından inzibati qaydada tutulduğu günləri çıxmaqla onun üzərində qəti olaraq 100 (bir yüz) manat cərimə cəzası saxlamağı əsaslı və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114,115, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (bir yüz) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar